Qısa cavab:
Ətraflı cavab:
Şübhəsiz ki, insanın vücudu “fərdi” və “ictimai” yönlərdən ibarətdir. Ona görə də onun həyat tərzi iki qismə - xüsusi və ümumi həyat tərzinə bölünür. Onların hər birinin səciyyəvi xarakteri və hər birinin qayda-qanunları var.
İnsan özündən asılı olmayaraq ictimai mühitdə geyim, hərəkət və gediş-gəliş baxımından müxtəlif məhdudiyyətlər müqabilində dözümlülük göstərməlidir. Məlumdur ki, bütün gün ərzində bu məhdudiyyətlərələ yaşamaq yorucu və başağrıdıcıdır. Ona görə də, insan gün ərzində bir neçə saat azad olmaq, qayğıları kənara qoymaq, istirahət etmək, öz ailəsi və uşaqları ilə xüsusi söhbət etmək istəyir. Bu minvalla o azadlıqdan mümkün qədər istifadə etmək istəyir. Məhz ona görə öz xüsusi evinə can atır və qapıları başqalarını üzünə bağlamaqla cəmiyyətdən ayrılır, bununla da ictimai mühitdə dözməli olduğu neçə-neçə qaydalardan azad olur.
Onun, sığındığı azad mühit, kifayət qədər təhlükəsiz olmalıdır. Əks təqdirdə hər kəs gözlənilmədən bu mühitə daxil olub onun sabitliyini poza bilsə, daha onun üçün azadlıq, istirahət, sakitlik olmayacaq – onun evi, küçə-bazar mühitinə çevriləcək.
Ona görə də daim insanlar arasında bu zəmində xüsusi qaydalar mövcud olub. Dünyanın hər yerində insanların evlərinə onların icazəsi olmadan daxil olmaq qadağandır. Hətta təhlükəsizliyi təmin etmək və s. kimi zərurətlərdən evə icazəsiz daxil olmaq tələb olunsa, yalnız xüsusi səlahiyyətli orqanlar icazə vermək hüququna malikdir. İslam dinində də belə məsələlər üçün çox sərt qanunlar qoyulmub, misilsiz adət və qaydalar nəzərdə tutulub.
Hədisdə oxuyuruq:
Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrindən biri olan Əbu Səid evə daxil olmaq üçün icazə istədi. O, Peyğəmbərin (səlləllahu əleyhi və alih) evinin qapısının önündə durmuşdu. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "İcazə alarkən qapının önündə durma! "
Digər bir hədisdə oxuyuruq:
Həzrət başqalarnın qapısına gedəndə qapı qarşısında deyil, sol və ya sağ tərəfində dayanar və deyərdi: "Salamun əleykum". Bu minvalla o, daxil olmağa icazə istəyərdi.
Çünki o zamanlar evin qarşısında pərdə çəkmək, adi bir hal deyildi. Hədislərdən belə məlum olur ki, hətta ana, ata və övladının evinə daxil olmaq üçün icazə alınmalıdır.
Bəzi hədislər də deyilir:
Bir kişi Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşdu:
- Anamın evinə daxil olarakən icazə almalıyam?
Peyğəmbər buyurdu:
- “Bəli.”
O, soruşdu:
– Anamın məndən başqa köməkçisi olmadığı halda da icazə almalıyam?
– Ananı çılpaq görmək istəyirsən?
– Xeyir.
– Elə isə ondan icazə al.
Başqa bir hədisdə oxuyuruq:
Peyğəmbər (səlləllahu əleyhi və alih) öz qızı Fatimənin evinə daxil olmaq istədikdə öncə evin qapısına gəlib əli ilə qapını azacıq geriyə itələdi və buyurdu: "Əs-səlamun əleykum". Fatimə atasının salamını aldı. Sonra Peyğəmbər (s) soruşdu:
– Evə girə bilərəmmi?
– Daxil ol, ey Allahın Rəsulu - deyə cavab verdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih):
– Mənimlə birlikdə gələn şəxsin də daxil olmağa icazəsi varmı?– deyə soruşdu.
Fatimə (ə.s):
– Başımda örtük yoxdur – dedi və hicabını örtdü.
Peyğəmbər (səlləllahu əleyhi və alih) yenidən salam verdi və Fatimə onun salamına cavab verdi. O, yenidən özü üçün icazə istədi. Müsbət cavab aldıqdan sonra yoldaşı Cabir ibn Abdullah üçün də icazəsini aldı.
Bu hədis göstərir ki, bütün müsəlmanlara nümunə olan Peyğəmbər (səlləllahu əleyhi və alih) bu qaydalara necə dəqiqliklə riayət edir.
Bəzi hədislərdə hətta üç dəfə icazə almaq lazım olduğu qeyd olunur. Birinci icazəni eşitsinlər. İkinci icazədə hazırlaşsınlar. Üçüncüsündə isə icazə verib-verməcəyəcəklərini qərara alsınlar.
Hətta deyilənlərə görə bu üç icazənin arasında müəyyən qədər fasilə də olmalıdır. Çünki, bəzən ev sahibi, münasib geyimdə deyil, yaxud da elə bir haldadır ki, kiminsə onu görməsini istəmir. Belə hallarda ev tör-töküntü olması da səbəb ola bilər. Yaxud da ola bilsin ki, ev sahibi, evində olan müəyyən sirrini, digərlərinin bilməsini istəmir. Özünü qaydaya salmaq üçün ona imkan vermək lazımdır.
İcazə verilmədiyi təqdirdə isə heç təəssüflənmədən içəri daxil olmaq fikrindən daşınmaq lazımdır. (1)

Şərh qeydə alınmayıb