Ateizm, ekstremizm və etik pozuntular müasir dünyanın üç böyük problemidir. + Şəkil

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazi Vatikanın sülh və ədalət şurasının sədri ilə görüşündə

Ateizm, ekstremizm və etik pozuntular müasir dünyanın üç böyük problemidir. + Şəkil

Sizin səfəriniz sayəsində bu iki dini mərkəzin bir-birilə yaxın münasibətlərinin artacağına ümid edirik. Sülh və ədalətə əhəmiyyət verdiyinizə və elə bu məqsədlə bir nazirlik də yaratdığınıza görə çox şadıq.

Ayətullah Məkarim Şirazi Vatikanın sülh və ədalət papalıq şurasının sədri Kardinal Piter Turksonla “İmam Səccad (ə)” adına elm mərkəzində görüşü zamanı bu görüşlərin bəşəriyyətin problemlərini həlli üçün bir pəncərə olduğunu dilə gətirərək, buyurdu: Biz səmavi dinlərin liderləri ilə birgə dünyada müsbət addımlar ata bilərik.

O, müasir dünyanın problemlərin çəngində olduğunu bəyan edərək bildirdi: Müharibələr, insidentlər, etik pozuntular, iqtisadi böhranlar və siyasi məsələlər bəşəriyyətin yaşadığı dünyanın böyük qalmaqallarıdır. Dinlərin nümayəndələri birgə həmkarlıq edə bilsələr, bu qalmaqalların həllinə müsbət təsir göstərə bilərlər.
Ayətullah Məkarim Şirazi təkfirçi cərəyanlar müqabilində İslam və xristianlığın müsbət mövqeyinə işarə edərək, sözünə davam etdi: Bir neçə il öncə Kardinal Con Luis Toran Quma gəlmişdi və bizimlə görüşü oldu. Müqəddəs Qum elm mərkəzi barədə araşdırmalar apardı. Bu böyük mərkəzdə görülən işlər onu heyrətə gətirdi və bir müddət sonra cənab Papa da din alimlərindən təkfirçi cərəyanlar müqabilində mövqelərini bildirmələrini istədi. Biz də məktub yazaraq, bu nəhs cərəyanlara qarşı kəskin mövqeyimizi bildirdik, əvəzində isə müsbət cavab aldıq.
Ayətullah Məkarim Şirazi böyük “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi” konfransı ilə əlaqədar bildirdi: Biz keçən il və bu il təkfirçilərə qarşı iki böyük konfrans təşkil etdik, dünyanın ayrı-ayrı səfirlərini və mediyalarını dəvət etdik ki, hər kəs bu cərəyanı tanısın və gənclər təkfirçi cərəyanlara uymasın. Bəlkə bununla onların kökünü kəsə bildik. Ona görə ki, təkcə hərbi və siyasi yolla bu təhlükəyə qarşı mübarizənin effektsiz olduğuna inanırıq. Onların məhvini görmək üçün, həm də elmi və mədəni mübarizə aparmaq lazımdır.

O, aşkarcasına qeyd etdi: Sizin səfəriniz sayəsində bu iki dini mərkəzin (Qum və Vatikan) bir-birilə yaxın münasibətlərinin artacağına ümid edirik. Sülh və ədalətə əhəmiyyət verdiyinizə və elə bu məqsədlə bir nazirlik də yaratdığınıza görə çox şadıq.
Ayətullah Məkarim Şirazi müasir dünyada mövcud üç problemə işarə edərək, buyurdu: İlk problem ateizm və dinsizlikdir. Bunlar ilahi dinlərdən uzaqlaşmağı təbliğ edirlər ki, bu işin nəticəsi fərdlərə qeyri-dini azadlıq verməkdir. İkinci problem ekstremist qruplardır. Hansı ki, dünyadakı xaosun əsas səbəbidirlər və atəşi şölələndirməklə məşğuldurlar. Bu atəşin qarşısı alınmasa, onun alovu dünyanın digər bölgələrinə də sirayət edəcək. Üçüncü problem isə kiber aləmlə yayılan etik pozuntulardır. Belə ki, hər keçən gün artmaqdadır. Digər tərəfdən bunun qarşısını tamamilə almaq mümkünsüzdür. Odur ki, mediyaları kontrol etmək gərəkir. Bizim etiqadımıza görə ilahi dinlərin maarifi bir çox pozuntuların qarşısını alacaq qədər güclüdür.

Buna görə də, bizim və sizin problemlərinizin həlli istiqamətində bir şey fikirləşməliyik.
O, dünyada sülh və ədalətin bərpasını vacib sayaraq, xatırlatdı: Sülh və ədalət məsələsi vacib işdir. Göründüyü kimi siz də bunun yayılmasında aktivsiniz. Lakin önəmli məqam dünyada ədalətsizlik amillərini kəşf edib, onları məhv etməkdir. Əfsuslar olsun ki, bir çox böyük dövlətlər ədalətsizlik amili, yaxud buna rəvac verənlərdir.
O, sonda buyurdu: Bu mövzuda da, aktiv və müvəffəq olacağınıza ümidvarıq!
Yayım tarixi: 07/02/2016

Nəşr tarixi: « 2016/2/8 »
Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 8802