Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının əxlaqi təlim və elementləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının əxlaqi təlim və elementləri

Dahi insanların ad və xatirəsini yaşatmaq ilhamvericidir və insan ömrünə fədakarlıq ruhu bağışlayır.


Dahi insanların ad və xatirəsini yaşatmaq ilhamvericidir və insan ömrünə fədakarlıq ruhu bağışlayır.
İmam Hüseyn (ə) hərəkatı əhəmiyyət və yüksək mövqeyini nəzərə almaqla, ayrı-ayrı aspektlərdən araşdırıla bilən mövzudur. Lakin həzrət Seyyidüş-şühəda (ə) və dəyərli dostlarının qiyamında yer alan əxlaqi elementlərin dərin gözdən keçirilməsi, cəmiyyətdə islami yaşayış tərzinin inkişafı istiqamətində bu misilsiz təlimlərə müraciət edib onlardan yararlanmaqda bir nümunə kimi nəzərə alına bilər. Bu üzdən Ayətullah Məkarim Şirazinin yüksək görüşlərindən istifadə edərək, Aşura qiyamının ən mühüm əxlaqi təlim və səciyyələrini siz oxuculara təqdim edirik:


Əxlaq anlayışına bir baxış
Əxlaq, insanın ruhi və daxili keyfiyyətlərinin məcmusudur. Bir sıra alimin fikrincə, bəzən insanın daxili xislətlərindən qaynaqlanan əməl və rəftarlara da əxlaq deyilir (1), (2).


Əxlaqa təşəbbüsün bərəkət və müsbət təsirləri
İlk növbədə etiraf etmək lazımdır ki, əxlaq xalq və millətlərin başlıca sərmayəsi, mühüm ictimai problemlərin həlli amilidir. Şübhəsiz, əxlaq sivilizasiyanın əsası, sağlam ictimai həyatın fəqərə sütunları və Allaha doğru yolda insan üçün ən gözəl imkandır. Bu üzdən cəmiyyətlərdə əxlaqi məsələlər öz həllini tapmadıqca, digər məsələlər də həllini tapmayacaq (3).

Quran və İslami hədislərdə “nəfsin saflaşdırılması”, “qəlbin təmizlənməsı” və “əxlaqi səciyyələrin təkmilləşdirilməsi”, İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçilməsinin əsas hədəflərindən biri kimi diqqətə alınması, İslamın başçıları və din böyükləri bərəkətli ömürlərinin önəmli bir hissəsini bu işə sərf etməsi heç kəsdən gizli deyil (4).
Buna görədir ki, İmam Hüseyn (ə) buyurur: Əgər insanın rəftarı bir gün onu kamala çatdıracaqdırsa, bəs onda gözəl əxlaq (bu yolda) daha kamil və gözəldir (5), (6). Yaxud, İmam (ə) özünün bu şüarı ilə düşməni utandıraraq buyurdu: "Əgər dininiz yoxdursa, Allah və qiyamətdən qorxmursunuzsa, heç olmasa, azad şəxslər olun və azadlığın ədəb-ərkanını unutmayın” (7). Əslində İmam Hüseyn (ə) bütün dünyaya xitab edərək belə buyurur: Hətta bir din və təriqətə tabe olmasanız belə, insanlığı, şərafəti və əxlaqi dəyərləri unutmayın!”


Aşura qiyamındakı əxlaqi təlimlərin ən mühümləri
Şəfqət və sevgi
İslamın məhəbbət və şəfqət dini olmasına və əməli təbliğat əsasında düşmənçiliyə sevgi ilə cavab verdiyinə etiraf etmək lazımdır (8). Odur ki, İslamda məhəbbət, sevgi, şəfqət hər bir müsəlmanın vacib vəzifələrindən sayılmışdır və hər kəs bu prinsiplərə riayət etməyə borcludur (9).
Kərbəla hadisəsində də, əxlaqi təlim olan sevgi və şəfqət mehvərdir. Bu üzdən belə bir sual vermək lazımdır ki, tarix boyu milyonlarla insanın hisslərini yalnız savab qazanmaq qəsdi ilə təhrik etmək, onları ağlatmaq mümkündürmü? Doğrusu, əgər ortada eşq olmasa, qəlb məhəbbətlə ləbələb dolmasa, bu vədə, hissləri oyatmağa qadirdirmi? (11), (12).

