Qısa cavab:
Ətraflı cavab:
Sual: Əhli-sünnət alimləri “Rədduş-Şəms” hədisinin sənədini səhih bilirlərmi?
Cavab: Əhli-sünnət alimlərindən bir qrupu bu hədisi səhih bilmişlər, o cümlədən:
1 - Əli ibn Sultan ibn Məhəmməd Qari (1014). (1)
2 - Əbu Cəfər Təhavi. O “Rədduş-Şəms” hədisini nəql etdikdən sonra yazır: “Bu hədis mənim nəzərimdə sabit və doğrudur, hücciyyət üçün kafidir. Bu hədisin raviləri etimadlıdırlar və onun ricallarında münaqişə yaratmaq istəyənlərin etibarı yoxdur.” (2)
3 - Şəhab Əhməd Xəffaci. O, yazır: “Təbərani onu müxtəlif sənədlərlə nəql etmişdir ki, əksər ricalları siqədir.” (3)
O, həm də yazır: “Müsənnif (Qazi Əyaz) bu hədisi nəql edərək işarə etmişdir ki, onun təriqlərinin sayca çoxluğu hədisin düzgün olmasına dair bir şahiddir. Ondan öncə bir çox hədis alimləri, o cümlədən Təhavi sözü gedən hədisi səhih hesab etmişlər. (4)
4 - Hafiz Təbərani. O, bu hədisi nəql etdikdən sonra deyir: “Bu hədis “həsən” hədisdir.” (5)
5 - Hafiz Həsəkani Hənəfi. (6)
6 - Beyhəqi. (7)
7 - Hafiz Heysəmi. O, bu hədisi “Əlamatun-nübüvvət” kitabının “Babu həbsiş-şəms lin-nəbiyy” bölümündə qeyd etmişdir. (8)
8 - Qəstəlanı. (9)
9 - Məhəmməd ibn Hüseyn Əzdi. (10)
10 - Əbul-Müzəffər Yusif Qəzəoğlu Hənəfi (654). O, babası İbn Covzinin nəzəriyyəsini rədd etmək məqamında (o, “Rədduş-şəms” hədisini zəif hesab etmək istəmişdi) yazır: “Onun iddiası dəlilsizdir. Çünki, biz bu hədisi adil və siqə insanlardan nəql etmişik. Elə insanlar ki, onlarda heç bir problem yoxdur və onun sənədlərində zəif sayıla biləcək bir şəxs də mövcud deyildir. İbn Üqdənin (bu hədisi) özündən düzəltməsi ittihamı da yəqin üzündən və qəti deyil, zənn və şəkk üzündəndir. İbn Üqdə öz ədaləti ilə məşhurdur. Əhli-beytin fəzilətlərini nəql etdiyinə və səhabəni mədh etmədiyinə görə ona “rəfz” və “rafizi” adı vermişlər. (11)
11 - Əbur-Rəbi Süleyman Sibti – “İbn Səb” adı ilə məşhurdur – “Şifaus-sudur” kitabında. (12)
12 - Vəliyəddin Əbu Zərə Əraqi (826). (13)
13 - Əbu Əbdilah Zərqani Maliki (1122). O, yazır: “Qaydalardan biri də budur ki, nəqllərin sayca çoxluğu hədisin həqiqəti olmasına dəlalət edir.” (14)
14 - Zeyni Dehlan. O, yazır: “İbn Məndə və İbn Şahin (bu hədisi) “həsən” sənədlərlə Əsmadan, həmçinin, İbn Mərdəveyh, Əbu Hüreyrədən “həsən” sənədlərlə nəql etmişdir. Təbərani də “Mucəmul-kəbir” kitabında “həsən” sənədlərlə nəql etmişdir. (15)
15 - Molla Əli Qari. O, yazır: “Ümumilikdə bu hədisin əsli sübuta yetir və sənədlərinin çoxluğu ilə güclənərək “həsən” mərtəbəsinə çatır. Buna görə də ona etibar və istinad etmək olar. (16) (17)
***
Etiqad prinsipləri – İmamət – On iki İmam – İmam Əli (əleyhis-salam) – Əmirəl-möminin Əli (əleyhis-salam)-ın fəzilətləri – Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bəyanında – “Rədduş-Şəms” hədisi
“Rədduş-Şəms” hədisi barəsində yazılan müstəqil kitablar
Sual:Əhli-sünnət alimlərindən “Rədduş-Şəms” hədisi barəsində kimlər müstəqil kitab yazmışdır?
