Qısa cavab:
Ətraflı cavab:
Həzrəti İsmayılın (əleyhis-salam) "sadiqəl-vəd" olması, bir çox təfsir və hədis kitablarında diqqəti çəkir. Allah-taala onu bu səbəbdən sadiqul-vəd adlandırmışdır ki, verdiyi sözə vəfa etməkdə çox israrlı idi. Belə ki, bir dəfə bir kəsə görüşmək vədi vermişdi. Qarşı tərəf görüşü yaddan çıxarıb gəlmədi. İsmayıl (əleyhis-salam) bir il onun yolunu gözlədi. O, qayıdan zaman İsmayıl (əleyhis-salam) ona dedi: “ Mən daim səni gözləmişəm ”. (1)
Onun bir il gözləmək, öz iş-gücünü atıb daim orada qalmaq deyil, bu müddət ərzində daim həmin yerə baş çəkmək və həmin adamın qayıtmasını gözləmək deməkdir.
Burada adı çəkilən İsmayıl həmin İbrahimin oğlu məşhur İsmayıl və yaxud Bəni İsrail peyğəmbərlərindən biri İsmayıl ibn Hizqiyəl olduğu haqda müxtəlif fikirlər var. Çoxları birinci ehtimalı seçir. Lakin əhli-beyt (əleyhis-salam) mənbələrində nəql olunan hədislərdə ikinci ehtimalın doğru olması acıq aydın diqqət çəkir. Bu, ona görədir ki, bəzi hədislərdə İsmayıl (əleyhimusalam) öz atası İbrahim sağ ikən dünyadan getdiyi söylənilir. Buna görə də onun barəsində peyğəmbər ifadəsi münasib deyil. Halbuki Quranda yuxarıdakı ayədə deyilir:
وَ کَانَ رَسُولاً نَبِیّاً (2)
Həmçinin Məkkə sakinləri olan "Corhum" qəbiləsinin hidayəti üçün atası tərəfindən ona peyğəmbərlik və elçilik verilməsi də münasib nəzərə çarpmır. Ona görə ki, Quran ayələrinin zahiri mənasından bu ayədə sözü gedən İsmayılın İbrahim (əleyhimus-salam) tərəfindən elçi göndərildiyi deyil, İlahi elçi və peyğəmbər olduğu başa düşülür.
Bundan əlavə, ayədə nəzərdə tutulan Həzrət İbrahimin (əleyhis-salam) oğlu olan İsmayıldırsa, onun Musadan (əleyhis-salam) sonra deyil, daha əvvəlki ayələrdə - İbrahimdən (əleyhis-salam ) söhbət gedəndən sonra xatırlanması daha məqsədə uyğun olardı.(3)

Şərh qeydə alınmayıb