Qısa cavab:
Ətraflı cavab:
"Ali İmran" surəsinin 31-ci ayəsinə müraciət etməklə bu sualın cavabını əldə etmək olar.
Allah-taala bu ayədə həqiqi məhəbbətin mənasını bəyan edir və onun yalançı məhəbbətlə fərqini açıqlayır:
قُلْ إِنْ کُنْتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونی یُحْبِبْکُمُ اللّهُ وَ یَغْفِرْ لَکُمْ ذُنُوبَکُمْ وَ اللّهُ غَفُورٌ رَحیمٌ
De: "Allahı sevirsinizsə mənə itaət edin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mehribandır."
Yəni, məhəbbət heç bir təsirə malik olmayan zəif - qəlbə aid bir bağlılıqdan ibarət deyil, onun əlamət və nişanələri insanın əməllərində öz əksini tapmalıdır. Allahı sevdiyini iddia edən şəxsin birinci nişanəsi odur ki, onun göndərdiyi Peyğəmbərin yolunu getsin. İnsanı sevdiyi məhbuba və onun istəklərinə tərəf çəkmək həqiqətən də məhəbbətin təbii əlamətidir. Sözsüz ki, sərhədləri ürəkdən kənara çıxmayan zəif məhəbbət də tapılır. Amma belə məhəbbət o qədər dəyərsizdir ki, onu “məhəbbət” adlandırmaq olmaz.
Əsil məhəbbətdən mütləq əməli nişanələr doğur və mütləq o məhəbbət sahibini sevdiyinə bağlayır. Bu məhəbbət onu sevdiyinin istəkləri uğrunda səmərəli çalışqanlığa sövq edir. Bu mövzunun dəlili aydındır. Çünki insanın nəyəsə sevgisi, sevdiyində hər hansı bir kamal (kamillik) gördüyündən qaynaqlanır. İnsan heç vaxt heç bir “güclü tərəfi” olmayan bir varlığa eşq bəsləmir.
Allah, hər növ kamilliyin əsas mənbəyi və sərçeşməsi olduğu üçün insan Ona məhəbbət bəsləyir.
Sözsüz ki, Onun (varlığın) bütün proqram və buyruqları da kamildir. O təqdirdə, təkamül və inkişaf aşiqi olan insanın o proqramlardan boyun qaçırması necə ola bilər?! Onun boyun qaçırması, eşq və məhəbbətinin olmamasına sübut deyilmi?
Bu ayə "Nəcran" xristianlarına və Peyğəmbər (səlləllahu əleyhi və alih) əsrində Allaha məhəbbət bəslədiklərini iddia edənlərə cavab verməkdən əlavə İslam məntiqində bütün əsrlər üçün ümumi bir qanunu təşkil edir. Gecə gündüz Allaha, İslam rəhbərlərinə, Allah yolunda mücahidlərə, saleh və yaxşı insanlara məhəbbət elan edən, lakin əməldə onlara azacıq bənzəməyənlər, yalançı iddiaçılardan başqa bir şey deyil.
Başdan-ayağa günaha batmış və bu halla öz qəlbini Allah, Peyğəmbər (səlləllahu əleyhi və alih), Əmirəl-möminin (əleyhis-salam) və böyük rəhbərlərin məhəbbəti ilə dolu olduğunu iddia edən və yaxud iman, eşq-məhəbbətin yalnız qəlbdə olduğunu və əməllə heç bir əlaqəsi olmadığını düşünən bu insanlar, İslam məntiqinə tamamilə yaddırlar."
"Məanil-əxbar" kitabında İmam Sadiqdən (əleyhis-salam) nəql olunmuşdur:
ما أَحَبَّ اللّهَ مَنْ عَصاه
Günah edən şəxs Allahı sevmir.
Allah-taala Qurani-kərimdə buyurub:
" یُحْبِبْکُمُ اللّهُ وَ یَغْفِرْ لَکُمْ ذُنُوبَکُمْ وَ اللّهُ غَفُورٌ رَحیمٌ " –
O ayəyə əsasən Allahı sevirsinizsə və həyatınızda o məhəbbətin nişanələri əməl vasitəsi ilə üzə çıxırsa, Allah da o sizi sevir. Bu dostluğun arxasınca onun nişanələri məlum olur, sizin münasibətlərinizdə öz əksini tapır, günahlarınızı bağışlayır və sizi Öz rəhmətini sizə şamil edir.
Allahın qarşılıqlı məhəbbətinin dəlili aydındır; O, hər cəhətdən kamil və sonsuz olan bir varlıqdır. Kamillik yolunda addım atan hər bir varlıq (Onun təsiri nəticəsində) Ona məhəbbət bəsləyəcək və Ona bağlanacaq.
Ayədən bu da aydın olur ki, məhəbbətin bir tərəfli olması mümkün deyil. Hər bir məhəbbət, onu öz sevdiyinin istəkləri yolunda addım atmağa dəvət edir. Bu təqdirdə şübhəsiz ki, sevdiyi də onu sevəcək.
Burada belə bir sual meydana çıxa bilər:
- Sevən şəxs, daim öz sevdiyi şəxsin fərmanlarına itaət edirsə artıq bağışlanması üçün bir günahı qalmır. O təqdirdə "günahlarınızı bağışlayacaq" sözü nə deməkdir!?
Cavab:
1). Bu sözün keçmiş günahlara bir işarə olması mümkündür.

2). Sevən şəxs sevdiyi şəxsin sözündən çıxmağa davam etmir. Lakin tüğyan və şəhvətin qələbəsi nəticəsində bəzən ayağı sürüşərsə mütəmadi itaətinin nəticəsində bağışlanacaqdır. (1)
həqiqətən düzdür belə bir heyatla üzləşmişəm və mən Allah-Talanın möcüzələrinə rast gəlmişəm. Mə Allahımı çoooox seirem inanıram Oda meni sevər.İnşAllah