Ömər islamı necə qəbul etdi?

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ömər islamı necə qəbul etdi?

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: İbn Hişam, Ömər ibn Xəttabın islamı qəbul etməsini necə şərh edir?

Cavab: İbn Hişam, İbn İshaqdan nəql edərək yazır: Ömərin islamı qəbul etməsi bizə gəlib çatan mənbələrdə yazıldığı kimidir. Nəql olunduğuna görə onun bacısı Fatimə – Xəttabın qızı – və onun həyat yoldaşı Səid ibn Zeyd ibn Ömər ibn Nüfeyl islamı qəbul etmişdi. Onlar bunu Ömərdən gizlədirdilər. Nəim ibn Abdullah Nəhham da – onun qəbiləsindən biri və Bəni Udey ibn Kəbdən idi – islamı qəbul etdi. O da islamı qəbul etməsini öz qəbiləsindən gizlədirdi. Xəbbab ibn Ərət, Fatimə Xəttab qızının evinə gedib-gəlir və ona Quran öyrədirdi. Bir gün Ömər qılıncı əlinə alıb Peyğəmbəri və səhabələrdən bir qrupunu öldürmək üçün evdən çıxdı. Ona xəbər vermişdilər ki, bu şəxslər Səfada bir yerə yığışacaqlar.

Nəim ibn Abdullah onu görüb dedi:

– Kimi öldürmək istəyirsən, ey Ömər?!

O dedi: – Məhəmmədi nəzərdə tutmuşam! (Yəni, onu öldürmək istəyirəm.) Bu şəxs öz ata-babalarının dinini tərk etmiş, Qüreyşin arasına çaxnaşma salmış, onların arzularını puça çıxarmış, dinlərini tənqid etmiş, onların allahlarını nalayiq sözlərlə yad etmişdir! Mən onu öldürməyə gedirəm.

Nəim dedi:

– Allaha and olsun, özünü aldadırsan. Yoxsa güman edirsən ki, Məhəmmədi qətlə yetirəndən sonra Əbdi-Mənaf tayfası səni yer üzündə sağ buraxacaqdır?! Nə üçün öz ailəni islah etmirsən?

Ömər dedi:

– Ailəmdən hansı şəxsləri?

O dedi:

– Bacın Fatimə Xəttab qızı, onun əri və sənin əmin oğlu Səid ibn Zeyd ibn Əmr! Allaha and olsun ki, onlar islamı qəbul etmiş və Məhəmmədin dininə tabe olmuşlar! Sən gərək onlarla mübarizə aparasan.

Ömər qayıdıb birbaşa bacısının evinə getdi. Bu zaman Xəbbab ibn Ərət əlində olan səhifədə “Taha” surəsini onlara qiraət edirdi. Onlar Ömərin gəldiyini hiss etdikdə Xəbbabı otaqda gizlətdilər. Fatimə Xəttab qızı da qorxusundan o səhifəni ayaqları arasında gizlətdi. Ömər evə yaxınlaşanda Xəbbabın qiraət səsini eşitmişdi. Ona görə də evə daxil olanda dedi:

–Eşitdiyim bu səs nədir?

Onlar dedilər:

– Biz səs eşitmədik!

Ömər dedi: – Allaha and olsun! Mənə xəbər çatıb ki, siz ikiniz Məhəmmədə tabe olmuşsunuz!

Sonra Səid ibn Zeydi möhkəm əzişdirdi. Bacısı irəli gəlib ona mane olmaq istədikdə, Ömər bərk bir şeylə onun başına vurub yardı. Bu zaman onlar dedilər: – Bəli, ikimiz də müsəlman olmuşuq! Biz Allaha, onun rəsuluna iman gətirmişik, nə istəyirsən et!

Vəziyyəti belə görən Ömər öz işindən peşman olaraq bacısına dedi: – Bir az əvvəl oxuduğun səhifəni mənə ver, görüm Məhəmmədin gətirdiyi nədir?

Ömər yazıçı idi. Bacısı ona dedi: Bu səhifə barəsində səndən qorxuruq!

Ömər dedi: – Qorxma!

Sonra öz məbudlarına and içib dedi ki, oxuduqdan sonra qaytaracağam. Bunu deyəndən sonra bacısı onun islamı qəbul etməsi ümidi ilə dedi: – Qardaş! Sən nəcissən! Çünki şirkdəsən. Pak insanlardan başqa kimsə bu səhifəyə əl vura bilməz. (1) (2)

1. “Sireyi nəbəviyyə”, İbn Hişam, 1-ci cild, səh. 343 - 346.
2. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 458.

Peinevesht:

    
Nəşr tarixi: « 1396/09/27 »

Əlaqəli materiallar

Ömər ibn Xəttab səhabələrin ən biliklisi!

İkinci xəlifə və şərab içmək

İkinci xəlifə və şərabı qadağan edən ayələr

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrinin yanında dəfn olunmaq Ömər üçün böyük bir fəzilətdir!

İkinci xəlifənin həddi-buluğ yaşı barəsindəki yeniliyi

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 654