Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xəttab ayrı-ayrı şəxslərin Quranla bağlı suallar verməsinə necə reaksiya göstərirdi?
Cavab: Ənəsdən nəql olunur: “Səbiğ Kufi Ömər ibn Xəttabdan Quranın bir hərfi barədə sual soruşduğuna görə onu şallaqla o qədər vurdu ki, kürəyindən qan axmağa başlardı.”
Zəhridən nəql olunur: “Ömər Quranın hərfləri barəsində çox sual etdiyinə görə Səbiği o qədər şallaqladı ki, kürəyindən qan axmağa başladı.” (1)
Həmçinin Ğəzzali “Ehyaul-ulum” kitabında (2) yazır: “Ömər mübahisə və söz-söhbətin qarşısını aldı. Ondan Quranın iki ayəsinin arasındakı ziddiyyət barəsində soruşan Səbiği şallaqlayıb özündən uzaqlaşdırdı, camaata da göstəriş verdi ki, ona yaxınlaşmasınlar.” (2)
Həmçinin Əbdur-Rəhman ibn Yəzid deyir: “Bir nəfər Ömərdən “və fakihətən və əbbən” ayəsi barəsində soruşdu. Ömər onun bu barədə danışdığını görəndə şallaqla ona tərəf getdi...” (3)
İbn Abbas deyir: (4) “Bir il müddətində Ömər ibn Xəttabdan bir ayə barəsində soruşmaq istəyirdim, lakin qorxudan soruşa bilmirdim.” (5)
1-“Sunəni Darəmi”, 1-ci cild, səh. 54 və 55; Tarixu İbn Əsakir, 6-cı cild, səh. 384 (23-cü cild, səh. 411(, nömrə: 2846; “Tarixu Dəməşqin müxtəsəri”, 11-ci cild, səh. 46;“Siyrətu Ömər”, İbn Covzi, səh. 109 (117); “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 111 (7-ci cild, səh. 614).
2-“Ehyau ulumid-din” 1-ci cild, səh. 30(1-ci cild, səh. 28).
3-“Fəthul-Bari”, 13-cü cild, səh. 230 (13-cü cild, səh. 271); “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 317 (8-ci cild, səh. 422).
4-“Siyrətu Ömər, İbn Covzi, səh. 118 (126).
5-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 566.
Şərh qeydə alınmayıb