Məhərrəm ayı ərəfəsində İmam Hüseyn (ə) əzadarları və Hüseynçi təbliğatçılara mühüm tövsiyələr

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Fiqhin ali mühazirələrində Ayətullah Məkarim Şirazi tərəfindən dilə gətirildi:

Məhərrəm ayı ərəfəsində İmam Hüseyn (ə) əzadarları və Hüseynçi təbliğatçılara mühüm tövsiyələr

Düşmənin səyi bu mərasimlərə nüfuz edib onun simasını dəyişməkdir. Ümidvar olduqları məsələlərdən biri də qəmə vurmaqdır.

Məhərrəm ayı ərəfəsində İmam Hüseyn (ə) əzadarları və Hüseynçi təbliğatçılara mühüm tövsiyələr
Düşmənin səyi bu mərasimlərə nüfuz edib onun simasını dəyişməkdir. Ümidvar olduqları məsələlərdən biri də qəmə vurmaqdır.

Ayətullah Məkarim Şirazi çərşənbə günü, Qum şəhərinin “Məscidul-Əzəm”ində təşkil olunan Fiqhin ali mühazirələrində Məhərrəm ayı təbliğatçılarına üz tutaraq, mühüm tövsiyələr verməklə yanaşı, bu fürsətdə Əhli-beyt (ə) elmlərinin yayılması prinsipinə toxunaraq buyurdu: “Seyyidüş-şühəda”nın (ə) Aşura və əzadarlığının çoxlu təsirləri var; o təsirlərdən biri də məzhəb – təriqət atribut və nişanələrinin əzəmətli nümayişidir.
Həzrət Ayətullah Məkarim bunları bildirdi: Məhərrəm günlərində təbliğatçıların öhdəsinə çox gözəl fürsət qoyulur. Bu fürsətdən yararlanaraq etiqad və inancları möhkəkmləndirə, öz dini vəzifələrini yerinə yetirə bilərlər.
O, bütün təbliğatçıları Məhərrəm ayından son həddə istifadəyə tövsiyə və təkid etdi: İslam İnqilabının böyük bir hissəsi Aşura ilə təsbit olub. Biz, tasua və aşurada Tehran və digər şəhərlərdə keçirilən yürüşləri yaddan çıxarmamışıq.
Ayətullah Məkarim Şirazi İslam İnqilabı zəfərinin Aşura sayəsində olduğunu dilə gətirərək buyurdu: Son günlər kiçik təbliğat qrupları insanları paklığa, yaxşılığa dəvət etməkdən ötrü ən az xərclə ölkənin müxtəlif nöqtələrinə səfər edir və Əhli-beyt (ə) maarifini xalqa çatdırmaq məqsədi güdür.

O, Aşuranın üçüncü təsirini qəlblərin ülfəti bilərək təkid etdi: Bütün heyətlər, dəstələr İmam Hüseynə (ə) məhəbbət bəsləyir, hətta əhli-sünnə və qeyri-müsəlmanlar da Aşura mərasimində iştirak edir ki, bu da, öz növbəsində birlik amili ola bilər.
Ayətullah Məkarim Şirazi əlavə etdi: Düşmənlər bu mərasimlərə nüfuz etdərək onun simasını dəyişməyə çalışır. Ümidvar olduqları məsələlərdən biri də qəmə vurmaqdır.

O buyurdu: Xarici mediya əzadarlığı nümayiş etdirmək istədikdə, insanların nifrətinə səbəb olsun deyə, birinci qəmə vurmağı göstərirlər.
Bu gün şərait elə gətirib ki, qəmə vurmağı Aşura əleyhinə sənəd kimi göstərirlər, bəziləri od üstündən keçməyi mərasimin tərkib hissəsi bilir, bəziləri də ayaqyalın şüşə üstündə gəzir. Bunlar xurafatdan başqa bir şey deyil.
Ayətullah Məkarim Şirazi aydınlıq gətirdi: Möhtərəm dini qardaşlarım belə addımlardan özlərini gözləməlidir, ona görə ki, İmam Hüseyn (ə) əzasına məhəbbətin bu şəkildə ibrazı məsləhət deyil. Məhəbbət və sevgi aqilanə şəkildə biruzə verilməlidir ki, belə problemlər qarşıya çıxmasın.

O, əlavə etdi: İmam Hüseyn (ə) əza mərasimlərində məddah və xətiblər mötəbər kitablardan istifadə etsinlər; əfsanəvi və xurafat mövzular minbərlərdə, mərsiyə və rövzələrdə dilə gətirilməməlidir. Bu işlər İmam Hüseyn (ə) simasını və Aşura tarixini başqa cür göstərir.
Ayətullah Məkarim Şirazi ara-sıra bəzi əza məclislərində bilməməzliklə bəyan olunan və nəticədə dindən, məzhəbdən üz döndərməyə gətirib çıxaran, xəcalət və nifrətə səbəb olan məsələlərə görə təəssüfünü dilə gətirdi.
O, əzadarlıq və Aşura məsələlərini onun simasını dəyişən məsələlərdən ayırmağı vacib iş bilərək buyurdu: Bu əzəmətli sərmayənin əlimizdən alınmasına icazə verməməliyik.

Ayətullah Məkarim Şirazi bunları da xatırlatdı: Aşura və əzadarlıq təkcə keçmiş tarixə aid məsələ deyil, düşməni narahat edən də bu cərəyanın davam etməsidir. Düşmənlə mübarizədə “Heyhat minnəz-zillət” – “Zillət bizdən uzaqdır!” hələ də davam edir.
O, Kərbəla cərəyanını həmişə nümunə götürülməli cari tarix kimi göstərərək, buyurdu: İmam Hüseyn (ə) mərasimi hegemonların qeyri-qanuni mənafelərinə maneədir və bu üzdən bütün səyləri bu əzəmətli mərasimi gözdən salmaqdır.
Ayətullah Məkarim Şirazi əlavə etdi: Son vaxtlar Quranla mübarizəyə çalışırlar; Qurana irad ünvanında bir kitab yazıblar. Bu kitab virtual aləmdə yayılır və daha çox xarici mediyalar bunda israrlıdır.

O bildirdi: Sözügedən kitab mənim əlimə çatdıqda, müəllifinin savadsız, qeyd etdiyi mətləblərin isə əsassız olduğu üzə çıxdı.
Ayətullah Məkarim Şirazi davamında buyurdu: İslamdan zərbə alanlar onun köklərinə varıb batil gümanları ilə Quranı vurmaq istəyirlər. Halbuki, Quranın əzəməti bütün məsələləri sıradan çıxaracaq həddədir.
O, Quran, din və Aşura müdafiəsinin ruhani və elm mərkəzlərinin öhdəsində olduğuna təkid edərək bildirdi: Elm mərkəzləri aktiv olmalı, günün məsələlərini müəyyənləşdirməli və onun müqabilində öhdəsinə düşəni yerinə yetirməlidir.
Ümidvarıq, təbliğatçılar camaatı düşmən təxribatından xəbərdar etməklə, hamını səfərbər edib İmam Hüseyn (ə) bayrağı ətrafında toplayacaq.
Mən xətiblərə, məddahlara, məclis təşkilatçılarına və İmam Hüseyn (ə) əzadarlıq mərasimlərinin iştirakçılarına dua edir və bu dövrdə hər kəsin öz vəzifəsinə doğru-düzgün əməl edəcəyinə ümid bəsləyirəm.
Yayım tarixi: 29.09.2016

 


Nəşr tarixi: « 2016/9/30 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2599