Qısa cavab:
Ətraflı cavab:
"Nəhcul-bəlağə"nin 27-ci xütbəsinin sonuncu cümlələrində İmam Əli (ə) məzəmmət və danlaq çubuqlarını bir-birinin ardınca ordusunun süst və başıpozuq əsgərlərinin ruhlarına çırpır, sanki dərin yuxuya getmişləri qəflət yuxusundan oyatmaq istəyirdi ki, bəlkə onlar gözlərini açıb hansı ölümcül şəraitə düşdüklərini görsünlər, ayağa qalxıb mərdanə və Allahın bəyəndiyi bir cihadla qarətkər şamlıların əllərini İslam məmləkətindən kəssinlər. Öncə üç cümlə ilə onlara hücum edərək buyurur:
یا أَشْباهَ الرِّجالِ وَ لارِجالَ
"Ey kişiyə bənzəyin kişi olmayanlar."
حُلُومُ (1) الاَْطْفالِ
Sizin arzularınız uşaq arzuları kimidir. (Kiçik bir şeylə aldanır, ürək bağlayır və təhlükəyə göz yumurlar.)
وَ عُقُولُ رَبّاتِ (2) الْحِجالِ (3)
Ağıl və düşüncəniz ər evinə köçən gəlinlər kimidir. (Eyş-nuş, bərbəzəkdən başqa bir şey düşünmürsünüz.)
Birinci təsvirdə İmam onları şücaətlərinin, kişilik qeyrətlərinin olmamasına görə danlayır. Çünki onlar yalnız zahiri baxımdan kişi idilər. Kişilərə məxsus sifətlərin heç birinə malik deyildilər.
Həzrət daha sonra kəlamının tonunu daha sərtləşdirərək deyir:
لَوَدِدْتُ أَنِّى لَمْ أَرَکُمْ وَ لَمْ أَعْرِفْکُمْ مَعْرِفَةً ـ وَاللهِ ـ جَرَّتْ نَدَماً، وَ أَعْقَبَتْ سَدَما
“İstəyim bu idi ki, heç bir zaman sizi görməyim və tanımayım. Həmin tanışlıq - and olsun Allaha, peşmançılığa gətirib çıxardı, qəzəb və qüssə ilə nəticələndi.”
Tarix şahiddir ki, Kufə və İraq camaatının dostluğu İmam Əli (əleyhis-salam) üçün bütün xilafət dövranında qəm-qüssədən başqa bir nəticə vermədi. Bu qəm-qüssə onların süstlük, sədaqətsizlik, zəiflik, ixtilaf və müxtəlif növlü nifaqlarından doğurdu. Bu insanlar tədbirli və agah imamın idarəetmə tərzində böyük problemlərə meydana çıxardılar.
Sonda İmam öz nifrin oxu ilə onları nişan alaraq buyurdu:
قَاتَلَکُمُ اللهُ! لَقَدْ مَلأتُمْ قَلْبِی قَیْحاً وَ شَحَنْتُمْ صَدْرِی غَیْظاً وَ جَرَّعْتُمُونی نُغَبَ (5) التَّهْمَامِ (6) أَنْفَاساً، وَ أَفْسَدْتُمْ عَلَىَّ رَأیِی بِالْعِصْیَانِ وَ الْخِذْلاَنِ حَتَّى لَقَدْ قَالَتْ قُرَیْشٌ: إِنَّ ابْنَ أَبِی طَالِب رَجُلٌ شُجَاعٌ، وَلکِنْ لاَعِلْمَ لَهُ بِالحَرْب
"Allah sizi öldürsün və məhv etsin. (rəhmətindən uzaqlaşdırsın və lənətə düçar etsin) (4)
Gör ürəyimi nə qədər qanlı etdiniz, sinəmi qəzəblə doldurdunuz, qəm-qüssə kasalarını qurtum-qurtum mənə içirdiniz, itaətsizlik və köməkdən boyun qaçırmaqla mənim (düşməni darmadağın etmək və abad bir İslam cəmiyyəti qurmaq) planlarımı alt-üst etdiniz. Belə ki, (məsələ dost və düşmənə qaranlıq qaldı) Qureyş (mənim müharibə ilə tanış keçmişimi yaxşı bilə-bilə) - "Əbu Talibin oğlu şücaətli və qorxmazdır. Amma onun müharibə məsələsində məlumatı yoxdur- dedilər."
Adətən xalqlar öz geri çəkilməsi və problemlərinin əsas amili kimi rəhbərlərinin zəifliyini önə çəkirlər. Lakin bəzən məsələ tam əksinə olur. Yəni rəhbər çox layiqli olsa da, davamçıları zəiflik və bacarıqsızlıq göstərir, düşüncə və mədəniyyət cəhətdən geridə qalır. Böyük və layiqli bir rəhbər süst və iradəsiz bir xalqın içində yaşamalı olursa, işləri və hədəfləri məğlubiyyətlə nəticələnirsə, axırda da o xalq, mühakimə yürüdərkən uğursuzluqları böyük rəhbərlərinin hesabına yazırlarsa, bu vəziyyət onun üçün olduqca ağırdır.
Həzrət, xütbəsinin sonuncu cümlələrdə, Qureyş camaatının nalayiq sözlərlə onu müharibə fənnini bilməməzlikdə müttəhim etməsinə cavab verir:
للهِِ (7) أَبُوهُمْ! وَ هَلْ أَحَدٌ مِنْهُمْ أَشَدُّ لَهَا مِرَاساً (8)، وَ أَقْدَمُ فِیهَا مَقَاماً مِنِّى؟
Allah atalarını hifz etsin! Onlardan hansı biri döyüş meydanlarında məndən öncül və məndən təcrübəlidir?
لَقَدْ نَهَضْتُ فِیهَا وَ مَا بَلَغْتُ الْعِشْرِینَ، وَها أَنَاذا قَدْ ذَرَّفْتُ (9) عَلَى السِّتِّینَ! وَلکِنْ لا رَأْیَ لِمَنْ لاَیُطَاعُ (10)
Mən müharibəyə hazırlaşdığım (meydana ayaq basdığım) gün hələ ömrümdən 20 il keçməmişdi. Hazırda altmışı haqlamışam. (qırx ildən çoxdur ki, ön cəbhədə iştirak etmiş və bir sərkərdə kimi təcrübə qazanmışam) Amma nə edə bilərəm? Əmri yerinə yetirilməyən bir şəxsin planı, tədbiri yoxdur. (Nə qədər təcrübə sahibi və məlumatlı olsa, bir iş görə bilməyəcək.)

Şərh qeydə alınmayıb