Əhli-sünnət alimlərinin kəlamlarında ilk müsəlman

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Əhli-sünnət alimlərinin kəlamlarında ilk müsəlman

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: Əhli-sünnət alimləri öz kitablarında ilk müsəlman olaraq kimi zikr etmişlər?

Cavab: Əhli-sünnət alimlərinin kitablarındakı ifadələrə qısa nəzər salmaqla başa düşmək olar ki, onların çoxu Əli (əleyhis-salam)-ın islamı hamıdan əvvəl qəbul etməsini aşkar qeyd etmiş və buna görə də onu mədh etmişlər:

1 - Əbu Cəfər İskafi yazır:

وَاِذَا تَاَمَّلْنَا الرَّوَایَاتِ الصَّحِیحَهَ وَالْاَسَانِیدَ الْقَوِیَّهَ الْوَثِیقَهَ وَجَدْنَاهَا کُلَّهَا نَاطِقَهً بِاَنَّ عَلِیّاً (عَلَیْهِ السَّلاَمُ) اَوَّلُ مَنْ اَسْلَمَ

“Əgər səhih, sənədləri güclü və mötəbər rəvayətlərə nəzər salsaq, başa düşərik ki, o rəvayətlərin hamısı Əli (əleyhis-salam)-ın ilk müsəlman olmasına dəlalət edir.” (1)

2 - Zəhəbi yazır:

ثَبَتَ عَنِ ابْنِ عَبَّاسٍ قاَلَ: اَوَّلُ مَنْ اَسْلَمَ عَلِىٌّ

“İbn Abbasdan nəql olunanlara görə ilk müsəlman Əlidir.” (2)

3 - Mühib Təbəri yazır:

بُعِثَ النَّبِىُّ (صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ) یَوْمَ الْاِثْنَیْنِ وَ اَسْلَمَ عَلِىٌّ ـ (رَضِیَ اللهُ عَنْهُ) ـ یَوْمَ الثُّلَثَاءُ وَهُوَ صَبِىٌّ

Peyğəmbər (səlləllahu əleyhi və səlləm) bazar ertəsi peyğəmbərliyə seçildi və Əli çərşənbə axşamı islamı qəbul etdi. Halbuki, həmin vaxt yeniyetməlik çağlarında idi.” (3)

4 - İbnu Əbdi Rəbbih, Əbul-Həsənin belə nəql etdiyini yazır:

اَسْلَمَ عَلِىٌّ وَهُوَ ابْنُ خَمْسَ عَشَرَهَ سَنَهً وَهُوَ اَوَّلُ مَنْ شَهِدَ اَنْ لاَ اِلَهَ اِلاَّ اللهُ وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ

“Əli on beş yaşında ikən islamı qəbul etdi. O, “la ilahə illəllah və Muhəmədun Rəsulullah” deyə şəhadət verən ilk şəxs idi.”

5 - Şeyx Məhəmməd Xəzri Əli (əleyhis-salam) barəsində yazır:

فَکَانَ اَوَّلَ مَنْ اَجَابَ اِلَى اْلاِسْلَامِ

“Əli İslam dəvətini qəbul edən ilk şəxs olmuşdur.” (4)

6 - Şeyx Məhəmməd Sibban yazır:

اَمَّا عَلِىٌّ فَقَدْ اَسْلَمَ وَهُوَ ابْنُ ثَمَانِ سِنِینَ وَقِیلَ غَیْرَ ذَلِکَ قَدِیماً. بَلْ قَالَ ابْنُ عَبَّاسٍ وَزَیْدُ بْنُ اَرْقَمُ وَسَلْمَانُ الْفَارْسِىُّ وَجَمَاعَهٌ آخَرُونَ: اِنَّهُ اَوَّلُ مَنْ اَسْلَمَ. وَنَقَلَ بَعْضُهُمُ الْاِجْماَعَ عَلَیْهِ

“Amma Əliyə gəldikdə isə, o səkkiz yaşında islamı qəbul etmişdi. Bəziləri bundan fərqli nəzər də vermişlər. Amma İbn Abbas, Zeyd ibn Ərqəm, Salman Farsi və digər bir qrup insanın qənaətinə görə o ilk müsəlmandır. Bəziləri isə bu fikir barəsində yekdil rəy (icma) olduğunu iddia etmişlər.” (5)

7 - Doktor Məhəmməd Əbduh Yəmanı yazır:

وَهُوَ اَوَّلُ مَنْ اَسْلَمَ مِنَ الْفِتْیَانِ وَاَوَّلُ مَنْ صَلَّى خَلْفَ رَسُولِ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ)

“O (Əli), cavanlardan islamı qəbul edən və Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in arxasında namaz qılan ilk şəxs olmuşdur.” (6)

8 - Zərəndi Hənəfi yazır:

اَمِیرُ الْمُوْمِنِینَ وَاِمَامُ الْمُتَّقِینَ عَلِىُّ بْنُ اَبِى طاَلِبٍ، اَوَّلُ مَنْ آمَنَ بِهِ وَصَدَّقَهُ مِنَ الْمُوْمِنِینَ

“Möminlərin əmiri və müttəqilərin imamı Əli ibn Əbutalib ona (Peyğəmbərə) iman gətirən, möminlər içərisində onu təsdiq edən ilk şəxs olmuşdur.” (7)

9 - İbn İshaq yazır:

