Qurani-kərimdə Əhli-beyt (əleyhimus-salam)-a məhəbbət

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Qurani-kərimdə Əhli-beyt (əleyhimus-salam)-a məhəbbət

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: “Məvəddət” ayəsinə əsasən, Qurani-kərimdə kimlərə qarşı məhəbbət bəsləmək tövsiyə olunmuşdur?

Cavab: Mütəal Allah Qurani-kərimdə buyurur:

قُلْ لا اَساَلُکُمْ عَلَیهِ اَجراً اِلاَّ الْمَوَدَّهَ فِى الْقُربى

“Ey Peyğəmbərimiz! De, mən risalət müqabilində sizdən ən yaxınlarıma məhəbbət bəsləməkdən başqa heç bir şey istəmirəm.” (1)

Bu ayə “məvəddət ayəsi” adı ilə məşhurdur. Məşhur təfsir, tarix və hədis kitablarında onun Əhli-beyt (əleyhimus-salam) barəsində nazil olduğu qeyd olunmuşdur.

Süyuti bu ayənin təfsirində öz sənədi ilə İbn Abbasdan belə nəql edir: “Məvəddət ayəsi nazil olanda səhabələr Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-dən soruşdular: “Ey Allahın Rəsulu! Sənin ən yaxın adamların kimdir ki, onlara məhəbbət bəsləmək bizə vacib oldu?”  Həzrət buyurdu: “Əli, Fatimə və onların iki övladı.” (2)

İmam Əli (əleyhis-salam)-ın şəhadətindən sonra Həsən (əleyhis-salam) oxuduğu xütbədə Allaha həmd-səna etdikdən sonra buyurdu:

وَ اَنَا مِنْ اَهْلِ الْبَیْتِ الَّذِى افْتَرَضَ اللهُ مَوَدَّتَهُمْ عَلَى کُلِّ مُسْلِمٍ، فَقَالَ تَبَارَکَ وَ تَعَالَى: ( قُلْ لا اَساَلُکُمْ عَلَیهِ اَجراً اِلاَّ الْمَوَدَّهَ فِى الْقُربى وَمَْن یَقْتَرفْ حَسَنهً نَزد لَهُ فِیها حُسْناً) فَاقْتِرَافُ الْحَسَنَهِ مَوَدَّتُنَا اَهْلَ الْبَیْتِ...

“Mən elə bir əhli-beytdənəm ki, Allah onlara məhəbbət bəsləməyi hər bir müsəlmana vacib etmiş və buyurmuşdur: “Ey Peyğəmbərimiz! De, mən risalət müqabilində sizdən ən yaxınlarıma məhəbbət bəsləməkdən başqa heç bir şey istəmirəm. Hər kim həsənə (yaxşı əməl) görsə, onun yaxşılığını artırarıq.” Yaxşı iş görmək biz əhli-beytə məvəddətdir. ”

İmam Sadiq (əleyhis-salam) Əbu Cəfər Əhvələ buyurdu: “Bəsrə əhli “məvəddət ayəsi” barəsində nə deyirlər?” Dedim: “Sənə fəda olum! Onlar deyirlər ki, bu ayə Peyğəmbərin qohumları barəsində nazil olmuşdur.”  Həzrət buyurdu: “Yalan deyirlər! Yalnız biz əhli-beyt: Əli, Fatimə, Həsən və Hüseyn – Kəsa səhabələri barəsində nazil olmuşdur.” (3)

Bildiyimiz kimi, bu rəvayətin beş nəfərə həsr edilməsi həqiqi həsr deyil, nisbidir; çünki, bu ayə sair imamlara da şamil olur.” (4)

1. “Şura” surəsi, ayə: 23.
2. “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 7; “Mustədrək”, Hakim, 3-cü cild, səh. 172; “Məcməuz-zəvaid”, 9-cu cild, səh. 168; “Kəşşaf”, 4-cü cild, 219
3. “Kafi”, 8-ci cild, səh. 79, hədis: 66; “Qurbul-əsnad”, səh. 128.

4. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 520.

Peinevesht:
Nəşr tarixi: « 1397/03/31 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1991