Ayətullah Məkarim Şirazinin kəlamında Seyyidüş-şühəda (ə) əzadarlığının tələb və zərurətləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Ayətullah Məkarim Şirazinin kəlamında Seyyidüş-şühəda (ə) əzadarlığının tələb və zərurətləri

İmam Hüseyn (ə) şövqü ilə Aşuranın mahiyyətini tanımaq arasındakı bağlılıq düzgün və bəyənilən əzadarlığın başlıca nişanələrindəndir.


 Ayətullah Məkarim Şirazinin kəlamında Seyyidüş-şühəda (ə) əzadarlığının tələb və zərurətləri
 İmam Hüseyn (ə) şövqü ilə Aşuranın mahiyyətini tanımaq arasındakı bağlılıq düzgün və bəyənilən əzadarlığın başlıca nişanələrindəndir. Əzadarlıq mərasimi hər il ötən illərlə müqayisədə daha şövqlü və əzəmətli təşkil edilməli, bu mərasimin əzəmətinə xələl gətirən hər bir işin qarşısı alınmalıdır.
Heç şübhəsiz, İmam Hüseyn (ə) əzadarlıq məclislərinin təşkili ən əhəmiyyətli İslam atributlarından olduğuna görə belə məclislər hər il ötən illərlə müqayisədə daha əzəmətli keçirilməlidir. Belə ki, onu əcnəbilərin şərindən qorumaq bəzən vacib (vacibi-kifayi) ola bilər və yerinə yetirilməsi İslamın, Əhli-beyt (ə) məktəbinin yaşam rəmzidir (1).  
Belə bir təsvirin ardından, hər şeydən öncə Əhli-beyt (ə) üslubu, İslam alim və fəqihlərinin tövsiyələri əsasında məqsədyönlü və bir mədəniyyət formalaşdıran əzadarlıq mərasimlərini təşkil etməyin vacibliyi hiss olunur. Buna görə də Ayətullah Məkarim Şirazinin yüksək düşüncələrindən istifadə edərək, Seyyidüş-şühəda İmam Hüseyn (ə) müsibətində arzuolunan və məlumatlandırıcı əzadarlığın tələb və zərurətləri bu yazıda oxuculara təqdim edilir:
Əməlin saflığı
İmam Hüseyn (ə) adına əzadarlıq məclislərində əməl və niyyətin saflığı o həzrəti (ə) tanımaq üçün ən önəmli şərtlərdəndir. Odur ki, Ayətullah Məkarim Şirazi bu məsələni xüsusi vurğulayaraq buyurdu: İmam Hüseyn (ə) əzadarlığı və matəm məclislərinin təşkili üçün niyyətlərinizi saflaşdırın. Belə olmasın ki, sırf daha çox insan cəlb edib izdihamı artırmaq üçün xüsusi və seçilmiş şəxslərdən faydalansın, əksinə bu işdə bütün xətiblərdən, məddahlardan istifadə edilməlidir (2).
Məqsədyönlü əzadarlıq sayəsində ictimai böhranları aradan qaldırılmaq
Ayətullah Məkarim Şirazi düzgün və məqsədyönlü əzadarlığın təsirli olduğunu dilə gətirərək buyurdu: İmam Hüseyn (ə) əzadarlığı böyük bir sərmayədir, hansı ki, bir çox problemləri həll etməyə qadirdir (3).
İmam Hüseynin (ə) əzadarlıq mərasimlərində insanlara ictimai, mədəni və siyasi məsələləri bəyan etmək olar (4).
Həmçinin o, əzadarlıq mərasimlərinin kəmiyyət və keyfiyyətin optimal idarəedilməsində xətiblərin, məddahların və əzadarlıq məclisləri təşkilatçılarının vəzifələrini yerinə yetirmələrini İmam Hüseyn (ə) matəm mərasimi və məclislərinin tanıtdırılmasında başlıca və təsirli elmi amil kimi təqdim edərək, buyurur: Şiənin İmam Hüseyn (ə) əzadarlığı adlı bir qaynağı vardır və hazırkı zamanda onun idarəsi xətiblərin, məddahların və məclis təşkilatçılarının öhdəsinədir. Bu üç dəstə islah edilərsə, İmam Hüseyn (ə) məclislərinin hər işin öhdəsindən gələcək möcüzəvi gücü var (5).
