İbn Teymiyyə “uxuvvət” hədisni saxta hesab edir!

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İbn Teymiyyə “uxuvvət” hədisni saxta hesab edir!

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: İbn Teymiyyənin “uxuvvət” hədisinin saxta olması ilə əlaqədar yazdığı sözlərin etibarı vardırmı?

Cavab: İbn Teymiyyə bu hadisənin Əli (əleyhis-salam) üçün böyük bir fəzilət olduğunu görərək onu zəiflətmək məqamına gəlmiş və demişdir: “Qardaşlıq hədisi batil və saxtadır, çünki Peyğəmbər (səlləllahu əleyhi və səlləm) heç kəslə qardaşlıq əqdi bağlamamışdır!” (1)

O, başqa yerdə isə yazır: “(Peyğəmbərin) Əli ilə qardaşlıq hədisləri ümumiyyətlə saxtadır!” (2)

Cavabda deyirik:

Əvvəla: İbn Teymiyyə bu hədisi saxta qələmə vermək və onu zəiflətmək istəyində təkdir, bu barədə heç kəs onunla həmfikir deyildir. Bu mətləbi əhli-sünnət alimləri də vurğulamışlar.

İkincisi: Bu hədisi onlarla əhli-sünnət alimi öz hədis, tarix və təfsir kitablarında nəql etdiyi halda, necə mümkün ola birlər ki, onu saxta və yalan hesab edək?! O cümlədən: Tirmizi (3), Nisai (4), İbn Macə (5), Hakim Nişapuri (6), İbn Əbdul-Birr və İbn Kəsir (7), Əhməd ibn Hənbəl (8) və s. kimi şəxslər onu öz rəvayət kitablarında qeyd etmişlər. Əhli-sünnət alimlərinin əsərlərində böyük hörmət və sayğı ilə yad edilən bu şəxsləri yalançılıq və saxta hədis nəql etməkdə ittiham etmək olarmı?!

Üçüncüsü: Zərqani Maliki yazır: “Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-lə Əlinin arasında qardaşlıq əqdi barəsində çoxlu hədislər nəql edilmişdir. Tirmizi onları qələmə alaraq “həsən” hesab etmişdir. Həmçinin Nişapuri də onu nəql edərək səhih bilmişdir.” (9)

Dördüncüsü: Əhli-sünnət alimlərindən bəziləri İbn Teymiyyənin qarşısında ciddi mövqe tutaraq onun hədislərin zəifliyinə dair fikirlərinə rədd cavabları yazmışlar. O cümlədən: İbn Həcər “Fəthul-Bari” kitabında İbn Teymiyyəmin bu hadisəyə dair “Müsəlmanlar arasında qardaşlıq qanununun qoyulması onların bir-birinə qarşı mehribançılığını artırmaq və qəlblərinə ülfət bağışlamaq olmuşdur. Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in barəsində isə belə işlərin mənası yoxdur!” - deyə tutduğu iradı nəql etdikdən sonra yazır: “Bu yozum həqiqətdə qiyas əsasında nəssin rədd olunmasıdır!” (10)

Zərqanı Maliki də “uxuvvət” hədisini rədd etdiyinə görə İbn Teymiyyəni tənqid etmişdir. (11) (12)

1 - “Minhacus-sunnə”, 4-cü cild, səh. 32.
2 - “Minhacus-sunnə”, 4-cü cild, səh. 361.
3 - “Səhihi Tirmizi”, 5-ci cild, səh. 363.
4 - “Əs-sunənul-kubra”, 4-cü cild, səh. 74; “Xəsaisu Əmiril-mu`minin (əleyhis-salam)”, səh. 3.
5 - “Sunəni İbn Macə”, 1-ci cild, səh. 44, hədis: 120.
6 -“Əl-mustədrəku ələs-Səhiheyn”, 3-cü cild, səh. 16, hədis: 4289.
7 - “Muxtəsəru təfsiri İbn Kəsir”, 1-ci cild, səh. 323.
8 - “Musnədi Əhməd”, 1-ci cild, səh. 159.
9. “Şərhul-məvahibil-lədunniyyə”, 1-ci cild, səh. 273.
10. “Fəthul-Bari fi şərhi Səhihil-Buxari”, 7-ci cild, səh. 217.
11. “Şərhul-məvahibil-lədunniyyə”, 1-ci cild, səh. 273.
12. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 500.

Peinevesht:
Nəşr tarixi: « 1397/07/26 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 873