Həzrət İsanın (ə) əxlaqi təlimləri Ayətullah Məkarim Şirazinin baxışında

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Günün sitatı

Həzrət İsanın (ə) əxlaqi təlimləri Ayətullah Məkarim Şirazinin baxışında

Şübhəsiz, əxlaqi bəhslər elə insan dünyaya gəldiyi gündən başlamışdır.  Allah-taala həzrət Adəmi yaradıb cənnətdə yerləşdirdiyi zaman əxlaqi məsələləri əmr və qadağaları ilə birlikdə ona öyrətdi.
 

 

Həzrət Adəm (ə) da öz övladlarını əxlaqi qaydalarla tanış etdi.
Digər ilahi peyğəmbərlər də mütəmadi olaraq nəfsin paklığı və əxlaqın kamilləşdirilməsi - hansı ki, insanların səadətinin təminatçısıdır – ilə məşğul olublar. Nəhayət, növbə həzrət Məsihə (ə) çatır. Onun da təlimlərinin böyük bir hissəsini əxlaqi bəhslər təşkil edir. Belə ki, ardıcılları və sevərləri onu böyük əxlaq müəllimi kimi tanıyır.

 

Həzrət İsa (ə) – mərhəmət və əxlaq peyğəmbəri
Peyğəmbərlərin seçilməsinin məqsədlərindən biri də gözəl əxlaqı və əxlaqi dəyərləri kamilləşdirmək olmuşdur.  Çünki elmi, əməli və əxlaqi yöndə fəzilətin ali nümunəsi olacaq kamil insan tərbiyəsi onların əsas və başlıca hədəfləri sırasındadır.
Həzrət İsa (ə) da əxlaqı gözəlləşdirmək və təqva ayinini yaymaqdan ötrü gəlmiş böyük bir peyğəmbərdir.  Necə ki, Qurani-kərimdə oxuyuruq: “İsa aydın dəlillər gətirib dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ixtilafa düşdüyünüz bəzi şeyləri izah etməyə gəlmişəm.

 

Təqvalı olun və mənə itaət edin!””.
Bu ifadədə həzrət İsa (ə) dəvətinin məzmununun “hikmət” olduğunu bəyan edir. Bildiyimiz kimi “hikmət” sözünün əsl mənası “islah məqsədi ilə bir şeyin qarşısını almaq”dır. Odur ki, hikmət nəfsi saflaşdırmaq və əxlaqı gözəlləşdirməyə xidmət edən bütün haqq əqidələrə, iman və əməldə insanı azğınlıqlardan qoruyan düzgün həyat proqramlarına şamil edilib.


Digər tərəfdən insanın ən üstün və ən iftixarlı məqamı Allaha yaxınlaşmaqdır, Allaha yaxınlaşmaq da yalnız əxlaqı gözəlləşdirmək və Allahın sifətlərini özündə təcəlli etdirməklə mümkündür. Odur ki, Allahın hikmət sahibi olması insanı da elmi və hikmətli olmağa, onun əxlaqına bürünməyə sövq edir. Necə ki, həzrət İsanın (ə) bu vacibə əməl etdiyini görürük.


Doğrudan da həzrət İsanın (ə) əxlaqı camaatı özünə cəlb edirdi və bir-birilərinə qarşı da mehriban olmalarına şərait yaradırdı. Belə ki, həzrət İsanın (ə) gözəl xasiyyəti, güzəşt etməsi və mehribanlığı haqqında çoxlu sözlər deyilib və hər biri bizim üçün bir əxlaq dərsidir.
Təvazökarlıq da insanın elmi və mədəni həyatına təsir qoyur; təvazökar insan bilmədiyi məsələdə kimdənsə soruşub elmini artırır, bundan fərqli olaraq təkəbbürlü insan sual verib özünün saxta və yalançı əzəmətini yerə vurmaz, çünki köklü olaraq öyrənməyin ən böyük maneələrindən biri təkəbbürdür.


Lovğa şəxslər təkəbbürləri ucbatından haqqa çata bilmirlər, digər tərəfdən təvazökar şəxslər cəmiyyət tərəfindən sevilirlər və hamı onlara hörmət edir. Allah və bəndə münasibətlərində də qazanclıdırlar, çünki ibadət ruhu təvazökarlıqdır.
Deməli, təvazökarlıq və təkəbbür məsələsi elmli və elmsiz olmaqda təsirlidir, insan təvazökar olduğu zaman elminin artmasına zəmin yaranır, elm də qarşılıqlı olaraq təvazökarlığa şərait yaradır. Beləliklə, təvazökarlıq və elmin sıx və birbaşa əlaqəsi var.


