“Rəduş-şəms” hədisi ilə təzadda olan hədis

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

“Rəduş-şəms” hədisi ilə təzadda olan hədis

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: İbn Kəsirin rəvayəti “Rədduş-şəms” hədisi ilə müqabilə edə bilərmi?

Cavab: İbn Kəsir “Rədduş-şəms” hədisini inkar etmək üçün Əhməd ibn Hənbəldən nəql edir ki, Əbu Hüreyrə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu demişdir: “Yuşedən başqa bir kəs üçün günəş həbs olunmamışdır (hərəkətdən dayanmamışdır).” (1)

Cavabında deyirik: Əvvəla, İbn Əbul-Hədidin dediyi kimi, bu hədisin ravisi olan Əbu Hüreyrənin Əli (əleyhis-salam)-la münasibəti çox da yaxşı olmamışdır. (2)

İbn Əbil-Hədid nəql edir ki, Müaviyə səhabə və tabeindən bir qrupunu təyin etmişdi ki, Əlinin məzəmmətinə dair saxta hədis düzəltsinlər. Onların hamısı, o cümlədən Əbu Hüreyrə bu işə görə əmək haqqı alırdılar. (3)

İkincisi, bu rəvayətin (İbn Kəsirin rəvayətinin) düzlüyünü fərz etsək belə, yenə də “Rədduş-şəms” hədisini saxta hesab etmək olmaz. Çünki, Əhmədin nəql etdiyi bu rəvayət “Rədduş-şəms” hadisəsindən qabaq Həzrət Əli barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən deyilə də bilər. (4)

Üçüncüsü, Günəşin “qaytarılması” ilə onun “həbs edilməsi – saxlanması” arasında fərq vardır. “Günəşin həbs edilməsi” dedikdə onun qüruba doğru hərəkətinin qarşısının alınması, “Rədduş-şəms” dedikdə isə qürub etdikdən sonra günəşin yenidən geri qaytarılması nəzərdə tutulur.

Dördüncüsü, bəzi rəvayətlərə uyğun olaraq Günəş həm Yuşe, həm də bizim Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün həbs olunmuşdur. (5)

Beşincisi, Əsqəlanı yazır: Bu rəvayətdə məqsəd budur ki, Günəş keçmiş peyğəmbərlərdən yalnız Yuşe üçün həbs olunmuşdur. Bu da Günəşim bizim Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) üçün həbs olunmadığına dəlalət etmir. (6)

1. “Əl-bidayətu vən-nihayə”, 6-cı cild, səh. 79.
2. Bax: “Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 4-cü cild, səh. 67.
3. Bax: “Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 4-cü cild, səh. 63 və 64.
4. “Nəsimur-riyaz”, 3-cü cild, səh. 11.
5. “Əl-məvahibul-ləduniyyə”, 2-ci cild, səh. 211.
6. “Fəthul-Bari”, 6-cı cild, səh. 155.
7. “Sireyi Hələbi”, 1-ci cild, səh. 383; “Feyzul-Qədir”, 5-ci cild, səh. 440; “Əl-məvahibul-ləduniyyə”nin şərhi, 6-cı cild, səh. 494.
8. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 488.

Peinevesht:
Nəşr tarixi: « 1397/05/25 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 833