Cavab: Əhli-sünnət alimlərindən bir qrupu bu hədis barəsində müstəqil kitablar yazmışlar. O cümlədən:
Əbubəkr Vərraq. O, “Mən rəva Rəddəş-şəms” adlı bir kitab yazmış və İbn Şəhraşub onu “Mənaqib” kitabında nəql etmişdir. (18)
Əbul-Qasim Həsəkani Hənəfi. O, bu hədis barəsində bir risalə yazmış və onun bir qismini İbn Kəsir nəql etmişdir. (19)
Əbul-Həsən Şazan Fəzli. O, bu hədisin təriqləri barəsində bir risalə yazmış və Süyuti “Ləalul-məsnuə” kitabında onun bir hissəsini nəql etmişdir. (20)
Hafiz Əbul-fəth Əzdi Mosili. Bu mövzuda müstəqil bir kitab yazmış və Hafiz Gənci “Kifayətut-talib” kitabında onu nəql etmişdir. (21)
Əxtəb Xarəzm. O, “Rədduş-şəms li Əmiril-möminin” adlı bir kitab yazmış və İbn Şəhraşub onu “Mənaqib” kitabında qeyd etmişdir. (22)
Cəlaləddin Süyuti “Kəşful-lubs ən hədisi Rəddiş-şəms” adlı bir kitab yazmışdır.
Əbu Əbdillah Məhəmməd ibn Yusif Dəməşqi Salehi. O, Süyutinin şagirdidir və “Muzilul-lubs ən hədisi Rəddiş-şəms” adlı bir kitab yazmışdır.
Əbu Əli Şərif Məhəmməd ibn Əs’əd. O da “Rədduş-Şəms” hədisinin təriqləri barəsində bir kitab yazmışdır. (23)
Əbu Əbdillah Cə’l Hüseyn ibn Əli Bəsri “Cəvazu rəddiş-şəms” adlı bir kitab yazmış və İbn Şəhraşub onun adını qeyd etmişdir. (24)
İbn Mərdəveyh. O da bu barədə bir risalə yazmış və Bəyazi “Siratul-mustəqim” kitabında onun adını çəkmişdir. (25)
1. “Əl-mirqat fi şərhil-mişkat”, 4-cü cild, səh. 287; “Şərhu-şifa”nın haşiyəsində; “Nəsimur-riyaz”, 3-cü cild, səh. 10.
2. “Kəşfur-rəms”, səh. 29.
3. “Nəsimur-riyaz”, 3-cü cild, səh. 11.
4. “Nəsimur-riyaz”, 3-cü cild, səh. 11.
5. “Kəşfur-rəms”, səh. 34.
6. “Məsələ fi təshihi rədduş-şəms”, Həsəkani Hənəfi.
7. “Kəşfur-rəms”, səh. 34.
8. “Məcməuz-zəvaid”, 8-ci cild, səh. 297.
9. “Əl-məvahibul-ləduniyyə”, 1-ci cild, səh. 358.
10. “Lisanul-mizan”, 5-ci cild, səh. 140, “Mənaqibu Əli (əleyhis-salam)”-ın nəqlinə əsasən.
11. “Kəşfur-rəms”, səh. 49 və 50.
12. “Kəşfur-rəms”, səh. 55.
13. “Rəhut-təsrib” 6-cı cild, səh. 247.
14. “Məvahibul-lədəniyyə”nin şərhi, 6-cı cild, səh. 490.
15. “Əssirətun-Nəbəviyyə”, 2-ci cild, səh. 201.
16. “Nəsimur-riyaz”, 3-cü cild, səh. 10, “Şərhi Şifa”nın haşiyəsində.
17. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 483.
18. “Əl-mənaqib”, 2-ci cild, səh. 353.
19. “Əl-bidayətu vən-nihayə”, 6-cı cild, səh. 88.
20. “Əl-ləalil-məsnuə”, 1-ci cild, səh. 338.
21. “Kifayətut-talib”, səh. 383, bab 100.
22. “Mənaqib”, İbn Şəhraşub, 2-ci cild, səh. 360.
23. Bax: Süyutinin həmin mövzudakı risaləsinə
24. “Əl-mənaqib”, cild 3, səh. 353.
25. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 482.
Şərh qeydə alınmayıb