Qısa cavab:
Ətraflı cavab:
Ailə kiçik ictimai bir qurumdur və böyük cəmiyyətlərdə olduğu kimi onun da vahid rəhbərliyi olmalıdır. Qadın və kişinin hər ikisi, onun rəhbərliyini öz öhdəsinə götürməsi, faydasızdır. Onlardan biri ailənin başçısı, digəri isə müavin və onun nəzarəti altında olmalıdır. Qurani-kərimin "Nisa" surəsinin 34-cü ayəsində başçılıq vəzifəsinin kişiyə verilməsindən söz açılır:
الرِّجالُ قَوّامُونَ عَلَى النِّساءِ
“Kişilər qadınların başçısı və keşikçisidir.”
Əlbəttə, bu sözlərdə diktatorluq, zülm və zorakılıqdan deyil, məsuliyyət və müşavirə baxımından vahid nizam-intizamlı bir rəhbərlikdən söz gedir. Hər hansı bir qurumda (iki fərdən ibarət olsa belə) vəzifə bölgüsünə gədikdə, mütləq bir nəfər rəis, digəri isə müavin və ya üzv olmalıdır. Bu məsələ, hər bir zamanla müqayisdə müasir dövrümüzdə daha aydın görünür. Əks təqdirdə o işdə hərc-mərclik yaranacaq. Kişinin ailə başçısı olması da bu qəbildəndir. Bu mövqenin ona verilməsi kişinin daşıdığı məziyyətlərlə bağlıdır. Məsələn, onun düşüncəsi hisslərindən üstün, daha çox fiziki qüvvəyə malikdir. (Qadın isə əksinə hiss və emosiyaya daha çox qapılır). Kişi, ağıl qüvvəsi ilə düşünür, plan tərtib edir və fiziki qüvvəsini ilə ailə hüdudlarının keşiyində durur. Bundan əlavə, onun həyat yoldaşı və uşaqlarının sosial xərclərini, normal yaşayışlarını təmin emtək ödəliyi öz üzərinə götürməsi ona bu haqqı verir. Sözsüz ki, bəzən qadınlar da sözü gedən aspektlərin öhdəsindən gələ birlər. Qanun isə ayrı-ayrı fərdlər üçün deyil, ümumi formada nəzərdə tutulur. Şübhəsiz ki, ümumi olaraq kişilərin qadınlarla müqayisədə bu işə daha çox hazırlıqları var. Qadınlar da müəyyən vəzifələri öz öhdələrinə götürə bilərlər ki, onun da əhəmiyyətinə şəkk-şübhə yoxdur.
Ayənin əvvəlində buyurur: "Bu başçılıq yaranış baxımından Allah-taalanın məsləhəti əsasında bəşər növünün birini digrərindən fərqləndirdiyinə görədir".
بِما فَضَّلَ اللّهُ بَعْضَهُمْ عَلى بَعْض
Ayəyinin davamı onun həqiqətinə bir işarədir: "Bu başçılıq kişilərin infaq, qadın və ailənin ehtiyaclarını ödəməklə bağlı üzərilərinə götürmüş öhdəliyə görədir.”
وَ بِما أَنْفَقُوا مِنْ أَمْوالِهِمْ

Aydındır ki, bu vəzifəni kişilərə tapşırılması onların yüksək insani keyfiyyətinin və ya digər cəhətdən üstün olduğunu göstərmir.... Üstünlük təqva və pərhizkarlıqla təyin olunur. Məsələn, bir müavinin insani xüsusiyyətləri bir rəisin insani xüsusiyyətlərindən müxtəlif cəhətlərdən yüksək ola bilər. Rəis isə müavinlə müqayisdə ona tapşırılan işin başçısı olmağa ondan daha layiqlidir. (1)
Şərh qeydə alınmayıb