Məsumların (ə) sünnəsinə uyğun olaraq əzadarlığın ənənəvi şəkildə davam etdirilməsinin zəruriliyi
Ayətullah Məkarim Şirazi əzadarlığı məsumların (ə) sünnəsinə əsasən davam etdirməyin zəruriliyinə təkid edərək buyurdu: Əzadarlıq üslubları ənənəvi şəkildə, imamların (ə) göstərişlərinə uyğun və ölkənin möhtərəm alimlərinin məsləhətlərinə müvafiq olmalı, Hüseyn (ə) bayraqları hər yerdə dalğalanmalıdır. Hər məkanda sinə vuran, zəncir vuran dəstələr nəzm-intizamla və əzəmətlə yürüş etməlidir (6). Məclis təşkilatçıları da, ənənəvi üslubları qorumalı, sadə məclislərin təşkilində səy göstərməlidirlər. İsraf və özünü göstərməkdən çəkinilməli, gənclərin cəlb edilməsinə daha çox güc sərf edilməlidir, çünki bu təbəqə başqalarından daha çox təhlükədədir və İslam üçün hamıdan çox canfəşanlıq edirlər (7).
Ayətullah Məkarim Şirazi bu məsələyə toxunarkən İmam Hüseyn (ə) əzadarlıq məclislərində bəzi müasir məddahların mətn və səs tonlarının məzmun və keyfiyyətindəki qüsurlara işarə etdi və buyurdu: Məddahların mövzu və şeirləri mötəbər və məşhur qaynaqlara əsaslanmalıdır, zəif və sənədsiz mövzulara toxunulmamalıdır. Məddahlar məddahlıq edərkən bayağı musiqi və səs tonlarından çəkinməli, düzgün və münasib metodlardan istifadə etməlidirlər ki, İmam Hüseyn (ə) məclislərinə qarşı mənfi fikir formalaşmasın (8).
İmam Hüseyn (ə) şövqü ilə Aşura mahiyyətini tanımaq arasındakı bağlılıq
Ayətullah Məkarim Şirazi düzgün və bəyənilən əzadarlığın başlıca xüsusiyyətlərindən biri kimi İmam Hüseyn (ə) şövqü ilə Aşura mahiyyətini tanımaq arasındakı ayrılmaz bağlılığına diqqət çəkərək buyurdu: Düşmən gözünün kor olması üçün əzadarlıq mərasimləri hər il ötən illərlə müqayisədə daha şövqlü və möhtəşəm təşkil edilməli, bu mərasimin əzəmətinə xələl gətirən hər bir işin qarşısı alınmalıdır (9).
Həmçinin Məkarim Şirazi cənabları İmam Hüseynin (ə) əzadarlıq və matəm mərasimlərində elmə rəğbəti xüsusi vurğulayaraq buyurdu: Yaxşı olar ki, hörmətli xətiblər öz xütbələrində, əziz məddahlar isə öz epik və şövqlü şeirlərində vəhdət və birliyə çalışsın, şəhidlər sərvəri, məzlumlar ağası İmam Hüseynin (ə) hədəflərini – hansı ki, xalqı oyatmaq, Quran hökmlərinin nəşri, izzət, şərəf və azadlıq qazanmaq, yaxşılığa dəvət, zülm və fəsadla mübarizədən ibarətdir – xalqa bəyan etsinlər. Nəticədə bu hədəflər tarixi şahidlərin təqdimi ilə birgə “عارفاً بحقّه” – “onun haqqını tanıyaraq”ın canlı nümunəsi ünvanında əziz gənclərin diqqət mərkəzində olsun (10).
Ayətullah Məkarim Şirazi davamında bir məktəb olan əzadarlıq metodologiyasını şərh edərkən buyurdu: Ən yaxşı əzadarlıq üslubu əzəmətli məclis təşkil etmək, İmam Hüseynin (ə) müqəddəs hədəflərini, Kərbəla tarixçəsini bəyan etmək, hadisələri təhlil etmək, matəm mərasimi keçirmək, həmçinin oyanış şüarları ilə müşayət olunan əzadar dəstələr yaratmaq, proşuralar yaymaq, dəqiq və məzmunlu afişalar asmaq, plakatlardan istifadə etmək və ya cəlbedici, aydın şüarlar səsləndirməkdir (11).
Aşura maarifini dərinləşdirmək zərurəti də Məkarim Şirazi cənablarının əzadarlıq mərasimlərinin mühüm tələblərindən biri kimi təkid etdiyi məsələlərdəndir. O, bir ifadəsində belə buyurur: Xətiblər təkcə Əhli-beytin başına gələn müsibətləri söyləməklə kifayətlənməsinlər, həm də Aşura hadisəsinin kökləri, nəticə və bərəkətlərini önə çəkib, bu qiymətli fədakarlığı qorumağın xalq üçün bir vəzifə olduğunu onlara xatırlatsınlar (12).
