Əhli-sünnət və “Nur” hədisi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Əhli-sünnət və “Nur” hədisi

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: Əhli-sünnət alimləri “Nur” hədisini hansı ifadələrlə nəql etmişlər?

Cavab: “Nur” hədisini əhli-sünnət alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər ki, onların bəzilərini qeyd edirik:

1 - Sibt ibn Covzi, Əhməd ibn Hənbəlin “Fəzail” kitabından, o da Əbdur-Rəzzaqdan, o da Müəmmərdən, o da Zuhəridən, o da Xalid ibn Mə’dandan, o da Zazandan, o da Salmandan rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur:

کُنْتُ اَنَا وَ عَلِىُّ بْنُ اَبِى طاَلِبٍ نُوراً بَیْنَ یَدَىِ اللهِ تَعَالَى قَبْلَ اَنْ یُخْلَقَ آدَمُ بِاَرْبَعَهٍ آلَافِ عَامٍ، فَلَمَّا خُلِقَ آدَمُ قُسِّمَ ذَلِکَ النُّورُ جُزْئَیْنِ: فَجُزْءٌ اَنَا وَ جُزْءٌ عَلِىٌّ

“Mən və Əli ibn Əbuitalib Adəmin yaranışından dörd min il qabaq Allahın hüzurunda nur şəklində idik. Adəm xəlq edildikdən sonra bu nur iki yerə bölündü: onun bir mən, digəri isə Əlidir.” (1)

Digər rəvayətdə belə qeyd olunur:

خُلِقْتُ اَنَا وَ عَلِىٌّ مِنْ نُورٍ وَاحِدٍ

“Mən və Əli vahid bir nurdan xəlq edilmişik.” (2) Bu hədisin raviləri hamılıqla etibarlı şəxslərdir.

–Əbdur-Rəzzaq Sən’ani;

O, Əhli-sünnətin nəzərində çox ehtiram olunan etibarlı bir adam sayılır, buna görə də əlavə izaha ehtiyac yoxdur.

–Müəmmər ibn Raşid Əbu Ürvə Əzdi;

O, Tirmizinin, Nisainin, İbn Macənin və Əbu Davudun hədis nəql etdikləri rical alimlərindən sayılır. Əhməd ibn Hənbəl demişdir: “Onun yanında hər kəsi qoysam (müqayisə etsəm), Müəmmər onların hamısından irəli olar.” (3)

–Zuhəri;

İbn Həcər onun barəsində demişdir: “O, fəqih və hafizdir, alimlər onun cəlalətinə və mötəbər olmasına dair fikir birliyindədirlər...” (4)

–Xalid ibn Mədan;

İbn Həbban onun barəsində yazır: “O, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) səhabələrindən yetmiş nəfərlə görüşmüşdür və Allah bəndələrinin ən yaxşılarındandır.” (5)

Zəhəbi yazır: “O, böyük fəqih, sabit və müxlis insandır.” (6)

Əcli, Yəqub ibn Şeybə, Məhəmməd ibn Səd, İbn Cərir və Nisai də onun mötəbər olduğunu demişlər. (7)

– Zazan;

O, tabeinlərin məşhur şəxsiyyətlərindən sayılır ki, Müslim, Əbu Davud, Tirmizi, Nisai və İbn Macə öz “Səhih” kitablarında ondan rəvayət nəql etmişlər. Zəhəbi onu “siqə” kimi təqdim etmişdir. (8)

2 - İbn Məğazili Şafei öz sənədləri ilə Salmandan belə nəql edir: Həbibim Məhəmmədin (səlləlahu əleyhi və alih) belə buyurduğunu eşitdim: “Adəmin yaranışından dörd min il qabaq mən və Əli Allah yanında (hüzurunda) vahid bir nur idik. O nur Allaha təsbih və təqdis deyirdi. Allah Adəmi yaradan zaman həmin nuru onun sülbündə qərar verdi. O nur daim bir yerdə idi. Nəhayət Əbdül-Müttəlibin sülbündə biz bir-birimizdən ayrıldıq. Nübüvvət mənə, xilafət isə Əliyə verildi.” (9) (10)

1. “Təzkirətul-xəvass”, səh. 46.
2. “Təzkirətul-xəvass”, səh. 46.
3. “Təhzibut-təhzib”, 1-ci cild, səh. 243 - 246.
4. “Təqribut-təhzib”, 2-ci cild, səh. 207.
5. “Əs-siqat”.
6. “Əl-kaşif”, 1-ci cild, səh. 274.
7. “Təqribut-təhzib”, 1-ci cild, səh. 218; “Təhzibut-təhzib”, 3-cü cild, səh. 118.
8. “Əl-kaşif”, 1-ci cild, səh. 274.
9. “Mənaqibu Əmiril-möminin (əleyhis-salam)”, səh. 120 və 121; “Kifayətut-talib”, bab 78, səh. 315; “Mizanul-e`tidal”, 1-ci cild, səh. 235; “Fəzail”, Əhməd ibn Hənbəl, hədis: 252.
10. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 439.

 

Peinevesht:

    
Nəşr tarixi: « 1396/08/28 »

Əlaqəli materiallar

Əhli-sünnət alimlərindən “Nur” hədisini nəql edən ravilər

“Nur” hədisinin səhabə və tabeindən olan raviləri

Əhli-sünnət və “Nur” hədisi

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1044