Qısa cavab:
Ətraflı cavab:
Sual:Siddiq və Faruq ləqəbləri kimə layiq ola bilər?
Cavab: Bəzi tarixçilərin yol verdiyi insafsızlıqlardan biri də budur: Peyğəmbəri-əkrəm(səlləllahu əleyhi və alih) öz həyatında “Siddiq” və ya “Siddiqi-Əkbər”, habelə “Faruq” və ya “Faruqi ə’zəm” ləqəblərini İmam Əli (əleyhis-salam)-a versə də, sonralar onlar bu ləqəbləri Ömərlə Əbubəkrə aid etmişlər. Halbuki, Peyğəmbəri-əkrəm(səlləllahu əleyhi və alih)-in dövründə bu iki şəxsin belə ləqəblə tanınmasına və ya o həzrətin bu ləqəbləri onlara verməsinə dair heç bir mötəbər dəlil yoxdur. Burada həmin məsələni araşdırırıq.
“Siddiq” və “Faruq” kəlmələrinin tədqiqi
Mübaliğə formasında olan “siddiq” kəlməsi failin (iş görənin) həmişə o məsdərlə vəsf edilməsinə dəlalət edir. Necə ki, işlənmə yerlərində çox gözə dəyir. Misal üçün, “sikkir” o adama deyilir ki, daim sərxoşluq və məstlik halında olsun. Yaxud “şirrib” kəlməsi həmişə şərab içən adama deyilir.
Buna əsasən, “siddiq” o kəsə deyilir ki, daim sidq və doğruçuluqla yanaşı olsun. Bu məna yalnız o zaman həyata keçir ki, insanın sözü ilə əməlləri tamamilə uyğun olsun. Bu kamil mərtəbə yalnız ismət məqamına uyğundur və belə bir şəxs İslam ümməti arasında İmam Əli və onun məsum Əhli-beytindən başqa heç kəsə aid edilə bilməz.
“Faruq” kəlməsi də hədis terminində o kəsə deyilir ki, özünün geniş elmi ilə haqqı batildən lazımı səviyyədə ayıra bilsin, camaat onun yol göstərməsi ilə haqqa-həqiqətə tərəf hidayət olunsunlar. İslam ümmətində belə bir şəxs Əli ibn Əbutalib və onun məsum Əhli-beytindən – Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həqiqi canişinlərindən başqa şəxslərə aid edilə bilərmi?! (1)
- Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 428.
Şərh qeydə alınmayıb