Qısa cavab:
Ətraflı cavab:
İslam dinin fəxrlərindən biri də odur ki, kimisə onu istəmədən qəbul etməyə məcbur etmir. Belə ki, "Bəqərə" surəsinin 256-cı ayəsində buyurur:
لاَ اِکْرَاهَ فِى الدِّینِ قَدْ تَبَیَّنَ الرُّشْدُ مِنَ الْغَىِّ
“Dində məcburiyyət yoxdur. Şübhəsiz ki, hidayət yolu azğınlıqdan ayırd edilib.”
Bu məsələnin səbəbi aydındır. Çünki İslam dini ilk gündən özünün ümumi çağırışını məntiq və sübut üzərində qurmuş, xurafat və mövhumatla mübarizə yolunda yeganə silahı həqiqətləri bəyan etmək və ümumi fikirləri aydınlaşdırmaq olmuşdur. Belə bir güclü silaha malik olmaqla ayıq və düşüncə sahiblərini özünə cəzb edə bilər. Əlavə zor və güc işlətməyə nə ehtiyac var?
Ümumiyyətlə, həqiqi iman və əqidənin xüsusi müqəddiməyə və məntiqi əsaslara ehtiyacı var. İnsan onu dərk edib-etməməkdə ixtiyarlıdır. Qəbul etməsə bu əqidə və iman, heç bir vəchlə onun qəlbinə yol tapmaz. Əgər bir gün etiqad məcburiyyət və təzyiqlə qəbul etdirilsə, dildən uzağa getməyəcək və qəlbə yol tapmayacaq. Söz yox ki, məcburiyyət amilləri aradan qalxandan sonra dərhal keçmiş vəziyyətinə qayıdacaq.
Belə şəxslərin imanı İslam dinində bir dəyəri yoxdur. İslam istəyir elə insanlar tərbiyə etsin ki, son nəfəslərinə qədər müqəddəs İslam qanunlarına sadiq qalsın və bir an ona qarşı laqeyd olmasın. Belə bir iman yalnız məntiq, dəlil və fikri aydınlıqla əldə edilə bilər.
İslam dinin “cihad və düşmənə qarşı mübarizə” mövzusunda öz hədəfi var və bu barədə müstəqil şəkildə söhbət açılmalıdır. Cizyə barəsində isə aşağıdakıları demək olar:
Cizyə, adambaşı alınan vergi idi. Əhli-kitab hər il onu İslam hökumətinə ödəməli idilər. Belə bir vergini qoymaqda səbəb onların əmniyyətini qorumaq idi. Onların ölkəsi müsəlmanlar tərəfindən idarə olunurdu. Yaxud da onlar, İslam ölkəsində dini azlıq kimi yaşayırdılar. Bunun üçün də İslam dövləti onları mühafizə etmək və təhlükəsizliklərini təmin etməyə məcbur idi. Bu cəhətdən dövlət tərəfindən, İslam dinini qəbul etməyən hər şəxsdən onların can və əmlaklarının qorunması, təhlükəsizliklərinin təmin edilməsi üçün adambaşına ədalətli rüsum almaq lazım gəlirdi.
İslam hökuməti onların can və əmlaklarını hər hansı ehtimal edilən təcavüzdən qorumaq üçün ölkənin müxtəlif bölgələrində ordu saxlamağa məcbur idi. Aydındır ki, bu ordunu təmin etmək üçün böyük vəsait lazım idi. Onları təmin etməyin yeganə çıxış yolu bu vəsaiti camaatın özündən yığıb onların rifahı üçün xərcləmək idi. Bundan əlavə, qeyri-müsəlmanlar, İslam düşmənlərinə qarşı baş verən müharibələr zamanı döyüşə əsla canlı qüvvə verməzdilər.
Tarixi faktlar göstərir ki, zimmə əhlindən (yerli kitab əhlindən) alınan vəsait cərimə və təzyiq xarakterli deyildi. Onun sırf hədəfi onların asayişini təmin etmək idi. İndi isə bir neçə fakta nəzər salaq:
1. Ubbadə ibn Samit, Misir hökmdarını və digər hakimləri İslam dininə dəvət edərkən onlara belə dedi: "İxtiyarınız öz əlinizdədir. İstəsəniz İslam dinini tam azad formada qəbul edin. Müsəlman olmaq istəməsəniz cizyə verib İslam hökumətinə tabe ola bilərsiniz. Nə qədər ki, varıq, hər il sizinlə hər iki tərəfin razı qalacağı tərzdə davranacağıq. Biz sizinlə peyman bağlayacağıq, can və əmlakınızı mühafizə edəcəyik. Hər kəs sizin əmlakınıza təcavüz etsə onunla vuruşacağıq.
2. Müsəlmanlar romalılarla müharibədə qələbə çaldılar və Şamın böyük hissəsi onların əlinə keçdi. Hims camaatı cizyə verməyə razı oldu. Bir müddət sonra müsəlmanlar müəyyən səbəblərə görə Hims xristianları ilə bağladıqları müqaviləni hər iki tərəfin razılığı ilə geri götürməyi məsləhət gördülər. müsəlmanların böyük sərkərdəsi ümumi yığıncaqda Hims xalqına belə xitab etdi: Bizə verdiklərinizi bizdən alın və bizi bağladığımız bu peymandan azad edin. Hims camaatı belə cavab verdilər: Biz sizdən heç vaxt ayrılmarıq. Sizin ədalət və pərhizkarlığınız romalıların davranışından çox-çox yaxşıdır. Biz sizin icazənizlə İslam ordusu ilə yanaşı romalılara qarşı döyüşməyə razıyıq.
3. Həzrət peyğəmbərin (səlləllahu əleyhi və alih) Nəcran xristianları üçün təyin etdiyi cizyənin miqdarı sözümüzün doğruluğunu sübut edir. Qərara alınmışdı ki, onlar hər il, üç min "hillə" versinlər. Bir "Hillə" 40 dirhəm qiymətində idi və Nəcran əhalisi bu pulu tədrici formada – ildə iki dəfə verməklə ödəməli idilər. Onlar iki min hilləni səfər ayında minini isə rəcəb ayında verirdilər. Habelə Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əzrəh əhalisi ilə müqavilə bağlayanda, onların ildə verməli olduğu vergininm miqdarını cəmi 100 dinar təyin etdi.
Tam qətiyyətlə demək olar ki, bu pullar sərhədləri qorumaq, onların can və əmlaklarının təhlükəsizliyini təmin etmək üçün o qədər də böyük məbləğ deyildi.

Şərh qeydə alınmayıb