Qısa cavab:
Ətraflı cavab:
Sual: “Teyr” hədisi Əli (əleyhis-salam)-ın fəzilətlərindən hansı birinə dəlalət edir?
Cavab: Bu şərif hədisdə bir çox faktlar diqqəti cəlb edir, o cümlədən:
1 - İmam Əli (əleyhis-salam) Allah dərgahında ən əziz insandır!
Peyğəmbər (səlləllahu əleyhi və alih) Allahdan istəyir ki, öz dərgahında ən əziz insanı onun yanına göndərsin. Allah da İmam Əlini onun yanına göndərir. Bu hədis tam aşkar şəkildə göstərir ki, Əli (əleyhis-salam) Allah dərgahında (Peyğəmbərdən sonra) ən əziz insandır.
2 - Əli (əleyhis-salam)-ın sair səhabələrdən üstündür.
Əli (əleyhis-salam) Allah yanında əziz olan insanların hamısından üstün bir şəxsdir. Bu məsələ Qəstəlaninin (1), Qazi Səbkinin (2), Əbu Hamid Qəzzalinin (3), Qazinin (4), Nurinin (5) və Fəxr Razinin (6) kəlamlarında diqqət çəkir. Bəzi əhli-sünnət alimləri də “Teyr” hədisinin Əli (əleyhis-salam)-ın sair səhabələrdən əfzəl olmasına dəlalətini qeyd etmişlər, o cümlədən:
1 - Mə’mun Abbasinin müasiri olan alimlər (7)
2 - Hakim Nişapuri. (8)
3 - Fəxr Razi. (9)
4 - Məhəmməd ibn Təlhə (10)
5 - Hafiz Gənci (11)
3 - İmam Əli (əleyhis-salam)-ın imaməti
İbn Teymiyyə və başqaları deyir: “Hər kəs ümmətin ən fəzilətlisi olsa, imamət və xilafətə hamıdan artıq layiqdir. “Teyr” hədisinin vasitəsi ilə Əlinin (bütün) səhabələrdən fəzilətli olması isbat olunduqda, onun imamət və xilafəti də sübuta yetir.”
4 - Əli (əleyhis-salam) bütün peyğəmbərlərdən üstündür
“Teyr” hədisinin bir çox nəqllərində İmam Əli (əleyhis-salam) Allah-taalanın əvvəldən-axıra qədər xəlq etdiyi bütün məxluqların arasında ən sevimli, ən fəzilətli şəxs kimi təqdim olunur. (12) Belə bir təbir göstərir ki, həzrət Əli (əleyhis-salam) əvvəlki, peyğəmbərlərdən üstündür. O, “Mübahilə” ayəsində buyurulan “ənfusəna və ənfusəkum” kəlməsinə əsasən Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə bərabərdir. (13)
1. “Əl-məvahibul-ləduniyyə”, 7-ci cild, səh. 42.
2. “Təbəqatuş-şafeiyyə”, 2-ci cild, səh. 187.
3. “Ehyaul-ulum”, 4-cü cild, səh. 327.
4. “Əş-şifa”, 3-cü cild, səh. 372.
5. “Əl-minhacu fi şərhi Səhihi Muslim”, cild 15, səh. 151.
6. “Əttəfsirul-kəbir”, 8-ci cild, səh. 18.
7. “Əqdul-fərid”, 5-ci cild, səh. 354 - 358.
8. “Təzkirətul-huffaz”, 2-ci cild, səh. 1039.
9. “Nihayətul-uqul”.
10. “Mətalibus-su`l”, 1-ci cild, səh. 42 və 43.
11. “Kifayətut-talib”, səh. 151.
12. “Mənaqib” İbn Məğazili, səh. 168 və 169.
13. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 517.
Şərh qeydə alınmayıb