“Uxuvvət” hədisinin dəlaləti

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

“Uxuvvət” hədisinin dəlaləti

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: “Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?

Cavab: Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü ilə Əli (əleyhis-salam) arasında əqd bağlamaqda məqsədi onun mənzilət və kamalını elan etmək, eləcə də onun başqalarından üstün olduğunu göstərmək idi. Çünki rəvayətlərdən əldə olunduğu kimi, Peyğəmbər (səlləllahu əleyhi və alih) hər kəsi, fəzilət və kamalda onun oxşarı ilə qardaş etdi. Deməli, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü ilə Əli arasında qardaşlıq əqdi səhabələr arasında o həzrətin yeganə oxşarının Əmirəl-möminin Əli (əleyhis-salam) olmasını göstərmək üçün idi. Belə ki, bu mətləbi “Mübahilə” ayəsində “canlarımızı və canlarınızı çağıraq” - deyə buyurulan cümlədə də görmək olar. Bu məna həzrət Əli (əleyhis-salam)-ın imamətinə dair bir rəmz hesab olunur. Buna görə də o həzrət, Ömərin ölümündən sonra xəlifə təyin etmək üçün toplaşan şurada bu hədisi – “üxuvvət” hədisini xatırlatmışdı.

Məhəmməd ibn Təlhə Şafei bu hədisi nəql etdikdən sonra deyir:

وَ فِی ذَلِکَ مَا یُوْذَنُ بِعِظَمِ قَدْرِ عَلِىٍّ وَشَرَفِ مَحَلِّهِ وَالْمَآلِ وَلِهَذَا کَانَ یَفْتَخِرُ بِهَا وَیَقُولُ فِی کَثِیرٍ مِنَ الْاَوْقَاتِ: اَنَا عَبْدُ اللهِ وَاَخُو رَسُولِهِ

“Bu hədis Əlinin böyük əzəmət, yüksək məqam, şərəf və parlaq gələcəyindən xəbər verir. Buna görə də həzrət Əli bu fəzilətlə fəxr edir, çox vaxtlar deyirdi ki, mən Allahın bəndəsi və onun Peyğəmbərinin qardaşıyam.” (1)

Şeyx Mənsur Əli Nasif yazır:

هَذِهِ الْمُوَاخَاهُ وَقَعَتْ بَعْدَ الْهِجْرَهِ، فَقَدْ آخَى النَّبِىُّ (صَلَّى الله عَلَیْهِ وَسَلَّمَ) بَیْنَ الْمُهَاجِرِینَ وَاْلاَنْصَارِ لِزِیَادَهِ الرَّابِطَهِ وَالْمَوَدَّهِ بَیْنَهُمَا. وَبِهَذَا الْحَدِیثِ امْتَازَ عَلِىٌّ عَنْ بَقِیَّهِ اْلاَصْحَابِ

“Bu qardaşlıq hadisəsi hicrətdən sonra baş verdi. Peyğəmbər (səlləllahu əleyhi və səlləm) mühacir və ənsar arasında dostluq əlaqələrini gücləndirmək üçün onlar arasında əqd bağladı. Bu hədis vasitəsilə Əli sair səhabələrdən seçilirdi.” (2)

Gənci Şafeyi yazır:

هَذَا حَدِیثٌ حَسَنٌ، عَالٍ، صَحِیحٌ، اَخْرَجَهُ التِّرْمِذِىُّ فِی جَامِعِهِ. فَاِذَا اَرَدْتَ اَنْ تَعْلَمَ قُرْبَ مَنْزِلَتِهِ مِنْ رَسُولِ اللهِ (صَلَّى الله عَلَیْهِ وَسَلَّمَ) تَاَمَّلْ صُنْعَهُ فِی الْمُوَاخَاهِ بَیْنَ الصَّحَابَهِ، جَعَلَ یَضُمُّ الشَّکْلَ اِلَى الشَّکْلِ وَالْمِثْلَ اِلَى الْمِثْلِ فَیُوَلِّفُ بَیْنَهُمْ اِلَى اَنْ آخَى بَیْنَ اَبِى بَکْرٍ وَعُمَرَ، وَادَّخَرَ عَلِیّاً کَنَفْسِهِ وَاخْتَصَّهُ بِاُخُوَّتِهِ. وَنَاهیک بِهَا مِنْ فَضِیلَهٍ وَشَرَفٍ

“Bu hədis “həsən”, ali və səhihdir. Tirmizi “Came” kitabında onu nəql etmişdir. Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in nəzərində Əlinin sahib olduğu məqam və mənziləti bilmək istəsən, Peyğəmbərin səhabələr arasında necə qardaşlıq əqdi bağladığına nəzər sal: necə ki, o (əməl və rəftarda) uyğun və oxşar olanları bir-birinə qovuşdurdu, onların arasında ülfət yaratdı. Əbubəkrlə Öməri qardaş etdi. Əlini isə özünə saxladı. Bu Əli üçün böyük bir şərəf və fəzilət sayılır.” (3)

