Qısa cavab:
Ətraflı cavab:
"Nəhcul-bəlağə"nin on ikinci xütbəsində İmam Əli (əleyhis-salam) möminlər arasında ən əsas bağlılıq tellərini ideoloji (məktəb) bağlılıq telləri hesab edir. Bu bağlılıq teli bütün digər bağlılıq tellərindən (irq, dil, ictimai mənafe, partiya fikirləri və s.) üstündür. Bu İlahi tellərin hüdudları (şüası) bütün zaman və məkanları əhatəsinə alır, bütün keçmiş, indiki və gələcək nəsilləri bir ilahi və ruhani topluma çevirir.
Buyurur: “Bütün bugünkü möminlər, hələ analarının bətnində olub doğulmayanlar və yaxud əsrlər sonra atalarının belindən analarının bətninə düşən, sonra doğulub boya-başa çatacaq insanlar "Cəməl" döyüşündə iştirak etmişlər. Çünki bu hakimiyyət üçün olan şəxsi bir mübarizə deyil, haqq tərəfdarları ilə batil tərəfdarlarının döyüşü idi. Bu iki cərgə, şirin və şor sular kimi qiyamətədək hərəkətdə olacaq və həqiqi möminlər hər zaman və hər yerdə haqq hərəkatı istiqamətində batil hərakata qarşı mübarizə aparacaqlar. Onların hamısı mübarizənin nəticələrində - iftixar, bərəkət və mükafatlarda şərikdir.
Onun dəlili aydındır; hamı eyni həqiqəti axtarır, eyni istəyi istəyir, eyni istiqamətdə addımlayır, eyni hədəf üçün qılınc çalır, bir olan Allahın razılığını əldə etmək üçün səy və cəhd edir.
Bu əsas prinsipə diqqət yetirməklə Quranda və hədislərdə bir çoxlarına müəmma kimi görünən məsələlər həllini tapır. Qurani-kərimdə "Səmud" tayfasının başına gələn hadisədə buyurur:
فَکَذَّبُوهُ فَعَقَرُوها فَدَمْدَمَ عَلَیْهِمْ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوّیها
«Amma onlar peyğəmbərlərini (Salehi) təkzib etmişdilər və Allahın möcüzəsi olan dəvəni öldürmüşdülər. Rəbləri də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.» (1)
Halbuki, tarix səhifələrində dəvəni yalnız bir nəfərin öldürdüyü diqqəti cəlb edir. Lakin digərləri də onunla yekdil və eyni əqidədə olduqlarına görə onun işi hamıya aid olunur və cəza hamının yaxasını tutur. Bu isə, Mövlanın digər yerdə buyurduğu kəlamla eynidir:
اَیُّهَا النّاسُ اِنَّما یَجْمَعُ النّاسَ الرِّضى وَ السُّخْطُ وَ اِنَّما عَقَرَ ناقَةَ ثَمُودَ رَجُل واحِد فَعَمَّهُمْ اللهُ بِالْعَذابِ لَمّا عَمُّوهُ بِالرِّضا
"Ey insanlar, (bir işə görə) razılıq və narazılıq mükafat və bir cəzaya səbəb olur. "Səmud" tayfasının dəvəsini bir nəfər öldürdü. Amma əzabı "Səmud" tayfasının bütün kafirlərinə şamil oldu. Çünki, hamı onun əməlinə razı idilər." (2)
Tarixdə oxuyuruq ki, Cabir ibn Ənsari İmam Hüseynin (əleyhis-salam) şəhadətinin qırxıncı günü onun mübarək qəbrinin ziyarətinə gedib. Orada ah-naləsi göyə ucalıb. O, İmam Hüseynin (əleyhis-salam) və yavərlərinin qəbirləri önündə geniş məzmunlu və kədərli ziyarətnaməsini oxuyarkən yavərlərin qəbirlərinə xitabən dedi:
"Şəhadət verirəm ki, siz namazı bərpa etdiniz, zəkatı ödədiniz, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirdniz və küfr əhli ilə döyüşdünüz, son nəfəsinizə kimi Allaha pərəstiş etdiniz."
