Qısa cavab:
Ətraflı cavab:
Məsumlardan (əleyhimus-salam) tərtil sözünü təfsir edən bir çox hədislər nəql olunmuşdur ki, onların hər birində bu sözün geniş mənasına müxtəlif aspektdən yanaşılır. Hədislərin birində Əmirəl-möminindən (əleyhis-salam) belə nəql olunur.
بَیِّنْهُ بَیاناً وَ لا تَهُذُّهُ هَذَّا الشِّعْر، وَ لا تَنْثُرْهُ نَثْرَ الرَّمْلِ، وَ لکِنْ أَقْرِعْ بِهِ الْقُلُوبَ الْقاسِیَةَ، وَ لا یَکُونَنَّ هَمُّ أَحَدِکُمْ آخِرَ السُّورَةِ
Onu tamamilə aydın şəkildə tələffüz edin. Onu nə şeir kimi sürətlə arıdıcıl, nə də qum dənələri kimi səpələyərək oxuyun. Quranı elə oxuyun ki, onun vasitəsilə daşlaşmış, yatmış qəlbləri döyəcləyib ayıldasınız. Heç vaxt surəni tez bitirməyi düşünməyin. (Əhəmiyyətli olan Quran oxuyarkən mənasını dərk etməkdir).
Digər bir hədisdə İmam Sadiqdən belə nəql olunur:
“Cənnətdən söz açan ayənin yanından ötəndə dayan və Allahdan cənnət istə (özünü onun üçün saflaşdır). Cəhənnəm atəşində söz açan ayəyə çatanda dayan (düşün) və Allaha cəhənnəm odundan pənah apar”.
Başqa bir hədisdə İmam (əleyhis-salam) "tərtil" sözünü belə təfsir edir:
هُوَ أَنْ تَتَمَکَّثَ فِیهِ وَ تُحَسِّنَ بِهِ صَوْتَکَ
"Tərtil ayələrin üzərində dayanıb fikirləşmək və onları gözəl avazla oxumaqdır."
Həzrətdən (ə) nəql olunan digər bir hədisdə deyilir:
إِنَّ الْقُرْآنَ لا یُقْرَأُ هَذْرَمَةً، وَ لَکِنْ یُرَتَّلُ تَرْتِیلاً، فَإِذَا مَرَرْتَ بِآیَة فِیها ذِکْرُ النَّارِ وَقَفْتَ عِنْدَها وَ تَعَوَّذْتَ بِاللَّهِ مِنَ النَّارِ
"Quranı sürətlə, tələsik oxumaq olmaz. Onu aram-aram, tərtillə tilavət etmək lazımdır. Cəhənnəm atəşində söz açan ayəyə çatanda dayan (düşün) və Allaha cəhənnəm odundan pənah apar."
Peyğəmbərdən (səlləllahu əleyhi və alih) nəql olunur ki, o, ayələri bir-birindən ayırar və səsini uzadardı.
"Üsuli Kafi", "Nur əs-səqələyin", "Durr əl-mənsur" və sair hədis və təfsir qaynaqlarında nəql olunmuş bu və ya digər hədislərin hamısı yekdilliklə göstərir ki, Quran ayələrini mənası və diqqət tələb edən mesajları olmayan söz yığını şəklində oxumaq olmaz. Əksinə təsirini oxucuda və dinləyicidə dərinləşdirən məsələlərə diqqət etmək lazımdır. Unutmaq olmaz ki, bu sözlər Allah tərəfindəndir və hədəfimiz onun mənasını gerçəkləşdirməkdir.
Təəssüf ki, günümüzdə müsəlmanların böyük hissəsi bu həqiqətdən uzaq düşmüşdür. Onlar yalnız Quranın sözləri ilə kifayətlənər, Quranı xətm etmək üçün çalışırlar. Bu ayələrin nə üçün nazil olduğunu və nə demək istədiyini bilmirlərmi? Söz yox ki, Quranın sözləri də möhtərəm, onları oxumaqda fəzilət vardır. Amma unutmaq olmaz ki, bu kəlmələr və tilavətlər mənanı anlamaq üçün müqəddimədir. (1)

Şərh qeydə alınmayıb