Qısa cavab:
Ətraflı cavab:
Sual:Səhabə və tabeindən kimlər müvəqqəti izdivacı halal hesab edirdi?
Cavab: Mərhum Əllamə Əmini “Əl-qədir” kitabında (1) müvəqqəti izdivacı halal bilən səhabə və tabeindən 20 nəfərinin adını çəkir. Onlardan bəzilərinin adını aşağıda qeyd edirik:
1. Cabir ibn Abdullah (2)
2. Abdullah ibn Məsud.
Alusi öz təfsirində (3) İbn Məsudun “fəməstəmtə’tum bihi minhunnə ila əcəl” ayəsi ilə bağlı qiraət hədisini xatırlatmış, İbn Həzm “Əl-mühəlla” kitabında (4), Zərqani “Şərhul- müvəttə” kitabında (5) İbn Məsudu mütəni halal hesab edənlərdən saymışlar. Hədis hafizləri də onun dilindən belə bir hadisəni nəql etmişlər: “Biz Peyğəmbərlə birlikdə müharibədə iştirak edirdik. Qadınlarımız yanımızda olmadığından Peyğəmbərə dedik: “İcazə verirsinizmi özümüzü xacə edək (axtalayaq)?” Həzrət bizi bu işdən çəkindirdi, lakin icazə verdi ki, hətta bir dəst paltar ilə (mehr qərar verməklə) izdivac (müvəqqəti) edək. Sonra bu ayəni tilavət etdi: “ (Ey iman gətirənlər!) Allahın halal buyurduqlarını (özünüzə) haram etməyin!”. (6)
Cəssas bu rəvayəti xatırlatdıqdan sonra yazır: “(Ey iman gətirənlər!) Allahın halal buyurduqlarını (özünüzə) haram etməyin!”(7) – ayəsi o ayələrdəndir ki, Allahın Peyğəmbəri müvəqqəti izdivacın mübah (icazəli) bir iş olduğunu elan edərkən tilavət edirdi.
3. Əbdülah ibn Ömər (8) (9)
1-“Əl-Qədir”, 6-cı cild, səh. 311-314
2-“Umdətul-qari”, Eyni, 8-ci cild, səh. 310 (17-ci cild, səh. 246); “Səhihi Müslüm”, 1-ci cild, səh. 395 (3-cü cild, səh. 194), hədis: 17, “Nikah” kitabı
3 – “Təfsir”, Alusi, 5-cİ cild, səh. 5
4-“Əl-muhəlla”, 5-cİ cild, səh. 519, məsələ 1854
5 – Zərqaninin “Əl-muvəttə” (müəllif: Malik) kitabına şərhi, 3-cü cild, səh. 154, hədis: 1178, “Nikah” kitabı
6-“Səhihi Buxari”, 8-ci cild, səh. 7 (5-cİ cild, səh. 1953), hədis: 4787, “Nikah” kitabı; “Səhihi Müslüm”, 1-ci cild, səh. 354 (3-cü cild, səh. 192), hədis: 11, “Nikah” kitabı; “Əd-durrul-mənsur”, 2-ci cild, səh. 307 hədis hafizləri və imamlarından doqquz nəfərdən nəqlən
7-“Maidə” surəsi, 87.
8-“Musnəd”, Əhməd ibn Hənbəl, 2-ci cild, səh. 95 (2-ci cild, səh. 225, hədis: 5661).
9-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 550.
Şərh qeydə alınmayıb