İbnu Əbdil-Birrin rəvayətinə görə ilk müsəlman

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İbnu Əbdil-Birrin rəvayətinə görə ilk müsəlman

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: İbn Əbdil-Birrin qənaətinə görə ilk müsəlman kimdir?

Cavab: İbn Əbdul-Birr, Əbubəkrin tərcümeyi-halında yazır: Şeyximiz bizim üçün Mücaliddən, o da Şəbidən, o da İbn Abbasdan nəql edir ki, ondan belə sual olundu: “İslamı qəbul edən ilk şəxs kim olmuşdur?” O cavabında dedi: “Əbubəkr!” (1)

O, Şöbədən, o da Ömər ibn Mərrədən, o da İbrahim Nəxəidən nəql edir ki, islamı qəbul edən ilk şəxs Əbubəkr olmuşdur. (2)

Cavabında deyirik:

Əvvəla: Bu iki hədis Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunmamışdır.

İkincisi: Bu iki rəvayət Əli (əleyhis-salam)-ın islamı hamıdan əvvəl qəbul etməsini bəyan edən mütəvatir hədislərin qarşında davam gətirə bilməz.

Üçüncüsü: Mücaliddən nəql edən şeyxin kim olması məlum deyil.

Dördüncüsü: Mücalid əhli-sünnətdən olan rical alimləri tərəfindən zəif hesab olunan bir şəxsdir. İbn Müin deyir: “Onun hədislərinə istinad olunmur.” Əhməd deyir: “O, bir şey deyildir!” Nisai onu “güclü olmayan”, Dar Qutni və Yəhya ibn Səid isə “zəif” saymışlar. İbn Məhdi ondan rəvayət nəql etməzdi. (3)

Beşincisi: Şəbi Əmirəl-möminin Əli (əleyhis-salam)-a qarşı açıq-aşkar düşmənçilik edənlərdəndir.

Altıncısı: Şəbi belə bir müddəanı necə İbn Abbasın adına yaza bilər, halbuki, Əli (əleyhis-salam)-ın İslamı hamıdan əvvəl qəbul etməsi ilə əlaqədar ən çox rəvayəti İbn Abbas nəql etmişdir.

Yeddincisi: İkinci hədisin “məqtu” olmasından və səhabələrdən nəql olunmamasından əlavə, onun sənədində Şöbə ibn Həccac vardır ki, Buxarı onun barəsində deyir: “Onun hədisləri inkar olunur.” Əbu Hatəm onu “məchul” kimi təqdim edir. (4)

Həmçinin, onun sənədində İbrahim Nəxəi və Şöbə ibn Həccac diqqəti cəlb edir. İbn Qüteybə “Əl-məarif” kitabında (5) birincinin, Şəhristani isə “Əl-miləl vən-nihəl” kitabında (6) ikincinin şiə ravilərindən olduğunu yazır. Buna görə də bu rəvayət qəti şəkildə yalandır. Çünki, şiə alimləri Əhli-beyt (əleyhimus-salam)-a tabe olmaqla həzrət Əli (əleyhis-salam)-ın islamı qəbul edən ilk şəxs olduğuna etiqad bəsləyirlər.

1. “Əl-istiyab”, 1-ci cild, səh. 341.
2. “Əl-istiyab”, səh. 342.
3. “Mizanul-e`tidal”, 3-cü cild, səh. 437 və 438.
4. “Lisanul-mizan”, 3-cü cild, səh. 145.
5. “Əl-məarif”, səh. 268.
6. “Əl-miləlu vən-nihəl”, 1-ci cild, səh. 190.
7. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 453.

Peinevesht:

    
Nəşr tarixi: « 1396/09/27 »

Əlaqəli materiallar

“Bəraət” ayələrinin Əbubəkr vasitəsi ilə təbliği

“Əbubəkrin pəncərəsi” hədisini

“Əbubəkrin qapısından başqa bütün qapıların bağlaması” hədisi

Meymun ibn Mehranın rəvayətinə görə “ilk müsəlman”

İbnu Əbdil-Birrin rəvayətinə görə ilk müsəlman

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1007