کَانَ اَوَّلُ مِنْ ذَکَرٍ آمَنَ بِرَسُولِ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ) وَصَلَّى مَعَهُ وَصَدَّقَهُ بِمَا جَاءَ بِهِ مِنْ عِنْدِ اللهِ عَلُىُّ بْنُ اَبِى طَالِبٍ وَهُوَ یَوْمَئِذٍ ابْنُ عَشَرِ سِنِینَ. وَکاَنَ مِمَّا اَنْعَمَ اللهُ عَلَى عَلِىِّّ بْنِ اَبِى طاَلِبٍ (عَلَیْهِ السَّلاَمُ) اَنَّهُ کَانَ فِی حِجْرِ رَسُولِ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَسَلبَّمَ) قَبْلَ الْاِسْلَامِ

“Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-ə iman gətirən, onunla bildikdə namaz qılan və ona nazil olanları təsdiq edən ilk şəxs Əli ibn Əbutalib idi. O zaman onun on yaşı var idi. Allah-taalanın ona bəxş etdiyi nemətlərdən biri də bu idi ki, İslam dini gəlməmişdən qabaq Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in ağuşunda böyümüşdü.” (8)

10 - İbn Əbil-Hədid Mötəzili yazır:

مَا اَقُولُ فِی رَجُلٍ سَبَقَ النَّاسَ اِلَى الْهُدَى، آمَنَ بِاللهِ وَعَبَدَهُ، وَکُلُّ مَنْ فِی الْاَرْضِ یَعْبُدُ الحْجَرَ وَیَجْحَدُ الْخَالِقَ، لَمْ یَسْبِقْهُ اَحَدٌ اِلَى التَّوْحِیدِ اِلاَّ السَّابِقُ اِلَى کُلِّ خَیْرٍ مُحَمَّدٌ رَسُولُ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ)

“Bu şəxs barəsində nə deyə bilərəm. O, hamıdan əvvəl hidayət olundu, hamıdan əvvəl Allaha iman gətirdi və ona ibadət etdi. Halbuki, həmin vaxt yer üzündə olan insanların hamısı daşlara ibadət edir və Xaliqi inkar edirdilər. Xeyirxahlıqda hamıdan öndə olan Məhəmməd rəsulullahdan başqa heç kəs tovhiddə ondan qabağa keçmədi.” (9)

11 - Əli Cəndi, Məhəmməd Əbul-fəzl İbrahim, Məhəmməd Yusif Məhcub kimi ustadlar belə nəql etmişlər:

وَقَدْ ذَهَبَ اَکْثَرُ اَهْلِ الْحَدِیثِ اِلَى اَنَّهُ ـ عَلِىٌّ ـ اَوَّلُ النَّاسِ اِتِّبَاعاً لِرَسُولِ اللهِ وَایِمَاناً بِهِ، وَلَمْ یُخَالِفْ فِی ذَلِکَ اِلاَّ الٍْاَقَلُّونَ، وَمَنْ وَقَفَ عَلَى کُتُبِ اَصْحَابِ الْحَدِیثِ تَحَقَّقَ ذَلِکَ، وَاِلَیْهِ ذَهَبَ الْوَاقِدِىُّ وَالطَّبَرِىُّ، وَهُوَ الْقَوْلُ الَّذِی رَجَّحَهُ وَنَصَرَهُ صَاحِبُ کِتَابِ (اْلاِسْتِیْعَابِ) لِاِبْنِ عَبْدِ الْبِرِّ

“Hədis əhlinin əksəriyyəti bu əqidədədir ki, o, – Əli – Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-ə tabe olan və ona iman gətirən ilk şəxs olmuşdur. Bu məsələyə azsaylı şəxslərdən başqa heç kəs etiraz etməmişdir. Hədis alimlərinin kitablarından agahlığı olan bir şəxs mütləq belə bir nəticəyə çatacaqdır. Bu, Vaqidinin və Təbərinin nəzəridir. “İstiab”ın müəllifi (İbn Əbdul-Birr) bu nəzəriyyəyə üstünlük vermiş və onu dəstəkləmişdir.” (10) (11)

1. “Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 13-cü cild, səh. 224, xütbə 238.
2. “ “Tarixi İslam”, Raşidi xəlifələrin tarixi, səh. 624.
3. “Əttənbihu vəl-işraf”, səh. 198.
4. “Tarixul-uməmil-islamiyyə”, 1-ci cild, səh. 400; Məşhədu İmam Əli fin-Nəcəf, səh. 35.
5. “İs`afur-rağibin”, “Nurul-əbsar”ın  haşiyəsində, səh. 148.
6. "Əllimu ovladəkum məhəbbətə Ali beytin-nəbi" (səlləllahu əleyhi və alih) səh. 101.
7. “Nəzmu durəris-simteyn”, səh. 17.
8. “Tarixul-uməm vəl-miləl”, 2-ci cild, səh. 213;”Məşhədu İmam Əli fin-Nəcəf”, səh. 34.
9. “Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 3-cü cild, səh. 260.
10. “Səc’ul humam fi hukmil-İmam”, səh. 5; “Əl-istiyab”, 2-ci cild, səh. 457.
11. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 459.

Peinevesht:

    
Nəşr tarixi: « 1396/09/27 »

Əlaqəli materiallar

Əli (əleyhis-salam)-ın islamı qəbul etməsinin mənası

Əhli-sünnət alimlərinin kəlamlarında ilk müsəlman

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 721