Qısa cavab:
Ətraflı cavab:
Sözsüz ki, əxlaq müəyyən formada fəsadların qarşısını ala və cəmiyyətdə müəyyən qədər nizam-intizam yarada bilər. Lakin bu zahiri nizam-intizam bir cəmiyyətin islah olmasına bəs edəcəkmi? Söz yox ki, cavab mənfidir. Çünki mədəni cəmiyyətlərdə bir sıra fəsadlar aradan getsə də yeni təhlükəli fəsadlar (əxlaqi problemlər) meydana gəlib. Əslində fəsadlar qalmaqda davam edir. Sadəcə onların rəngi, libası və bir sözlə növü dəyişmişib. Gördüyümüz kimi qədimi yolkəsən oğruların yerini qanqsterlər, banklara xüsusi silahlı basqınlar, süni müflisləşmələr və müxtəlif növ təcavüzlər tutur. Bu gün dünyanın etik davranışları dillər əzbəri olan inkişaf etmiş ölkələrində qeyri-qanuni uşaqların sayı bir il müddətində 20 min nəfəri keçir. Əgər əxlaq, dinin rolunu öhdəsinə götürə bilsəydi, bütün bu intiharlar, boşanmalar və terrorlar nə üçündür?
Bəzi alimlər bu barədə demişlər: "Bizə məlum olan budur ki, əxlaq Allaha inama əsaslanarsa, cəmiyyətin islah olunması üçün kəsici bir silah qədər təsirlidir. Əks təqdirdə onun təsir qüvvəsi bizə məlum deyil. Bizim məchul bir məsələyə ümid bağlamaqla qəti vasitəni əldən verməyə haqqımız yoxdur."
Əgər bəzi ölkələrdə müəyyən qədər nizam və sakitlik hökm sürürsə, onun bir hissəsi insanların öz əcdadlarından miras qalan dini təlimlərin nəticəsidir.
Eləcə də "din" cəmiyyətin üzvləri arasında doğru əlaqələr yaratmaqdan əlavə insanla Allah arasında başqa bir əlaqə də yaradır. Bu münasibət öz növbəsində bütün maddi və mənəvi sahələrdə insanın təkamül etməsinə səbəb olur. Şübhəsiz ki, bunu, maddi maraqlar üzərində qurulmuş maddi əxlaqla təmin etmək olmur.
Əlbəttə “iman hökuməti və əxlaq hökuməti” ilə bağlı bəhslər olduqca genişdir. Bu barədə daha artıq mütaliə etmək istəyənlər "Böyük rəhbərlər və böyük məsuliyyətlər" kitabına müraciət edə bilərlər.

Şərh qeydə alınmayıb