Misirin Ədliyyə nazirinin birinci vəkili ustad Tofiq Əbu Elm yazır:

وَ فِی ذَلِکَ مِنْ اِبَانَهِ فَضْلِهِ عَلَى الْکَافَّهِ وَالدَّلَالَهِ عَلَى اَنَّهُ لَا کُفْوَ لِرَسُولِ اللهِ (صَلَّى الله عَلَیْهِ وسَلَّمَ) سِوَاهُ

“Peyğəmbərin bu əməli Əlinin bütün insanlara olan fəzilət və üstünlüyünü aşkar şəkildə göstərərək dəlalət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-ə Əlidən başqa heç bir tay-bərabər yoxdur.” (4)

Ustad Xalid ibn Məhəmməd Xalid yazır:

وَ الْآنَ مَا بَالُکُمْ بِرَجُلٍ اخْتَارَهُ الرَّسُولُ مِنْ بَیْنِ اَصْحَابِهِ جَمِیعاً لِیَکُونَ فِی یَوْمِ الْمُوَاخَاهِ اَخَاهُ، کَیْفَ کَانَتْ اَبْعَادُ اِیمَانِهِ وَاَعْمَاقِهِ حَتىَّ آثَرَهُ الرَّسُولُ بِهَذِهِ الْمَکْرِمَهِ وَالْمَزِیَّهِ

“Sizin belə bir şəxs barəsində nəzəriniz nədir?! Peyğəmbər (səlləllahu əleyhi və səlləm) qardaşlıq günündə bütün səhabələrin arasından qardaş olmaq üçün məhz onu seçmişdir. Onun (Əlinin) mənəvi xüsusiyyətləri və imanının dərinlikləri hansı həddə idi ki, Peyğəmbər onu belə bir üstünlüyə layiq bilmişdi?!” (5)

Ustad Əbdul-Kərim Xətib yazır:

وَ هَذِهِ الْاُخُوَّهُ لِلنَّبِىِّ الَّتِی جَعَلَهَا الرَّسُولُ لِعَلِىٍّ وَحْدَهُ وَاخْتَصَّهُ بِهَا تَدْعُونَا اِلَى اَنْ نَتَحَقَّقَ مِنْهَا اَوَّلاً وَنَسْتَوْثِقَ مِنَ الْاَخْبَارِ الَّتِی تَحَدَّثْنَا بِهَا. وَذَلِکَ قَبْلَ اَنْ نَنْظُرَ فِی دَلَالَتِهَا وَمَا فِی هَذِهِ الدَّلَالَاتِ مِنْ شَوَاهِدِ الْفَضْلِ وَالْاِحْسَانِ لِمَنِ اخْتَصَّهُ النَّبِىُّ بِاُخُوَّتِهِ لاَ عَنْ مُحَابَاهٍ، وَاِنَّماَ عَنْ اَمْرٍ مِنْ اَمْرِ اللهِ وَفَضْلٍ مِنْ فَضْلِه ِالَّذیِ یُوْتِیهِ مَنْ یَشَاءُ، وَاللهُ ذُوالْفَضْلِ الْعَظِیمِ

“Peyğəmbərin (səlləllahu əleyhi və səlləm) yalnız Əliyə layiq bildiyi bu qardaşlıq məqamı bizi vadar edir ki, ilk mərhələdə hədisin məna və dəlalətinə nəzər salmadan öncə onun barəsində tədqiqat aparaq və xatircəmlik əldə edək: bu hədis elə bir şəxsin fəzilət və kamalına dəlalət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) yalnız onu özünün qardaşlıq məqamına yüksəltmişdir. Şübhəsiz ki, bu iş səbəbsiz deyildi; əksinə, o Allahın əmri əsasında idi. Bu fəzilət də ilahi bir fəzilət idi ki, Allah onu istədiyi şəxsə nəsib edir. Allah böyük fəzilət sahibidir.” (6)

1. “Mətalibus-su`l”, səh. 64.
2. “Ğayətul-mə’mul fi şərhit-tacil-camii lil-usul”, “Əttac”ın haşiyəsində, 3-cü cild, səh. 355.
3. “Kifayətut-talib”.
4. “Əl-İmam Əli ibn Əbutalib (əleyhis-salam)”, səh. 43.
5. “Fi rihabi Əli (əleyhis-salam)”, səh. 43,.
6. Əli ibn Əbutalib (əleyhis-salam) bəqiyyətun-nubuvvət və xatəmul-xilafət, səh. 110.
7. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 498.

Peinevesht:
Nəşr tarixi: « 1397/05/25 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 863