Qısa cavab:
Ətraflı cavab:
İslam mənbələrində İsanın (ə) İshaq (ə) peyğəmbərin nəslindən olması bildirilir. İshaq (ə) peyğəmbərin qardaşı isə Allah üçün qurban edilməli olan İsmail (ə) peyğəmbərdir. (1) Əhli-kitab fidyənin (qurbanın) əhəmiyyətinə və vədə olunmuş xilaskarı “qurban edilmişin” nəslindən hesab etdiyinə görə, onu İshaqa (ə) aid etmişlər. (2) İshaqın övladlarından, nəvə-nəticəsindən Bəni-İsrail tarixində böyük əhəmiyyət kəsb edən Yaqubu (ə), Davudu (ə) və Süleyman ibn Davudu misal çəkmək olar. Yaqub peyğəmbər (ə) təkallahlılıq yolunda apardığı uzun-uzadı mübarizələrinə görə İsrail adlandırıldı. (3) Məryəm (ə) İsanın (ə) anası və İmran ibn Musanın (ə) qızı idi. O, Davudun (ə) nəvələrindən sayılırdı. Buna görə də, Davudun (ə) nəslindən olacaq Məsih ilə əlaqədar bəzi müjdələri İsaya (ə) tətbiq etmək olar. (4) Şiələrin etiqadlarına görə Allahın peyğəmbərlərindən heç biri, o cümlədən, Davud (ə) və Süleyman (ə) günaha batmadılar. Peyğəmbərlərin ataları da küfr, bütpərəstlik və şəraba qurşanmaq kimi günahlardan uzaq idilər. (5) Miladi birinci əsrin tarixi mənbələrində İsaya (ə) və onun fəaliyyətlərinə işarə olunmamışdır. Bu məsələ bəzi tənqidçilərin ümumiyyətlə İsanın (ə) tarixi varlığını inkar etməsinə səbəb olmuşdur. Maraqlısı və eyni halda təəccüblüsü budur ki, şiə mənbələrində mövcud olan iki hədis İsa (ə) peyğəmbərin nə üçün ikinci əsrin əvvəllərinə kimi tarixi faktlar arasında gözə dəyməməsi müəmmasını həll edir. Birinci hədisdə imam Baqir (ə) İsa (ə) ilə İslam peyğəmbəri (s) arasında olan zaman fasiləsindən soruşan məsihinin cavabında buyurur: "Mənim əqidəmə görə, bu iki böyük peyğəmbərin arasında 500 il fasilə olmuşdur. Sənin etiqadına görə isə 600 il." (6) İkinci hədisdə də imam Sadiq (ə) buyurur: "İsa (ə) ilə Məhəmmədin (s) arasında 500 il fasilə olmuşdur..." (7) İki peyğəmbər arasındakı zamana işarə edən bu iki hədisdən başqa, digər faktları da hədislərdə axtarmaq mümkündür. (8). Bu yolla İsanın (ə) birinci əsrdə məxfi qalmasının sirrini anlamaq mümkündür. Həmin vaxtlarda hələ heç bir İsa (ə) dünyaya gəlməmiş və peyğəmbərliyə seçilməmişdi. Belə bir fikri qəbul etmək bir çox tarixi hadisələri alt-üst edə bilər. Bu hədislər daha geniş tarixi təhqiqatlar üçün bir qapı rolunu oynasa da, İslam alimlərinin böyük əksəriyyətinə görə qəti olması sübuta yetməyən hədislərə tarixi və etiqadi sahələrdə etimad etməyin doğru olmamasını nəzərdən qaçırmaq olmaz. Bizim hədislərimiz bu ilahi peyğəmbərin təvəllüdünün zil-hiccə ayına təsadüf etdiyini xəbər verir. Amma doğum gününün təyinində vahid fikir mövcud deyil. (9)
İslam mənbələri və müqəddəs kitab arasında olan ixtilaflı məsələlərdən biri də İsanın (ə) harada dünyaya göz açmasıdır. Quran ayələri bu həqiqəti bəyan edir ki, İsa (ə) Məryəmin (s) yaşadığı məntəqə ilə fasiləsi olan bir yerdə dünyaya gəldi:
«فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ مَکاناً قَصِیاً * فَأَجاءَهَا الْمَخاضُ إِلى جِذْعِ النَّخْلَةِ ... »(10)
"Beləliklə o, (İsaya) hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi. Beləliklə, doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi."