Zillətə boyun əyməmək nəticəsində qəhrəmanlıq ruhiyyəsi yaratmaq
Ayətullah Məkarim Şirazi İmam Hüseyn (ə) məktəbində insan tərbiyə edən əzadarlığın necə gerçəkləşdiyini açıqlayarkən Aşuranın qəhrəmanlıq yaradan ruhiyyəsinə, eyni zamanda da həzrət Seyyidüş-şühəda (ə) matəm məclisində zillətdən çəkinməyin vacibliyinə təkid edərək buyurdu: Xarlıq, acizlik nişanəsi olan mövzuları dilə gətirməkdən çəkinmək, bunun əksinə olaraq Aşuranın qəhrəmanlıqlarını bəyan etmək və Aşura hadisəsindən “Zillət bizdən uzaqdır!” şüarı əsasında danışmaq lazımdır. (13).
Ayətullah Məkarim Şirazi bu məsələnin reallaşmasını Əhli-beyt (ə) məktəbinin düzgün çatdırılmasında, xüsusilə də Aşuraya dair şeirlərdən istifadədə məddahların vəzifələrinin icrasına bağlı bilərək buyurdu: Məddahlar şeirlərinin qəhrəmanlıq ruhiyyəsində – epik səpkidə olmasına diqqət etməli və onlardan acizlik və zillət qoxusu gəlməməlidir. Digər tərəfdən imamların (ə) dilindən vəziyyəti bəyan edərkən İmam (ə) və Əhli-beytin məqamına uyğun söz demək lazımdır, bu xüsusda möhtərəm məddahlar diqqətli olmalı və mötəbər qaynaqlara müraciət etməlidirlər (14).

Xurafatçılıqdan çəkinmək
Ayətullah Məkarim Şirazinin düşüncələrinə əsasən, əza məclislərində həqiqətdən kənar və şişirtmə ifadələr işlətməkdən özünü gözləmək, habelə bəzi ikrah doğurucu rəftarlardan çəkinmək zərurəti həyati önəm daşıyır. O buyurur: Düşmənlər, İmam Hüseynin (ə) əzadarlıq mədəniyyətinə kölgə salmaq, xurafatla bulaşdırıb əzəmətini azaltmaq yönündə durmadan çalışırlar. Bu səbəbdən savadsız, nadan insanlar küfrə səbəb olan, ifrat və qülüvv sayılan ifadələr dilə gətirməməli, əzadarlar bədənlərinə ciddi xəsarət yetirməməli və camaatın gözündə şiə təriqətinə qarşı ikraha səbəb olan işləri yerinə yetirməməlidir. Belə olduqda düşmənin əlinə bəhanə düşəcək və nəticədə isə onlar özləri məyus olacaqlar (15).
Odur ki, Ayətullah Məkarim Şirazi xurafatçılıq, eləcə də bir sıra ikrah yaradan və şiənin xalis təlimlərinə yad addımlarla təsirli mübarizənin davam etməsi xüsusunda belə buyurur: Əzadarlıqlarda qəmə vurmaqdan çəkinin, çünki bu işlər şiəliyə zərər vurur, İslamdan soyumağa səbəb olur, İslam üçün ağır xərclər yaradır (16). Daha yaxşı olar ki, əzadarlar öz qanlarını qanköçürmə mərkəzlərinə hədiyyə etsinlər və bir müsəlmanın yaşamasına səbəb olsunlar.
“Hər kim bir insanı diriltsə, bütün insanları diriltmiş kimidir” (17), (18).
Vəhdətə təşəbbüs – Aşura əzadarlığında başlıca amil
Ayətullah Məkarim Şirazi aşura əzadarlığının düzgün mədəniyyətində mühüm səciyyə və meyar kimi İslam ümmətinin vəhdətinin qorunması zərurətinə təkid edərək buyurdu: Müsəlmanlar arasına ikitirəlik salan işlərə əl atılmamalıdır (19). İxtilaflar nəticəsində İmam Hüseyn (ə) əzadarlıq mərasimlərinin əzəmətini gözdən salmamalı, düşmənimizi sevindirməməliyik (20). Bu üzdən ikrah və ya müsəlmanlar arasında qarşıdurmaya səbəb olan mövzuları dilə gətirməkdən çəkinmək lazımdır (21).
Dini heyətlərdə məqsədyönlü əzadarlıqların tələbləri
Bir çox İmam Hüseyn (ə) əzadarlıq məclislərinin dini heyətlər nəzdində təşkili hər kəsə məlumdur. Bu cəhətdən həmin heyətləri həzrət Seyyidüş-şühədanın (ə) müsibətləri ilə əlaqədar matəm mərasimlərinin təşkilində xalqın müraciət yeri saymaq olar. Bundan başqa, dini heyətlərin düzgün əzadarlıq mədəniyyətinin tələblərinə riayət etməsi İslam cəmiyyətində bəyənilən və insan formalaşdıran bir əzadarlığın gerçəkləşməsinin zərurətlərindəndir. Buna əsasən, Ayətullah Məkarim Şirazi əzadarlıq mərasimlərinin təşkil olma keyfiyyətinə aydınlıq gətirərkən, dini heyətlərin tələblərinə işarə etdi və buyurdu: Arzuolunan dini heyətlərin ruhaniləri, alimləri olmalı, İslamın “üsulid-din və füruid-din”ini – əsas və ikinci dərəcəli prinsiplərini tədricən onlara izah etməli, ehtiyac duyulan məsələləri xatırlatmalı, İslam əxlaqını öyrətməlidir (22).
