Qısa cavab:
Ətraflı cavab:
Beyhəqi Şəibidən belə nəql edir:
لما مرضت فاطمة أتاها أبو بکر الصدیق فأستئذن علیها؛ فقال علی: یا فاطمة، هذا أبو بکر یستئذن علیک؛ فقالت: أتحب أن أأذن؟ قال: نعم، فأذنت له فدخل علیها یترضاها، و قال: والله ما ترکت الدار والمال والأهل والعشیرة إلا لإبتغاء مرضاة الله و مرضاة رسوله و مرضاتکم أهل البیت؛ ثم ترضاها حتی رضیت.
“Fatimə xəstələnəndə Əbubəkr onun razılığını əldə etmək üçün yanına gəldi və görüşməyə icazə istədi. Əli Fatiməyə:
- Əbubək görüş üçün icazə istəyir, - deyə xəbər verdi.
Fatimə:
- İcazə verməyimi istəyirsinizmi? – deyə soruşdu.
- Bəli.
Fatimə icazə verdi. Əbubəkr içəri girdi. O, Fatimədən icazə almaq məqsədilə:
- And olsun Allaha, evimi, yaşayışımı, malımı, sərvətimi, yaxınlarımı yalnız Allahın, peyğəmbərin və siz peyğəmbər ailəsinin razılığını əldə etmək üçün tərk etmişəm. Daha sonra o, Fatimədən razılıq istədi. Fatimə ondan razılığını bildirdi.” (1)
Cavabında deyilir: Əvvəla, hədisin sənədi mürsəldir (natamamdır). Çünki Şəibi tabeindən (sonrakı nəsildən) sayılır. O, özü hadisənin şahidi olmayıb.
İkincisi, sözü gedən hədis əhli-sünnət qaynaqlarında müxtəlif hədis raviləri vasitəsilə nəql olunmuş səhih hədislərə ziddir. Həmin hədislərdə deyilir ki, Həzrət Fatimə (salamullahi əleyha) ömrünün sonunadək iki xəlifəni bağışlamadı. Belə isə, sözü gedən hədisin nə qədər dəyəri ola bilər? “Səhih” adlanan kitabların heç birində və heç bir hədis mənbəyində bu hədisdən əsər-əlamət yoxdur və hədislər arasındakı ziddiyyət onu sıxışdıraraq saxta olduğuna dəlalət edir.
Üçüncüsü, tabein zümrəsindən olan bir şəxsin nəql etdiyi hədisi qəbul etsək, yenə də Şəibinin hədisini qəbul etmək mümkün deyil. Çünki Şəibi Həzrət Əlinin (əleyhis-salam) düşmənlərindən olmuş və nasibi sayılmışdır. Bilazəri və Əbu Hamid Qəzzali Şəibinin özündən nəqlən belə yazır:
“Bir neçə nəfərlə Bəsrə şəhərinin hakimi Həccacın hüzuruna getdik. Muhacir və ənsar övladlarından olan Mədinə qiraət alimlərindən bir neçəsi də orada idi. Onların arasında Əbu Sələmə ibn Əbdürrəhman ibn Ouf da var idi. Həccac onlarla söhbət edərkən Əli ibn Əbutalibdən söz düşdü və onun barəsində pis sözlər dedi. Biz də Həccacın razılığını əldə etmək və onun şərrindən canımızı qurtarmaq üçün Əlinin barəsində pis sözlər danışdıq.... (2)
Belə bir nasibinin nəql etdiyi hədis bizim üçün dəlil sayıla bilərmi?

Salam
Allah razi olsun.metn goturmek ucun icazevizi istiyirdim.diger qardaslarla boluwub onlarida melumatlandirmaq ucun.