“Əbubəkrin qapısından başqa bütün qapıların bağlaması” hədisi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

“Əbubəkrin qapısından başqa bütün qapıların bağlaması” hədisi

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: Buxari “Əbubəkrin qapısından başqa bütün qapıların bağlaması” hədisini necə nəql etmişdir?

Cavab: Buxari bu hədisi “əl-xuxətu vəl-məmərru fil-məscid” bölməsində İbn Abbasdan qeyd etdikdən sonra “babul-mənaqib” adlı bir bölmədə bu hədisi təhrif edərək başqa ünvanla gətirmişdir ki, Əbubəkrin təhqir olunmasına dəlalət etməsin, əksinə həzrət Əli (əleyhis-salam) kimi onun da əzəmətini çatdırsın. Buna görə də həmin babi “Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in buyurduğu Əbubəkrin qapısından başqa bütün qapıları bağlayın” ünvanı ilə qeyd etmiş, “xuxə” (pəncərə) kəlməsinin yerinə “bab” (qapı) kəlməsini işlətmişdir. Bu təhrif mənanı çox dəyişdirir. Buna görə də “Səhihi Buxari”nin şərhçiləri bu təhrifin izahında iztiraba düşmüş və onu “mənanın nəql olunması” kimi izah etmişlər.

İbn Həcər demişdir: “Buxarı “səlat” kitabında bu babi “suddu ənni kullə xuxətin” ifadəsi ilə qeyd etmişdir. Buna görə də demək olar ki, sanki, burada məna əsasında nəql baş vermişdir.” (1)

Buxarının təhrifinin izahında həmin təbiri Qazi Eyni də işlətmişdir. (2)

Amma həqiqət bundan ibarətdir ki, o təhrifi belə izah etmək olmaz. Əksinə, tam qərəzli mövqedən çıxış olunmuş, Əbubəkrin nöqsanını aradan qaldırmaq və onun fəzilətlərini İmam Əlinin fəzilətinə çatdırmaq məqsədi güdülmüşdür. (3)

1. “Fəthul-Bari”, 1-ci cild, səh. 442.
2. “Umdətul-qari”, 4-cü cild, səh. 245.
3. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 476.

Peinevesht:

    
Nəşr tarixi: « 1396/09/27 »

Əlaqəli materiallar

“Bəraət” ayələrinin Əbubəkr vasitəsi ilə təbliği

“Əbubəkrin pəncərəsi” hədisini

“Əbubəkrin qapısından başqa bütün qapıların bağlaması” hədisi

Meymun ibn Mehranın rəvayətinə görə “ilk müsəlman”

İbnu Əbdil-Birrin rəvayətinə görə ilk müsəlman

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 870