Qısa cavab:
Ətraflı cavab:
Qurani-kərimdə təqvanın çox sayda təsirlərindən söz açılır. Onlardan biri də insanın qəlbindən hicab və pərdələrin aradan qalxmasıdır.
Quranın müxtəlif ayələrində iman, təqva və dünyagörüşün arasında olan bağlılığa işarə olunub. O cümlədən "Ənfal" surəsinin 29-cu ayəsində deyilir:
یا أَیُّهَا الَّذِینَ آمَنُوا إِنْ تَتَّقُوا اللّهَ یَجْعَلْ لَکُمْ فُرْقاناً
«Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə haqla batili bir-birindən ayırd edən bir nuraniyyət verər.»
Həmçinin "Bəqərə" surəsinin 282-ci ayəsində deyilir:
وَ اتَّقُوا اللّهَ وَ یُعَلِّمُکُمُ اللّهُ
«Təqvalı olun və Allah sizə təlim edər.»
Bu ayələrdə birmənalı şəkildə deyilir ki, "əgər iman gətirsəniz və təqvalı olsanız Allah-tala sizə elə bir nur bəxş edər ki, onun işığı altında irəliləyə bilərsiniz".
Bu iki anlayış arasındakı əlaqəni bəzən bizim üçün açılmamış mənəvi yönlərindən əlavə əqli təhlil və araşdırma ilə də dərk etmək mümkündür. (رابطه این دو، علاوه بر جنبه هاى معنوى که بعضاً براى ما ناشناخته است، از نظر تحلیل عقلى نیز، قابل درک است)
Çünki idrakın qarşısında ən böyük maneə və insan qəlbinin ən böyük hicabı üsyankar həvəslər, uzun-uzun arzular, dünya malının caynağında əsir olmaqdır. Bunlar insana doğru mühakimə yürütməyə, həqiqətlərin üzünü olduğu kimi görməyə imkan vermir. Bu toz-torpaqlar iman və təqvanın sayəsində yatan zaman, bu qara və zülmət buludlar insan ruhunun səmasından çəkilən zaman, həqiqət günəşi qəlbin səhifəsinə nur saçan zaman, həqiqəti olduğu kimi görən zaman, mömin insan bu doğru və dərin idrakdan təsəvvür oluna bilməyəcək bir zövq alır və öz yolunu müqəddəs məqsədinə doğru istiqamətləndirərək irəliləyir.
Bəli, təqva, insanı maarifləndirdiyi və onu məlumatlandırdığı kimi, maarif və məlumat da insana təqva bəxş edir. Yəni, bu ikisi bir-birinə qarşılıqlı təsir göstərir. Bu üzdən məşhur bir hədisdə oxuyuruq:
لَوْ لا أَنَّ الشَّیاطِینَ یَحُوطُونَ عَلى قُلُوبِ بَنِى آدَمَ لَنَظَرُوا إِلى مَلَکُوتِ السَّمواتِ
“ Əgər şeytanlar və şeytani xüsusiyyətlər insan qəlbinə hakim olmasaydı göylərin batini əzəmətini görə bilərdi. ”
Bu sözü daha yaxşı dərk etmək üçün Əlinin (əleyhis-salam) bir kəlamına diqqət edək:
لا دِینَ مَعَ هَوى ـ لاعَقْلَ مَعَ هَوى ـ مَنِ اتَّبَعَ هَوَاهُ أَعْمَاهُ وَ أَصَمَّهُ وَ أَزَلَّهُ وَ أَضَلَّهُ
Din, nəfsi istəklərlə bir yerə sığmaz. Əql də nəfsi istəklərlə bir araya gəlməz. Nəfsi istəklər onun arxasınca düşən adamı kor və kara çevirər, onu yolundan azdırar və zəlil edər. (1)

Şərh qeydə alınmayıb