Qısa cavab:
Ətraflı cavab:
Çoxlarının diqqət etmədiyi və insan cəmiyyətlərinin taleyində mütləq təsiri olan mühüm məsələ cəmiyyətdə dəyərləndirmə quruluşudur.
Belə izah etmək olar ki, hər cəmiyyətin hərəkət istiqaməti, o cəmiyyətin tanıdığı bir sıra yüksək dəyərlərə yönəlir. Əgər mənfi dəyərsizlik, müəyyən dəlillərə görə dəyərlərin yerini tutarsa təbii ki, cəmiyyət ümumi şəkildə mənfi dəyərlərə doğru hərəkət edəcək.
"Ümumi hərəkət" dedikdə cəmiyyətin əksəriyyətinin hərəkəti nəzərdə tutulur. Onlar sanki axar çayın üzərinə düşən yarpaqlar kimi onunla birlikdə eyni istiqamətdə hərəkət edirlər. Söz yox ki, hər cəmiyyətdə mömin, ruhi və fikri baxımdan qüdrətli insanlar olub və var. Onlar azğın cərəyanlar qarşısında müqavimət göstərir və bəzən onun istiqamətini dəyişməyə nail olurlar.
Bu deyilənlərə əsasən əgər cəmiyyətdə yüksək dəyər pul və sərvət olarsa, təbii ki, çoxları ona tərəf hərəkət edəcək, halal-haramı nəzərə almadan onu əldə edəcəklər.
Ümumiyyətlə insan şəxsiyyətli olmaq istəyir. Onun uğrunda çalışır və onu qazanmaq üçün səy göstərir. Cəmiyyətdə “yalançı şəxsiyyət” dəyərləndilirsə, hamı ona tərəf üz tutacaqlar.
Gənclərin əksəriyyəti ad-san sorağındadır. Onlar qəhrəmanları sevirlər. Əgər cəmiyyətdəki qəhrəmanlar misal üçün incəsənət xadimləri və idmançılar olsa, gənclərin hər bir şeydə – geyim tərzində, xarici görünüşdə, yol getməkdə onlara təqlid etməsi təəccüblü deyil. Hamıdan öndə alim və ziyalılardırsa, cəmiyyət elm və biliyə tərəf axışacaq.
Görkəmli alim Şeyx Bəhaidən məşhur bir əhvalat nəql olunur. Əhvalatda deyilir ki, Şah Abbas Səfəvi tərəfindən ona böyük bir hədiyyə nəzərdə tutulmuşdur. O, bu hədiyyənin əvəzində istəyir ki, şah onu öz xüsusi atına mindirsin, özü isə atın yanında piyada getsin. Bu formada camaatın gözü qarşısında bir neçə küçədən keçsinlər. Əslində o insanlara sübut etmək istəyirdi ki, dəyər sisteminin ölçü meyarı elm və bilikdir. Deyilənlərə görə həmin gündən gənclər və təhsil almaq istəyənlərin mədrəsələrə sarı axını əvvəlkindən çox oldu.
İslamdan öncə cəmiyyətin dərəyləndirmə tərzi
O cəmiyyətin haqqında belə demək olardı:
بِأَرض عالِمُها مُلْجَمٌ وَ جاهِلُها مُکْرَمٌ
"Elə bir yerdə yaşayırdılar ki, alimlər ağızlarını bağlamaq məcburiyyətində qalıb, cahillər isə cəmiyyətin hakim və möhtərəm şəxsləri sayılırd." (1) Bu cəmiyyətdə Əbu Sufyanlar və Əbu Cəhllər kimi qəhrəmanlar yetişirdi. Lakin, islamın hökmü və Quranın buyruğuna görə dəyərlərin ölçü meyarı təqvadır. "Həqiqətən Allah yanında ən dəyərliləriniz daha da təqvalı olanlarınızdır" şüarı hər yeri bürüyəndən sonra saxta qəhrəmanlar, yayda əriyən buzlar kimi əridilər və öz yerlərini Əbuzərlərə verdilər.
Təəssüf ki, Xəlifələrin əsrində yol verilən səhvlərə görə İslamın bu pak dəyərləndirmə tərzi rəngini itirdi, cahillik dəyərləri yenidən aktuallaşdı. Əmr Asslar, Əbu Musa Əşərilər, Malik Əştərlərin, Əbuzərlərin, Əmmar Yasirlərin yerinə əyləşdi. Bu, imamın (əleyhis-salam) ürəyini çox ağrıdan əhəmiyyətli məsələ idi.
"Nəhcul-bəlağə"nin 32-ci xütbəsində həzrət xeyirxahların pis, zalımların isə meydan qəhrəmanları sayıldıqlarını və hər gün öz zülmlərinə artırdıqlarını ürək yanğısı ilə söyləyir.
İmamın (əleyhis-salam) bütün xütbələri söyləməkdə güddüyü əsas məqsəd peyğəmbər (s) zamanda dəyərlərin ölçü meyarlarını qaytarmaq istiqamətində daimi səylər idi. Şəhadət onun bu məqsədlərə çatmasına qoymadı. (2)

Şərh qeydə alınmayıb