Əli (əleyhis-salam)-ın islamı qəbul etməsinin mənası

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Əli (əleyhis-salam)-ın islamı qəbul etməsinin mənası

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: Əli (əleyhis-salam)-ın barəsində “islamı qəbul etmək” təbiri düzgündürmü?

Cavab: “Əli (əleyhis-salam) islamı qəbul edən ilk şəxsdir” deməyimiz, əhli-sünnətlə nəzakətlə rəftar etmək üçündür. Çünki kimsə deyə bilər ki, İslamı qəbul etmək ilk öncə kafir olmağı tələb edir. Halbuki, Əli (əleyhis-salam) heç vaxt kafir və müşrik olmamışdır ki, islamı da qəbul etmiş olsun! O, nə vaxt Allaha şərik qoşmuşdur ki, iman gətirməyinə də ehtiyac olsun?! O, İslam və tovhid əsasında Allahın evində dünyaya gəlmişdir. Bundan sonra gözünü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in üzünə açmış və onun qucağında böyüyüb boya-başa çatmışdır. İmam Əli (əleyhis-salam) uzun illər boyu həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə birlikdə mağarada Allaha ibadət edirdi, halbuki, başqaları həmin dövrdə bütə pərəstiş edirdilər. Deməli, onun islamı qəbul edib iman gətirməsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə bağladığı əhd-peymanı yeniləşdirməsi, uşaqlıqdan qəlbində saxladığı və ona əməl etdiyi əqidəni aşkar etməsi mənasınadır. Onun “islamı qəbul edib iman gətirməsi” ifadəsi eynilə həzrət İbrahim (əleyhis-salam)-ın iman gətirib islamı qəbul etməsi mənasınadır. Allah-taala onun barəsində buyurur:

 وَ اَنَا اَوَّلُ الْمُسْلِمِینَ

“Mən ilk müsəlmanam.” (1)

اِذْ قالَ لَهُ رَبُّهُ اَسْلِمْ قالَ اَسْلَمْتُ لِرَبِّ الْعالَمِینَ

“O zaman Pərvərdigarı ona buyurdu: “İslam gətir!” O da dedi: “Mən Aləmlərin Pərvərdigarına islam gətirdim!” (2)

وَاَنَا اَوَّلُ الْمُوْمِنِینَ

“Mən möminlərin birincisiyəm.” (3)

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsində isə buyurur:

آمَنَ الرَّسُولُ بِما اُنْزِلَ اِلَیْهِ مِنْ رَبِّهِ

“Peyğəmbər Allah tərəfindən ona nazil olanlara iman gətirdi.” (4)

قُلْ اِنِّی اُمِرْتُ اَنْ اَکُونَ اَوَّلَ مَنْ اَسْلَمَ

“De: Həqiqətən mənə əmr olunmuşdur ki, ilk müsəlmanlardan olam.” (5)

وَاُمِرْتُ اَنْ اُسْلِمَ لِرَبِّ الْعالَمِینَ

“Mənə əmr olunmuşdur ki, Aləmlərin Pərvərdigarına təslim olam.” (6)

Həzrət İbrahim (əleyhis-salam) və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in İslamı qəbul edib iman gətirməsi ilə əlaqədar hər bir mənanı Əli (əleyhis-salam) barəsində də deyirik.

Xanım doktor Suad Mahir, Məsudidən belə nəql edir: “... Camaatın çoxu inanır ki, Əli heç vaxt Allaha şərik qoşmamışdır ki, yenidən islamı qəbul etməsinə ehtiyac olsun. Əksinə o, hər bir şeydə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in işlərinə, əməllərinə və rəftarlarına tabe olaraq ona iqtida edirdi. Həddi-buluğa çatan zamanda da həmin halda idi. Heç şübhəsiz, Allah onu bu kimi işlərdən (şirkdən) uzaq saxlamış, onu dəstəkləmiş və Peyğəmbəri-əkrəm(səlləllahu əleyhi və alih)-ə tabe olmağa müvəffəq etmişdi.” (7) (8)

1. “Ən’am” surəsi, 163.
2. “Bəqərə” surəsi, 131.
3. “Ə’raf” surəsi, 143.
4. “Bəqərə” surəsi, 285
5. “Ən’am” surəsi, 140.
6. “Ğafir” surəsi, 66
7. “Məşhədul-İmam Əli (əleyhis-salam) fin-Nəcəf”, səh. 35.
8. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 454.

Peinevesht:

    
Nəşr tarixi: « 1396/09/27 »

Əlaqəli materiallar

Əli (əleyhis-salam)-ın islamı qəbul etməsinin mənası

Əhli-sünnət alimlərinin kəlamlarında ilk müsəlman

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 666