Həmçinin dini heyət daxilində Quran qarisi və məddahlar olmalı, Quran və gözəl şeirlər oxumaqla, həqiqəti əks etdirən mərsiyələrlə heyətə kömək etməlidir. Heyət üzvləri də heyətdə olub-olmamasından asılı olmayaraq, möhtaclara yardım mövzusunda lazımi səy göstərməlidirlər (23). Heyətin işinin irəli getməsi, problemlərinin aradan qaldırılması və dəyişiklik yaratmaqdan ötrü bir qrup heyət böyükləri, yaxud heyət xaricində olan təcrübəli insanlarla müşavirə keçirsinlər və lazımi tədbirlər görsünlər. Bütün hallarda hədəfləri heyət üzvlərinin iman və əxlaqını yüksəltmək, İslam və Əhli-beyt (ə) məktəbini yaymaq olmalıdır (24).
Əzadarlığın idarəsində mükəmməl bir proqramın təqdimatının vacibliyi
Ayətullah Məkarim Şirazi məqbul və təsirli əzadarlıq strategiyası planının cızılmasında mükəmməl bir proqramın təqdimatından ötrü Əhli-beyt (ə) xadimləri və usta məddahların hər keçən gün daha da rol oynaması zərurətinə təkid edərək buyurdu: Təcrübəli və usta məddahlar əzadarlıqların idarəsi istiqamətində proqram cızmalıdırlar. Mərcəyi-təqlidlərdən icazə aldıqdan sonra bu vacibin gerçəkləşməsinin şəriət çərçivəsində olması və heyətlərə nəzarətin icra zəmanəti də öz həllini tapır. Bundan başqa tədris kurslarına da ciddi yanaşmaq lazımdır (25).
Son söz
Hazırkı dövrdə Əhli-beyt (ə) əzadarlığı fərqli rəng alıb. Fiqh və ictihadın dərin dəryasından heç bir nəsibi olmayan bəzi şəxslər yanlışlıqla şəriət məsələlərində, xüsusilə əzadarlıq hökmlərində özlərini nəzər sahibi bilir; məlumatı olmayan bir sahədə başqalarını öz gümanlarına dəvət edir və “Ali-Əbanın” beşincisi, şəhidlərin sərvərinin (ə) əzadarlığını İslam şəriətinə qarşı işlərə vəsilə edirlər (26). Şübhəsiz, əzadarlıq ən mühüm müstəhəb əməllərdən biridir, lakin başqalarının haqqına riayət vacibdir. Deməli, elə əzadarlıq etməliyik ki, digərlərinin haqqı zay olmasın (27).
Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
makarem.ir
1-    “Əzadarlığın hökmləri”, səh. 36
2-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 07/10/2015
3-    Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhərinin dini məddah və şairlər mərkəzinin idarə heyəti üzvləri ilə görüşündə, 10/10/2015
4-    Yenə orada
5-    Yenə orada
6-    “Əzadarlığın hökmləri”, səh. 145
7-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 07/10/2015
8-    Yenə orada
9-    “Əzadarlığın hökmləri”, səh. 145
10-    Yenə orada
11-    “Əzadarlığın hökmləri”, səh. 38
12-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 07/10/2015
13-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 07/10/2015
14-    Yenə orada
15-    “Əzadarlığın hökmləri”, səh. 144
16-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 07/10/2015
17-    “Maidə” surəsi, 32-ci ayə
18-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 07/10/2015
19-    “Əzadarlığın hökmləri”, səh. 124
20-    “Əzadarlığın hökmləri”, 146
21-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 07/10/2015
22-    “Əzadarlığın hökmləri”, səh. 38
23-    “Əzadarlığın hökmləri”, səh. 38
24-    “Əzadarlığın hökmləri”, səh. 39
25-    Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhərinin dini məddah və şairlər mərkəzinin idarə heyəti üzvləri ilə görüşündə, 10/10/2015
26-    “Əzadarlığın hökmləri”, səh. 39
27-    “Əzadarlığın hökmləri”, səh. 41

 


Nəşr tarixi: « 2016/10/6 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2263