Sonra əlavə etdi:
وَالَّذى بَعَثَ مُحَمَّداً بِالْحَقِّ لَقَدْ شارَکْناکُمْ فیما دَخَلْتُمْ فیهِ
"Məhəmmədi haqq Peyğəmbərliyə seçən Allaha and olsun, biz sizin əldə etdiyiniz İlahi nemət və mükafatlarda şərikik!"
Cabirin elmli dostlarından biri olan Ətiyyə, onun bu sözlərindən təəccüblənərək etiraz edib dedi: "Ey Cabir, biz nə etmişik ki, onların şəriki olaq? Nə dərədən aşağı endik, dağa qalxdıq və qılınc çaldıq. Hüseynin (əleyhis-salam) yavərlərinin isə başları bədənlərindən ayrıldı. Övladları yetim və qadınları dul qaldı."
Cabir yuxarıda qeyd etdiyimiz prinsipi Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədisinə istinadən Ətiyyəyə xatırladıb dedi:
– Mən Allahın Rəsulunun (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitdim:
مَنْ اَحَبَّ قَوْماً حُشِرَ مَعَهُمْ وَ مَنْ اَحَبَّ عَمَلَ قَوْم اُشْرِکَ فی عَمَلِهِمْ
"Bir qrupu sevən şəxs qiyamətdə onlarla məşhur olacaq. Bir tayfanın əməllərini bəyənən şəxs onların əməllərində şərikdir."
Sonra əlavə etdi: "And olsun Məhəmmədi (s) haqq Peyğəmbərliyə göndərən Allaha, mənim və dostlarımın niyyəti Hüseyn və səhabələrinin niyyəti ilə eyni idi. (3)
Quran ayələri dəfələrlə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) müasiri və Mədinə sakinləri olan yəhudilərə xitab edərək onları Musanın (ə) müasirlərinin ona qarşı etdikləri əməllərə görə danlayıb günahlandırır. Halbuki, onların arasında əsrlər, bəlkə min illər zaman fərqi var. Lakin onlar, öz əcdadlarının əməllərini sevir və onu davam edirdilər. Ona görədə bütün zaman fərqləri aradan qalxır, hamılıqla bir sırada Musanın (ə) qarşısında durur. O cümlədən ayələrin birində bəhanə axtaran yəhudilərə xitabən deyilir:
قُلْ قَدْ جاءَکُمْ رُسُل مِنْ قَبْلی بِالْبَیِّناتِ وَ بِالَّذی قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ اِنْ کُنْتُمْ صادِقینَ
De: «Şübhəsiz, məndən öncə bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər və dediklərinizi (bu gün məndən istədiyiniz möcüzələri) gətirmişdilər. Əgər doğru deyirsinizsə, bəs nə üçün onları öldürdünüz?!» (4)
Maraqlıdır ki, bu ayənin təfsirində İmam Sadiqdən (əleyhis-salam) nəql olunan hədisdə deyilir:
Allah-taala bilirdi ki, onlar (Peyğəmbərin müasiri olan yəhudilər) keçmiş peyğəmbərlərin qatili deyildilər. Amma qatillərlə yekdil və eyni əqidədə olduqları üçün onları "qatil" adlandırdı. Çünki onların əməlinə razı idilər." (5)
Görkəmli hədis alimi Şeyx Hürr Amuli "Vəsailuş-şiə" kitabının 11-ci cildində, “əmr bil-məruf və nəhy ənil-münkər” fəslində bu mövzuda müxtəlif hədislər nəql edib. (6)
Bu düşüncə tərzi gözlərimiz önündə geniş üfüqlər açır və bizə ayələr və hədislərin məzmununu dərk etməkdə, haqq yolunda hərəkət etməkdə nəzərə çarpacaq dərəcədə kömək edir. (7)

Şərh qeydə alınmayıb