Qısa cavab:
Ətraflı cavab:
Allah-taala “əl-Haqqə” surəsinin 25-29-cu ayələrində buyurur:
وَ أَمّا مَنْ أُوتِیَ کِتابَهُ بِشِمالِهِ فَیَقُولُ یا لَیْتَنِی لَمْ أُوتَ کِتابِیَهْ
"Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: “Kaş, (əməl) dəftərim mənə verilməyəydi!”"
وَ لَمْ أَدْرِ ما حِسابِیَهْ
"Və heç vaxt hesabımın nə olduğunu bilməyəydim!"
یا لَیْتَها کانَتِ الْقاضِیَةَ
"Kaş, mənim üçün qəti bir ölüm olaydı (və məni birdəfəlik məhv edəydi)!"
Bəli, o böyük məhkəmədə – həmin əməllərin zahirə çıxdığı (yəvmul-buruz və yəvmuz-zuhur) gündə – insan bütün qəbahətli əməllərinin aşkara çıxdığını görəndə, səsi göyə ucalır və dalbadal atəşli ahlar çəkir. Həsrət dolu ah-nalələrlə arzu edir ki, kaş, keçmişi ilə əlaqəsi tamamilə kəsiləydi! Bu böyük rüsvayçılıqdan xilas olsun deyə, Allahdan özünə ölüm arzulayır. “Nəbə” surəsinin 40-cı ayəsində deyilir:
وَ یَقُولُ الْکافِرُ یا لَیْتَنِى کُنْتُ تُراباً
"(O gün) kafir deyər: "Kaş ki, torpaq olaydım (və heç vaxt insan olmayaydım)!""
(“əl-Haqqə” surəsində) daha sonra əlavə edir:
ما أَغْنى عَنِّی مالِیَهْ
"Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi (bu gün mənim üçün heç bir faydası olmadı)."
هَلَکَ عَنِّی سُلْطانِیَهْ
"Qüdrət və səltənətim də əlimdən çıxdı."
Sonda, nə mal-dövlətin bir faydası oldu, nə də məqam və səltənətin. Bu gün əliboş və son dərəcə rüsvayçılıqla Allahın ədalət məhkəməsində hesaba çəkilirəm. Xilas olmaq üçün heç bir vasitə yoxdur, qüdrətim əldən çıxmış və ümidim hər yerdən kəsilmişdir. Bəhsimizin sonunda Harun ər-Rəşidin yuxarıdakı ayələrə digər bir təkid olan hekayəsini – dünya malı və vəzifəyə arxalanan, başdan-ayağa qürur, qəflət və günaha aludə insanlar üçün ibrət dərsi ola biləcək bir əhvalatını qeyd edirik:
“Səfinətul-bihar” kitabının “nəsihətlər” bölməsində belə nəql olunur:
Harun ər-Rəşidin Xorasanda xəstəliyi ağırlaşanda əmr etdi ki, Tusdan həkim gətirsinlər. Sonra göstəriş verdi ki, onun sidiyini başqa xəstə və sağlam adamların sidikləri ilə birgə təbibə göstərsinlər. Təbib sidik şüşələrini biri digərindən sonra nəzərdən keçirdir. Harunun şüşəsinə çatanda onun kimin şüşəsi olduğunu bilmədən dedi: “Bu şüşənin sahibinə deyin ki, vəsiyyətini etsin, çünki bədəninin qüvvəsi getmiş və müqavimətini itirmişdir.”
Bunu eşidən Harunun həyatdan ümidi üzüldü və bu şeirləri oxumağa başladı:
إِنَّ الطَّبیبَ بِطِبِّهِوَ دَوائِهِ ***
لا یَسْتَطیعُ دِفاعَ نَحب قَدْ أتى ما لِلْطَّبیْبِ یَمُوتُ بِالدّاءِ الَّذى ***
قَدْ کَانَ یَبْرَءُ مِثْلُهُ فیما مَضى
"Təbib öz təbabəti və dərmanları ilə vaxtı çatmış ölümlə mübarizə edə bilmir.
Əgər buna gücü çatsaydı, bəs nə üçün özü keçmişdə müalicə etdiyi xəstəlikdən ölür."
Elə bu vaxt xəbər çatdı ki, camaat onun ölüm şayiəsini yaymışdır. Harun şayiənin qarşısını almaq üçün miniyini hazırlamağı əmr edib dedi: “Məni ona mindirin.” Qəflətən heyvanın ayaqları süstləşdi. Harun dedi: “Məni düşürdün. Şayiə yayanlar düz deyirlər.” Sonra əmr etdi ki, onun üçün bir neçə kəfən gətirsinlər. Kəfənlərin arasından birini bəyənib seçdi və dedi: “Yatağımın kənarında mənim üçün qəbir qazın.” Sonra qəbirə baxıb bu ayələri tilavət etdi:
ما أَغْنى عَنّى مالِیَه * هَلَکَ عَنّى سُلْطانِیَهْ
"Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi (bu gün mənim üçün heç bir faydası olmadı). Qüdrət və səltənətim də əlimdən çıxdı."
Sonra elə həmin gün də dünyadan getdi. (1)

Şərh qeydə alınmayıb