« ... وَ آوَیناهُما إِلى رَبْوَة ذاتِ قَرار وَ مَعِین» (11)
"Məryəm və oğlunu uca, yaşayış üçün yararlı və axar sulu bir torpaqda yerləşdirdik."
Arasında mötəbər hədislərin də olduğu çoxsaylı rəvayətlər bu məkanın İraq torpağının əyalətlərindən biri olduğunu təsdiqləyir. Bu məsələdə hədislər o qədər aydın və çoxsaylıdır ki, insanda əminlik yarada bilər. Nəticədə, bu peyğəmbərin Beyt-Ləhm şəhərində dünyaya göz açmasına şiə hədislərində sübut tapmaq mümkün deyil. (12)
Sözügedən iki ayəni təfsir edən hədislərimiz İsanın (ə) doğulduğu yeri Kufə ətrafı, (13) Hiyrə (Nəcəflə Kufə arasında qədim məntəqə) (14), Nəcəf-Kufə (15) kimi qeyd etmiş, bildirilən saf suyu isə Fərat suyu hesab etmişlər. Bu üç məkan təxminən bir nöqtədə yerləşir və onları bir-birinə tətbiq etmək mümkündür. Bəzi hədislərdə də Kərbəla (16) İsanın (ə) dünyaya gəldiyi yer, eləcə də, Məryəmin (ə) doğuşdan sonra özünü yuyub təmizlədiyi məkan kimi qeyd olunur. Bu məkan bu gün Kufə şəhərinin 70 kilometrliyində yerləşir. Həmin səbəbdən, bu hədis ilk baxışdan əvvəlki hədislərlə üst-üstə düşmür. Amma "Kərbəla" dedikdə məqsəd ona yaxın olan məntəqələrdirsə, onu əvvəlki hədislərlə uzlaşdırmaq olar. (17)
Digər hədislər də İsanın (ə) doğulduğu yerin Bərasa torpağı olduğunu müəyyən edir. (18) Bu yer Bağdadın ətrafında yerləşir. Qeyd edilən hədislərin heç birində bu məsələyə işarə olunmur ki, Məryəm (ə) özünü necə bu yerlərə çatdırdı və onun bu məsafəni qət etməsi möcüzəvi surətdə baş vermişdi, yoxsa adi şəkildə... Məryəmi (ə) vətəndən çıxmağa və belə bir məsafəni qət etməyə sövq edən amilin insanların ittihamlarından qaçmaq olduğunu düşünmək olar. Məryəmin (s) ismət nümunəsi ikən hamiləlik hekayəsi və doğuşdan sonra baş verən hadisələr Quranın "Məryəm" surəsində valehedici gözəlliklə təsvir olunur:
"Bu kitabda Məryəmi, onun şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal. Beləliklə, onların qarşısında özü üçün bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü. (Məryəm) dedi: ""Əgər təqvalısansa, mən səndən Rəhman olan Allaha pənah aparıram. Dedi: "Mən yalnız sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) elçisiyəm." Dedi: "Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda, mənim necə oğlum ola bilər?" Dedi: " (Hökm) belədir, sənin Rəbbin buyurmuşdur: "Bu iş Mənim üçün asandır (və istəyirik ki,) onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət edək. Və (bu) qəti hökmü verilmiş bir fərmandır.""
Nəticədə o, (dərhal İsaya) hamilə oldu və öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi. Beləliklə, doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, dedi: "Ey kaş, bundan qabaq öləydim və tamamilə unudulaydım." Birdən (mələk) ayağının altından onu çağırdı ki, qəm yemə, həqiqətən, Allah ayağının altında axar arx qoyub və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün. Beləliklə, ye, iç və gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) "Həqiqətən, mən Rəhman olan Allah üçün oruc nəzir etmişəm, buna görə də bu gün bir insanla danışmayacağam," de.
(Məryəm) onu (uşağı) qucağında tayfasının yanına gətirdi. Onlar dedilər: "Ey Məryəm, sən çox xoşagəlməz bir iş görmüsən. Ey Harunun (19) bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub. (Məryəm) ona (İsaya) tərəf işarə etdi." Dedilər: "Beşikdə olan körpə uşaqla necə danışaq?!" (Körpə) dedi: "Həqiqətən mən Allahın bəndəsiyəm, O, mənə kitab verib və məni peyğəmbər edib və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırı və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib. Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam. Budur İsa ibn Məryəm(in) hekayəsi –barəsində tərəddüddə olduqları (həmin) o haqq kəlmədir."" (20)
İsanın (ə) beşikdə dediyi sözlərdə bir neçə məsələ diqqəti cəlb edir:
Birincisi, Allah-taala öz səmavi kitabının elmini doğulduğu ilk günlərdə İsaya (ə) bəxş etdi və ona peyğəmbərlik məqamı verdi.