Təvazökarlığın elmə zəmin yaratması təbiidir, niyə də belə olmasın?! Meyvəsi bol olan ağac başını aşağı əydikdə meyvəli budaqları da aşağıya əyiləcək. Digər tərəfdən təkəbbür və özünüöymə ruhun həyat suyu sayılan elmə maneədir.
Bu barədə həzrət Məsih (ə) buyurur: “Elm və bilik tarlaları təkəbbür deyil, təvazökarlıq sayəsində abad olur, necə ki, əkin zəmiləri sıldırım qayalarda deyil, münbit torpaqda cücərir”. ,


Həzrət İsanın (ə) başqa bir hədisində oxuyuruq: O, öz ardıcıllarına buyurardı: “Elm göydə deyil ki, üzərinizə nazil olsun, yerin qatında da deyil ki, sizə görə yer üzünə çıxsın. Elm qəlblərinizin dərinliyində, təbiət və fitrətinizdə gizlidir. Belə isə mələklərin və pak qəlbli insanların əxlaqına bürünün ki, elm də sizi tapsın”. ,

Çətinliklər müqabilində səbir etmək çətin olmasına baxmayaraq, çox bərəkətlidir
Səbir bütün əxlaqi fəzilətlərin, tərəqqinin, maddi və mənəvi müvəffəqiyyətlərin əsasıdır.  Ona görə ki, hər bir işin müqəddiməsi hazırlanana qədər səbirli olmaq Allahın böyük peyğəmbərləri və bəşəriyyət rəhbərlərinin onunla zinətlənmiş olduğu ən önəmli insani və əxlaqi fəzilətlər sırasındadır.  


Səbir və mətanətli olmağın əhəmiyyəti bizim düşündüyümüzdən də artıqdır. Halbuki, heç bir insani fəzilətlərə bu qədər təkid edilməmişdir. Bu, həmin əxlaqi və əməli fəzilətin hədsiz əhəmiyyətə malik olduğunu, hətta onun bütün fəzilətlərin xülasəsi və xoşbəxtlik səbəbi və hər cür səadət amili olmasını nişan verir.  


Əlbəttə, səbiri əldə etmək digər əxlaqi fəzilətlərə nail olmaq kimi davamiyyət və müxtəlif hadisələrlə üzləşmək sayəsində mümkündür.   
Yeri gəlmişkən, dünyanın çətinliklər və hadisələr məkanı olması, maddi və mənəvi nemətlərdən hansısa birinə müxtəlif maneələri aşmadan yetişməyin qeyri-mümkün olması, həmçinin, səbirsiz, hövsələsiz insanların heç bir şeyə nail ola bilməməsi həqiqətinə diqqət yetirmək insanın çətinliklər müqabilində səbirli və iradəli olmasını gücləndirir.  


Bir neçə gül dəstəsini dərmək üçün gülün tikanlarının acısına dözməli olduğu kimi, bir qədər balı yemək üçün də bal arısının iynəsinin acısına səbir etmək lazımdır, xəzinələr xarabalıqlardadır, həyat və cənnət də çətinliklər arasında yerləşmişdir.   
Əslində əxlaqi fəzilətlərin əksəriyyəti nəfsi riyazətlər və özünü nəyəsə adət elətdirmə (öyrəşdirmə) olmadan hasil olmur. Çətinliklər müqabilində səbirli olmaq bütün qələbələrin əsası olduğundan, onu necə olursa-olsun, əldə etmək lazımdır.   
Həzrət Məsih (ə) belə buyurmuşdur:


«انّكم لا تُدركُونَ ما تُحِبّونَ الّا بصبركم على ما تكرهون


“Həqiqətən, siz sevdiyiniz şeyləri yalnız xoşlamadığınız şeylərə səbir etdiyiniz zaman əldə edə bilərsiniz”.   ,

 

Dünya qalıcı yer deyil, keçici bir yerdir
İslamın və bütün səmavi dinlərin nəzərində dünya insanın azuqə toplamalı, mərifət və kamal əldə etməli olduğu və əbədi bir evə (axirətə) uçmaq üçün qanadlar əldə etməkdə addımlamalı olduğu köçəri bir yerdir. Həmin səbəbdən, Allah-taala insanı dünya həyatı ilə yanaşı olan müxtəlif imtahan, ibadət və itaət, nəfsi istəklərdən çəkinmək, müsibət və çətinliklərlə yetişdirir və əbədi bir həyat, xeyir-bərəkətlə dolu və pak kəslərə görə olan başqa bir aləm üçün hazırlayır.  


