“Teyr” hədisinin sənədinin düzgünlüyü

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

“Teyr” hədisinin sənədinin düzgünlüyü

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: “Teyr” hədisinin sənədinin düzgünlüyünü hansı yollarla sübut etmək olar?

Cavab: “Teyr” hədisinin səhih olduğunu müxtəlif yollarla sübut etmək olar. O cümlədən:

1 - Ravilərin ədaləti

“Teyr” hədisinin sənədində elə şəxslər vardır ki, əhli-sünnət alimlərinin nəzərində etibarlı və ədalətli hesab olunmuşlar, o cümlədən Nisai, Zəkəriya ibn Yəhya. (2)

2 - Bu hədisnin səhihliyinə dair aşkar mülahizələr

Əhli-sünnət alimlərindən bəziləri “Teyr” hədisinin səhih olmasını aşkar demişlər, o cümlədən:

– Qazil-quzat Əbdul-Cəbbar ibn Əhməd Motəzili

– Məhəmməd ibn Yusuf Gənci Şafei (3)

– İbn Səbbağ Maliki (4)

– Abdullah ibn Məhəmməd Müteyri

–Hakim Nişapuri (405 h.q-də vəfat edib);

O yazır: “Teyr hədisi səhihdir. Buxarı və Müslim onu öz “Səhih”lərində qeyd etməli idilər. Çünki, onun ricalları siqədir və bu iki nəfərin qənaətinə görə səhihlik şərtlərinə malikdir.”

Həmçinin yazır: “Bu hədisi Ənəsin səhabələrindən bir dəstəsi – otuz nəfərdən artıq – nəql etmişlər. Sözü gedən hədis səhih yollarla Əlidən, Əbu Səid Xudrudən və Səfiyyədən nəql olunmuşdur.” (5)

– Heysəmi

O, “Teyr” hədisini nəql etdikdən sonra yazır: “Bəzzar və Təbəranı onu ixtisarla nəql etmişlər. Təbəraninin ricalları səhihdir, yalnız Fətr ibn Xəlifə siqədir.” (6)

– Zəhəbi

O, yazır: “Teyr hədisinin müxtəlif təriqləri vardır. Mən onları bir kitabda bir yerə toplamışam. O təriqlərin məcmusunun səviyyəsi hədisin əsli olmasından xəbər verir.” (7) (8)

1 - “Təhzibul-kəmal”, 1-ci cild, səh. 23, “Vəfəyatul-ə`yan”, 1-ci cild, səh. 77.
2 - “Əl-kaşif”, 1-ci cild, səh. 220; “Təhzibut-təhzib”, 3-cü cild, səh. 334.
3 - “Kifayətut-talib”, səh. 155.
4 - “Əl-fusulul-muhimmə”, səh. 3.
5. “Mustədrək”, Hakim, 3-cü cild, səh. 131.
6. “Məcməuz-zəvaid”, 9-cu cild, səh. 125 və 126.
7. “Təzkirətul-huffaz”, 3-cü cild, səh. 1042.
8. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 516.

Peinevesht:
Nəşr tarixi: « 1397/03/31 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1361