“Qapıların bağlanması” hədisinin sənədinin doğruluğu

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

“Qapıların bağlanması” hədisinin sənədinin doğruluğu

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: “Qapıların bağlanması” hədisinin sənədinin doğru olmasını hansı yollarla sübut etmək olar?

Cavab: “Qapıların bağlanması” hədisinin sənədinin düzgünlüyünü müxtəlif yollarla sübut etmək olar:

1 - Bu hədisin bəzi “Səhih” kitablarında varlığı: Tirmizi onu müxtəlif məzmunlarla nəql etmişdir. (1)

2 - Hədisin doğruluğuna dair aşkar bəyan: Hakim Nişapuri "Şeyxeyn"in şərtləri ilə onun düzgün (səhih) olmasını bəyan etmişdir.

Qəstəlani yazır: Sə’d ibn Əbi Vəqqasın hədisini Əhməd və Nisai güclü sənədlərlə nəql etmiş və demişlər ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) məscidə açılan qapıların hamısının bağlanmasını əmr etdi, yalnız Əlinin qapısını açıq qoydu. (2)

Heysəmi bu rəvayəti “Məcməuz-zəvaid” kitabında, Təbəranınin “Əl-mu’cəmul-ovsət” kitabından nəqlən qeyd etmiş, sonra demişdir ki, onun ravilərinin hamısı siqə və etibarlıdır. (3)

Süyutu “Əl-ləalil-məsnuə” kitabında İbn Həcərin “Əl-qovlul-müsəddəd fizzəbbi ən Müsnədi Əhməd” kitabından nəql edərək yazır: “Bu hədis bu babda (bölmədə) məşhur bir hədisdir və çoxlu təriqlərə malikdir. Onun hər bir təriqi təklikdə “həsən” hədisdən az deyildir. Təriqlər ümumilikdə insanı hədisin səhihliyinə dair qətilik (yəqinlik) həddinə çatdırır. Bu, əhli-hədisin çoxları tərəfindən nəql olunmuş hədisdir.” (4)

3 - Hədisin səhih sənədlərlə nəql olunması: Bir çoxları da hədisi səhih sənədlərlə nəql etmişlər, o cümlədən: Əhməd ibn Hənbəl. Belə ki, onun nəql etdiyi hədisin ricallarının hamısı səhihdir, yalnız Əbu Əbdillah Meymundan başqa: o isə siqədir. Həmçinin, Nisai onu “Əl-xəsais” kitabında səhih sənədlərlə nəql etmişdir. (5)

İbn Həcər Əsqəlanı yazır: “Məscidə açılan qapıların bağlanması barəsində elə rəvayətlər varid olmuşdur ki, onların zahiri babın hədisi ilə müxalifdir. O cümlədən:

a) Sə’d ibn Əbi Vəqqasın hədisi. O, deyir: "Peyğəmbər (səlləllahu əleyhi və alih) bizə əmr etdi ki, məscidə açılan bütün qapıları bağlayaq, lakin Əlinin qapısını bağlatmadı." Əhməd və Nisai bu hədisi nəql etmişdir və onun sənədi güclüdür.

b) Təbəraninin “Əl-mü’cəmul-övsət” kitabındakı bu məzmunda nəql olunan rəvayətlər. Belə ki, onların ricallarının hamısı siqədir. O rəvayətlərdə belə bir əlavə cümlə də vardır: Səhabələr dedilər: “Ey Allahın Rəsulu! Bizim qapılarımızı bağlayırsan?!” Həzrət buyurdu: “Mən onları bağlamadım; Allah onları bağladı!”

Zeyd ibn Ərqəmdən də nəql olunan eyni məzmunlu hədisi Əhməd, Nisai və Hakim öz hədis kitablarında qeyd etmişlər və ricalarının hamısı siqədir.

Həmçinin Əhməd və Nisai eyni məzmunlu hədisi İbn Abbasdan nəql etmişlər ki, hər ikisinin ricalları siqədir. Habelə, Əhməd ibn Hənbəl, Abdullah ibn Ömərdən bu hədisi “həsən” sənədlə nəql edir. Həmçinin, eyni məzmunda hədis Əla ibn Ərarın və Abdullah ibn Ömərin vasitəsilə də nəql olunmuşdur ki, onun ricalları – Əladan başqa – səhihdir. Yəhya ibn Muin və başqaları Əlanın siqə olduğunu qeyd etmişlər.

İbn Həcər sonda yazır: Bu hədislərin biri digərini gücləndirir. Onun nəinki təriqlərinin məcmusu, hətta ayrı-ayrılıqda hər bir təriqi də istinad və sübut üçün yararlıdır. (6)

1. “Əl-camius-səhih”, 5-ci cild, səh. 639-641.
2. “İrşadus-sari”, 6-cı cild, səh. 84.
3. “Məcməuz-zəvaid”, 9-cu cild, səh. 114.
4. “Əl-ləalil-məsnuə”, 1-ci cild, səh. 348.
5. “Xəsaisu Əmiril-mu`minin Əli ibn Əbutalib (əleyhis-salam), səh. 8.
6. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 468.

Peinevesht:

    
Nəşr tarixi: « 1396/09/27 »

Əlaqəli materiallar

“Əbubəkrin pəncərəsi” hədisinin araşdırılması

İbn Cövzi “Qapıların bağlanması” hədisinin saxta olduğunu iddia edir

“Qapıların bağlanması” hədisinin sənədinin doğruluğu

“Qapıların bağlaması” hədisinin raviləri

Əhli-sünnət alimləri və “qapıların bağlanması” hədisi

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 773