Lakin dünyanın əyləncələri, maddi və zahiri tovlayıcı ləzzətləri adətən, insanları onun gizli olmamasına baxmayaraq, batinini dərk etməkdə qəflətə salır.  Beləliklə, tutumu az olan və nəfsinə yenilən kəslərin nəzərində cılız və müvəqqəti olan dünya o qədər böyük görsənir ki, onlar ilahi nemətlərlə dolu olan əbədi həyatı unudurlar.  


Bu səbəbdən, dünya hədəf deyil, vasitə xarakteri daşıyır. Nəticədə, dünyaya hədəfə nail olmaq üçün istifadə etməli olduğumuz vasitə kimi nəzər salmağımız çox əladır. Əgər onu hədəf hesab etsək, böyük bir səhvə yol vermis olarıq. Buna görə də həzrət İsa (ə) dünyanı insanın vəsilə olaraq üzərindən keçilməli olduğu bir körpüyə bənzətmişdir və heç bir ağıllı insan onun (körpünün) üzərində ev tikməz və orada dayanmaz. Əgər insan belə bir şey etsə, bu təəccüblü bir işdir.  


Həzrət İsa (ə) həvarilərə belə buyurmuşdur:


«إنما الدنيا قنطرة فاعبروها و لا تعمروها،


“Dünya dayanmalı olduğunuz və onun abadlıqları, gözəlliklərinə məftun olunası deyil, keçməli olduğunuz bir körpüdür”.  

   
Bu ifadə dünyanın insanın əsli bir yeri olmaması, əksinə ondan keçməli olduğumuz bir keçid olması, əsla qalmalı yer olmaması həqiqətinə zərif bir işarədir.  
Həmçinin, həzrətin nurani kəlamları da dünyanın insanın həm özü, həm də digərlərini aldatması üçün tovlama vasitəsi olduğunu bildirir. Əlbəttə, bu, dünyanı özünün əsas hədəfi seçən və ona qəlbini verən, bel bağlayan və ən son arzularının ona qovuşmaq olduğu kəslər haqqındadır. Əgər bu maddi dünyanın nemətləri ali insani dəyərlərə və əbədi səadətə yetişmək üçün vasitə olsa, bu dünya (ona bağlılıq) deyil, əksinə axirət tarlası və o böyük hədəflərə nail olmaq üçün bir körpüdür.  


Nəticədə, dünya həyatını tanımayan və onu mənəvi məqamları əldə etmək üçün bir keçid yeri və əxlaqi fəzilətlərə nail olmaq yeri hesab etməyən kəslər dünyanı özlərinin əsas hədəfi və istəkləri, həqiqi məbudu sayırlar. Təbii ki, belə kəslər axirətdən qafildir.   Dünya belələri üçün daimi, lakin ona vasitə kimi baxanlar üçün də müvəqqəti yerdir.  

 

Həzrət İsanın (ə) da müalicə etməkdə aciz olduğu bir xəstəlik
Həqiqətdə, təkəbbür nadanlıq əlamətlərindən biridir və məşhur farsca məsəldə deyilir: “Məndəki təkəbbür nadanlığa dəlildir.” Ona görə ki, insan malik olduğu bütün əzəmətinə baxmayaraq, zəif bir varlıqdır. Mikrob daşıyıcısı olan bir ağcaqanad ən güclü insanları diz çökdürə bilər və ya yeyib-içdiyi zaman bir tikə və ya su onun boğazında qalaraq onu boğa bilər.   Zahiri baxımdan ən üstün məqamlı insanların bir gecədə öz məqamlarını əldən verməsi, ən zəngin insanların qısa bir müddətdə müflisləşməsi mümkündür. Bununla belə, təkəbbür nadanlığa dəlil deyilmi? Nadan insanın maddi və mənəvi baxımdan hər cür bəlaya düçar olacağı məlumdur.  


Bu xoşagəlməz əməlin mənbəyi insanın özünü tanımamasıdır, çünki insan özünü yaxşı tanısa, Allah qarşısındakı kiçikliyini  və daşıdığı ağır məsuliyyətlər müqabilindəki əməlinin dəyərsizliyini anlayar. O, Allahın ona böyük nemətlər verdiyini anlasa, əsla təkəbbürlülük etməz.  Bu cür nadanlıq və axmaqlıq belə çirkin işlərin əsas mənbəyidir.  
İsa Məsih (ə) məna dolu bir hədisdə buyurur: “Mən müalicəsi qeyri-mümkün olan xəstələri sağaltdım, hətta ölüləri də Allahın izni ilə diriltdim, lakin axmağı müalicə edə bilmədim.”