İkincisi, İsa (ə) mübarək bir varlıqdır və hər yerə qədəm qoysa, insanlara rəhmət və bərəkət bəxş edir.
Üçüncüsü, Allah-taala ona namaz və zəkatı tövsiyə etmişdir.
Dördüncüsü, İsa (ə) ilə anası arasındakı münasibətləri xeyirxahlıq və itaət əsasında qurulan münasibət kimi təsvir etmişdir. Sonra İsa (ə) üç əhəmiyyətli və məşəqqətli zamanda, yəni doğulduğu, öləcəyi zamanda və qiyamət günündə Allah tərəfindən əmniyyət və salamatçılıq içində olacağını bildirmişdir.
Qurani-Kərimdə İsa (ə) "Məsih" (21), "Ruhullah" (22), "Abdullah" (23), "Mübarək" (24), "Kəlimətullah" (25) adları il yad olunmuşdur. İsanı (ə) bu səbəbdən "Kəlimətullah" adlandırmışlar ki, Allahın xüsusi iradəsi ilə (təkvini "kun" kəlməsi ilə) qeyri-adi şəkildə dünyaya göz açmışdır. Hədis mənbələrində də "Ruhullah" ləqəbi (26) İsa ibn Məryəmin (ə) ləqəbidir. Onun digər ləqəblərindən biri də "Muəllimul-xeyr" (xeyirxah müəllim) (27) və "Ruhul-əmin"dir. (28)
İslam mənbələrini mütaliə etməklə İsa ibn Məryəm (ə) barəsində faydalı məlumatlar əldə etmək mümkündür. O, bəzi peyğəmbərlər kimi sünnət olunmuş halda dünyaya gəldi. (29) Beşikdə ikən öz peyğəmbərliyini elan etdi. (30) Üç yaşında ikən Allahın öz bəndələrinə və hətta Yəhyaya (ə) höccəti oldu. (31) Yeddi yaşında peyğəmbərliyə çatdı. (32) Həmin il ondan bəzi möcüzələr göründü. (33) Amma otuz yaşında olanda risalətini Bəni-İsrailə aşkar formada demək əmrini aldı. (34) Saiir dağında olarkən Allah tərəfindən ona vəhy çatdı. (35) Asimana qalxarkən otuz üç yaşı var idi. (36)
Zahiri görünüş baxımından orta boylu, ağ və qırmızıya meyilli çöhrəyə malik, qıvrım saçlı idi. (37)
Əxlaqi xüsusiyyətlər, zahidlik, təqva, ibadətin çoxluğu (38) məsələsində nümunə idi. Çox oruc tutar, cod və sərt paltarlar geyər və arpa çörəyi yeyərdi. Nə evi var idi, nə də övladı. Ömrünün sonunadək heç bir ovun arxasınca düşmədi. Günəş qürub edəndə harada olsa, ibadətə dayanar və günəş doğanacan ibadət edərdi. İsraillilərin məclislərinə daxil olur, ehtiyacı olan hər kəsə qayğı göstərir və iki rükət namaz qılmamış heç bir məkanda ayaq saxlamazdı. Bu yaşayış tərzini Allahın onu öz yanına apardığı vaxta kimi tərk etmədi. (39) O, özü üçün yemək tədarükü görməz və buyurardı: "Mənim səhər yeməyimi yetirən Allah axşamlar da mənə yemək verəcək." (40)
Həzrət Əli (ə) İsanı (ə) belə vəsf edir: "Daşı öz balışı edər, qalın libas geyər və dadsız yemək yeyər və yeməyinin yavanlığı aclıq olardı. Həyat yoldaşı yox idi ki, onu özünə valeh etsin, övladı yox idi ki, onu qəmgin etsin, mal-dövləti yox idi ki, onu özünə məşğul etsin və tamahı yox idi ki, onu xar etsin. Miniyi iki ayağı və xidmətçisi iki əli idi. (41) O, ehtiraslı baxışlardan və qadınlarla münasibətdən qaçardı." (42)
İsanın (ə) bu xüsusiyyətləri Yuhənna (İoann) İncilində Lazarusun (Lazar) bacısı Məryəmin hörükləri ilə onun ayaqlarının yuyulması barədə nəql olunan (43) əhvalatla tam ziddiyyət təşkil edir.
