Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xəttab məcusilərin hökmlərindən nə qədər agah idi?
Cavab: Yəhya ibn Səid öz sənədləri ilə Ömər ibn Xəttabdan belə nəql edir:
ما أدری ماأصنع بالمجوس ولیسوا أهل الکتاب؟
“Mən kitab əhli olmayan məcusilər ilə necə davranacağımı bilmirəm!”
Başqa bir ibarədə belə deyir: “Mən onların barəsində nə edəcəyimi bilmirəm!”
Əbdur-Rəhman ibn Ovf dedi: “Allahın Peyğəmbərinin belə buyurduğunu eşitdim: “Onlarla kitab əhli kimi rəftar edin.”
Bicalədən belə nəql olunur: “Ömər məcusilərdən Əbdur-Rəhman ibn Ovfun şəhadətinə qədər cizyə almırdı. Nəhayət, Əbdur-Rəhman ibn Ovf şəhadət verdi ki, Peyğəmbər Hicr məcuslarından cizyə almışdı.” (1)
Qeyd olunmalıdır ki, siyasi, dini, maliyyə və digər sahələrdə məcusların hökmündən agah olmaq bir islam hakimi üçün ən ibtidai şərtlərdən biridir.
Təəccüblüdür! Belə bir mühüm hökm neçə illər müddətində icra olunmadı və Əbdur-Rəhman ibn Ovfun şəhadətindən sonra təzəcə icra olunmağa başladı. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: (2)
مَنْ تَوَلَّى مِنْ أَمْرِ الْمُسْلِمِینَ شَیْئاً فَاسْتَعْمَلَ عَلَیْهِمْ رَجُلاً وَهُوَ یَعْلَمُ أَنَّ فِیهِمْ مَنْ هُوَ أَوْلَى بِذَلِکَ وَأَعْلَمَ مِنْهُ بِکِتَابِ اللهِ وَسُنَّةِ رَسُولِهِ فَقَدْ خَانَ اللهَ وَرَسُولَهُ وَجَمِیعَ الْمُؤْمِنِینَ
“Hər kəs müsəlmanların işlərindən hər hansı birini öhdəsinə alsa və onların arasında Allahın kitabı və Peyğəmbərin sünnəti barədə (başqalarından) bilikli və layiqli bir kimsənin olduğunu bildiyi halda (bilikli olan o şəxsi deyil, başqa) bir kəsi onlara başçı təyin etsə, Allaha, Peyğəmbərə və bütün möminlərə xəyanət etmişdir!” (3)
1- “Əl-əmval”, səh. 40, hədis: 77; “Əl - muvəttə”, Malik, 1-ci cild, səh. 270 (1-ci cild, səh. 278), hədis: 42; “Səhihi Buxari”, 3-cü cild, səh. 312, hədis: 2987; “Musnəd”, Əhməd ibn Hənbəl, 1-ci cild, səh. 190 (1-ci cild, səh. 312), hədis: 1660.
2 - “Məcməuz - zəvaid”, Hafiz Heysəmi, 5-cİ cild, səh. 211
3 - Şəfii, Şahrudi, “Əl - Qədir”in mühüm fəsilləri, səh. 564.
Şərh qeydə alınmayıb