Qısa cavab:
Ətraflı cavab:
Sual:İlk dəfə kimlər Ömər ibn Xəttabı “Faruq” adlandırmışdır?
Cavab: Bəzi tarixi rəvayətlərdən məlum olur ki, Ömər ibn Xəttaba “Faruq” ləqəbini verən ilk şəxslər kitab əhli, xüsusilə də yəhudilər olmuşdur.
Təbəri, Məhəmməd ibn Şəhab Zəhridən nəql edir ki, “ilk dəfə olaraq kitab əhli Ömərə “Faruq” ləqəbi vermiş və müsəlmanlar da onun təsiri altına düşmüşlər. Biz heç bir mənbədə görməmişik ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) bu barədə bir şey demiş olsun.” (1)
İbn Əsir yazır: “Deyilənlərə görə kitab əhli Ömər ibn Xəttabı “Faruq” adlandırmışlar.” (2)
“Rozətus-səfa” kitabının müəllifi də yazır: “Deyilmişdir ki, bu ləqəbi (Faruq) kitab əhli – yəhudilər və məsihilər Ömərə vermişdir.” (3) (4)
1. “Tarixi-Təbəri” 3-cü cild, səh. 267, 8 cildlik.
2. “Kamil”, İbn Əsir, cild, 3, səh. 28.
3. “Rovzətus-səfa” 10-cu cild, səh. 304.
4. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 429.
Şərh qeydə alınmayıb