İsa (ə) Allahın İsmi-əzəmindən iki hərfi bilirdi və həmin iki hərfin vasitəsilə ölüləri dirildir və xəstələrə şəfa verirdi. (44) O, Yəhyanın (ə) müasiri idi və onun tərəfindən dəstəklənirdi. Bu iki peyğəmbərin bir-biri ilə yaxın münasibəti və birgə fəaliyyəti var idi. (45) Yəhya (ə) – Allahın həmişə ağlar peyğəmbəri Allah qorxusundan sakit olmaz və heç vaxt gülməzdi. Amma İsa (ə) gülüşü ağlamağa qatardı. Bəzən dodaqlarına təbəssüm qonar və bəzən ağlayardı. İsanın (ə) bu xüsusiyyəti Yəhyanın (ə) xüsusiyyətindən üstün idi. (46)
İsanın (ə) üzüyünə bu sözlər yazılmışdı: "Xoş o kəsin halına ki, ona görə Allah yad olunar. Vay o kəsin halına ki, ona görə Allah unudular." (47) İsa (ə) Zil-hiccə ayında həcc əməlini yerinə yetirər və "ləbbeyk" deyərək Kəbəyə tərəf tələsərdi. (48) Babası İbrahim (ə) yüz illər öncə insanları Allah evinin həccinə çağırmışdı. (49) Ondan sonra yaşamış peyğəmbərlər də imkan daxilində həcci yerinə yetirirdilər.
Allah peyğəmbərlərinin arasında İsa (ə) beş “Ulul-əzm” (şəriət sahibi) peyğəmbərdən biri sayılır. Bu peyğəmbərlər təqva, Allaha diqqət, səbir, günahların əfvi kimi sifətlər baxımından peyğəmbərlərin nümunəsi idi. (50) Bu böyük peyğəmbərin müxalifləri onu sonuncu peyğəmbər kimi sehr-caduda ittiham etsələr də, (51) onların istehzası bir an ilahi vəzifəni yerinə yetirilməsində tərəddüd yaratmadı. İsanın (ə) praktik metodunda səbir, zahidlik və ibadətdən əlavə, dörd xüsusiyyət – təvazökarlıq, möminlərə məhəbbət, zalımlarla mübarizə və yəhudi ruhaniyyətinin fəsadına etiraz çox aşkar idi. O, həvarilərlə olan məclisdə özü onlar üçün yemək hazırladı və onların əllərini yudu ki, onlara təvazökarlığı öyrətsin. (52) O, həvarilərə dedi: "Mən dünyanı sizin gözünüzdə xar etdim və yerə çırpdım. Məbada, məndən sonra onu yerdən qaldırasınız." (53) O, dəfələrlə öz sözləri ilə yəhudi ruhaniyyətini fəsadda, haram yeməkdə və əxlaqi fəzilətlərin zəifliyində ittiham etmişdi. (54) O, hesab edirdi ki, yəhudi ruhaniyyətinin əsas problemi Musanın (ə) şəriət hökmlərinə diqqətsizlikdən əlavə, şəriətin əxlaqi fəzilətlərlə qarışmaması idi. Bu məsələ səbəb olurdu ki, şəriətə başı qarışmaq və “quru müqəddəslik” yəhudi ruhaniyyət dairəsində geniş yayılmış metoda çevrilsin. Bəlkə də, elə bu üzdən onun təlimlərində əxlaqi normalara daha çox yer verilir və mənəvi xarakter alırdı. İsa (ə) öz ilahi vəzifəsini yerinə yetirmək üçün çox səfərə çıxar (55) və moizələrini misal formasında edərdi. (56) Allahın birliyinə və özünün Allah müqabilində bəndəliyinə təkid etmək, hüquq və ədalətin kənarında əxlaqa xüsusi diqqət göstərmək İsanın (ə) təbliğatında yer tutan ən əhəmiyyətli təlimlərindən idi. Müqəddəs kitab ilahi hakimiyyətə az bir zaman qaldığını xəbər verməyi İsanın (ə) ən əsas təbliği mesajlarından sayır. Quran ayələrinə və müxtəlif hədislərə diqqət yetirməklə bu bəşarətin həqiqətdə axiruz-zaman peyğəmbərinin (57), eləcə də yeni mədəniyyətin və böyük şəriətin gələcəyinə dair müjdə olduğunu başa düşmək olar. (58)

Şərh qeydə alınmayıb