Qısa cavab:
Ətraflı cavab:
İslam mücahidlərinin keçmişdə və indi cihad meydanlarında yaratdıqları qəhrəmanlıq dastanları, insanların əksəriyyətinin İslam ölkələrini müdafiə, həmçinin, zəif və köməksizləri himayə edərkən göstərdikləri misilsiz fədakarlıq və güzəştin hamısı başqa bir dünyanın əbədi həyatına etiqad bəsləməyin inikasıdır. Alimlərin geniş təcrübə və araşdırmaları göstərir ki, ölümdən sonrakı həyata etiqadın xüsusi rolunu nəzərə almadan belə hadisələrin bu qədər geniş miqyasda baş verməsi mümkün deyil.
«Yoxsa, bizim üçün iki gözəl xislətdən (döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan) başqa, bir şey gözləyirsinizmi?» məntiqinə sahib olan əsgər sözsüz ki, məğlubedilməz əsgərdir. Ölüm öz müdhiş siması ilə dünyanın əksər insanlarını qorxuya salır və insanlar hətta ölümün adını belə xatırlamaqdan çəkinirlər. Amma ölümdən sonrakı həyata inananlar üçün ölüm qorxulu deyil. Onlar ölümü böyük bir cahana açılan pəncərə, insan ruhunun qəfəsdən çıxıb azad olması, can (bədən) zindanının qapılarının açılması və tamamilə azadlığa çıxmaq kimi təsəvvür edirlər. (1)

Şərh qeydə alınmayıb