O həzrətdən “Axmaq kimdir?” deyə soruşulduqda, o, axmağın ən bariz xüsusiyyətinin təkəbbür olduğunu bildirərək buyurur: “Bu xüsusiyyət onun bütün fəzilətlərin ona məxsus olduğunu düşünməsinə və bütün haqların ona aid olduğunu hesab etməsinə və digərlərinin heç bir haqqının olmamasına etiqadlı olmasına səbəb olur.”


Həmin hədisin sonunda buyurur:


فَذلِكَ الْأحْمَقُ الّذي لا حيلَةَ في مُداواتِهِ‏؛


“Bu, müalicəsi qeyri-mümkün olan həmin axmaqdır.”  

 

Son söz: Bildiklərinə əməl etmək insanın səadətinə zəmanətdir
Bütün tövhid dinlərinin nəzərində “elm” və “iman”, “əqidə” və “əxlaq” kimi insanın Allaha yaxınlaşması və tayı-bərabəri olmayan məşuqa doğru yönəlməsi üçün iki güclü qanad timsalındadır.  
Onlardan heç biri təklikdə insanı kamilliyə çatdıra bilməz. Əməlsiz elm müxtəlif azğınlıqların səbəbi olan məlumatsız şəkildə əməl etmək kimidir.   Həmin səbəbdən, həzrət İsa (ə) buyurur: “Mən üzərində “məni çevir” yazılan bir daşı gördüm və onu çevirdim. Onun arxasında (o biri üzündə) yazılmışdı:


مَنْ لا يَعمَل بِما يَعْلَمُ مَشؤُومٌ عَلَيهِ طَلَبُ مالا يَعْلم وَ مَرْدُودٌ عَلَيه ما عَلم؛


“Bildiyinə əməl etməyən kəsin bilmədiklərini istəməsi onun üçün bədbəxtlikdir və bildikləri də onun üçün faydasızdır.”” 

   
Bəli, əməlsiz elm zərərli və dağıdıcıdır. İslami rəvayətlərə əsasən, əməlsiz alimin üfunətli iyi cəhənnəm əhlinə əzab verər. Bu səbəbdən, peyğəmbərlərin yolunun davamçısı olan bəşər cəmiyyətinin hər bir üzvü başqalarına tövsiyə verməzdən öncə, özünü tərbiyələndirməli və peyğəmbərlər kimi digərlərinə əməldə bir nümunə olmalıdır.  

 

Araşdırma, toplama və tənzimləmə: Ayətullah Məkarim Şirazinin ofisinin xəbərlərin qeydiyyat şöbəsinin informasiya agentliyi. makarem.ir

Başlıqların mündəricatı: Həzrət İsa (ə); mehribanlıq və əxlaq peyğəmbəri/ çətinliklər müqabilində səbir etmək çətin olmasına baxmayaraq, çox bərəkətlidir/dünya qalıcı deyil, keçici yerdir/ həzrət İsanın (ə) sağaltmaqda aciz olduğu xəstə/ bildiklərinə əməl etmək insasının səadətinə zəmanətdir.

Acar sözlər: Həzrət İsa (ə), əxlaq, peyğəmbər, təkəbbür, səbir, həyat, axirət, dünya, əməl, dinlər.

 


Nəşr tarixi: « 2018/12/25 »
Ərbəin zəvvarlarının gömrükdə problem yaşaması rəva deyil.

Ayətullah Məkarim Şirazinin Ərbəin Mədəni-maarif mərkəzlərinin idarə heyəti ilə görüşündə

Ərbəin zəvvarlarının gömrükdə problem yaşaması rəva deyil.

Fədakarlıq davam edir…

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin informasiya bloqu tərəfindən yayımlandı

Fədakarlıq davam edir…

 “İzahlı şəriət məsələləri” risaləsində bu ilki fətva dəyişiklikləri elan olundu.

Ayətullah Məkarim Şirazinin ofisi tərəfindən yayımlandı:

“İzahlı şəriət məsələləri” risaləsində bu ilki fətva dəyişiklikləri elan olundu.

Cümə günü 15 iyun 2018, Fitr bayramıdır.

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Cümə günü 15 iyun 2018, Fitr bayramıdır.

Ayətullah Məkarim Şirazinin iştirakı ilə Qədr gecəsinə məxsus moizə və mərasimin təşkili

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:

Ayətullah Məkarim Şirazinin iştirakı ilə Qədr gecəsinə məxsus moizə və mərasimin təşkili

Mələkut sözünün anlamı

Günün sitatı

Mələkut sözünün anlamı

Mələkut sözünün anlamı

Günün sitatı

Mələkut sözünün anlamı

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 3692