Qısa cavab:
Ətraflı cavab:
Qurani-kərimdə "Bəqərə" surəsinin 164-cü və "Cümə" surəsinin 2-ci ayəsinə əsasən mənəvi saflıq təhsil almaqdan üstündür. "Bəqərə" surəsinin 129-cu ayəsində isə təhsil almaq və elm öyrənmək, mənəviyyatı safkaşdırmaqdan üstün sayılır. Sözü gedən ayələri nəzərə alsaq bu sualın cavabını əldə etmək o qədər də mürəkkəb deyil. Çünki elm və bilik müqəddimə və alət xarakteri daşıyır. Son və axırıncı hədəf insanın əxlaqi inkişafı, nəfsin saflaşdırılması və ruhun təkamülüdür. Başqa sözlə desək, Quran ayələrini tilavət etmək, bilik və hikmət əldə etməyin hamısı bu böyük hədəfə çatmaq üçündür. Ona görə bütün bunlar müqəddimə, mənəviyyatı saflaşdırmaq isə əsas məqsəd sayılır.
Digər iki ayədə mənəviyyatı saflaşdırmaq, kitabdan və hikmət əldə emtəkdən önə çəkilirsə, bu yalnız onun əhəmiyyətini göstərmək üçündür. Bir sözlə bu iki məsələnin hər biri digəri üçün təsirlidir. Yəni, insan nəfsi mənəviyyatı saflaşdırmanın müəyyən mərhələsini adlamasa, təhsil almaq fikrinə düşməyəcək. Elm və bilik də olmasa, təzkiyənin yüksək mərhələləri əlçatmaz qalacaq. Bu üzdən təhsil və təzkiyənin bir-birinə qarşılıqlı təsiri var. Ayələrin bu zəmində müxtəlifliyi diqqəti bu məsələyə cəlb etməsi məqsədi daşıması da müstəsna deyil. Söz yox ki, bəzi elmlərin xüsusilə İslam maarifinə (Allahı tanımaq) dair və buna bənzər fənlərin əsas və fundamental xarakter daşıdığını da unutmaq olmaz. Bu fənlər öz-özlüyündə hədəf sayılır. Lakin digər elmlər yalnız müqəddimə xarakterlidir. Bu səbəbdən sözü gedən ayələrin müxtəlifliyi bu məsələyə də dəlil ola bilər. (1)

Şərh qeydə alınmayıb