Deməli, Kərbəla səhnələri belə idi ki, bir az şəfqəti olan insan yanıqlı ağlamaq səslərindən təsirlənirdi (13). Bu isə, duyğusal (emosional) bağlılıq deməkdir (14).
İmam Hüseyn (ə) hərəkatında şəfqət və sevgi təlimlərinin genişliyini təsvir etmək üçün Tasua gününə işarə etmək lazımdır; düşmən o həzrətlə döyüşmək üçün canfəşanlıq edirdi. İmam Hüseyn (ə) qardaşı Abbasa (ə) buyurdu:


يا عَبّاسُ! اِرْكَبْ بِنَفْسِي أَنْتَ ـ يا أَخِي ـ حَتّى تَلْقاهُمْ فَتَقُولَ لَهُمْ: ما لَكُمْ؟ وَ ما بَدالَكُمْ؟ وَ تَسْأَلْهُمْ عَمّا جاءَ بِهِمْ؟


“Abbas, canım sənə qurban, atına min, onlara tərəf sür və soruş ki, fikirləri nədir? Nə baş verir? Soruş ki, onlara təzə nə əmr verilib? (15).
Həmçinin, həzrət Zeynəbin (ə) qardaşı İmam Hüseynə (ə) qarşı sevgisinə işarə etmək olar. O, dəfələrlə belə deyirdi: “Atam-anam sənə fəda olsun, ey Əba Əbdillah!” (16), “Canım sənə qurban!”... (17).

Habelə, İmam Hüseyn (ə) dostları və tərəfdarlarının o həzrətlə təsirli dialoqu eşq və sevgi ilə dolu idi. Nümunə üçün: Hənzələ İmam Hüseynə (ə) cavabında dedi: "Düz buyurursunuz, sizə fəda olum, haqqı məndən daha yaxşı bilir və onun dərkində məndən öndəsiniz!” (18), (19). Aşuranın günortasında Nafe ibn Hilal İmam Hüseynin (ə) yanına gəlib dedi: Ey Əba Əbdillah! Sənə canım fəda! ... Allaha and olsun! Səndən öncə mən qətlə yetirilməliyəm! (20).
Sözsüz ki, İmam Hüseynə (ə) məhəbbət və diqqətin pik nöqtəsini həzrət Əbəlfəzl Abbasda (ə) müşahidə etmək olar. Belə ki, ağası və zamanəsinin imamı qarşısında duranda dəfələrlə demişdi: فِداكَ رُوحُ أَخيكَ يا سَيِّدي!   – Qardaşının canı sənə fəda olsun, ey mənim ağam! (21).
İmamda (ə) sevgi və şəfqətin dərinliyi o dərəcədədir ki, ömrünün son anlarında taqətsizliyinə rəğmən, ailəsinin xeymələrinə hücumun qarşısını alır və buyurur:

“إِنْ لَمْ يَكُنْ لَكُمْ دينٌ...فَكُونُوا أَحْراراً” – “Əgər dininiz yoxdursa, heç olmasa, öz dünyanızda azad olun” (22).


Vəfadarlıq
Qeyd etmək lazımdır ki, Aşura gecəsi İmam Hüseyn (ə) dostlarının o həzrətə olan vəfadarlığı ən yüksək səviyyədə idi. İmam üzünü dostlarına tutub buyurdu: “İndi gecədir, onun qaranlığından minik kimi istifadə edin (və buradan uzaqlaşın) və hər biriniz dostunun və ya bizimkilərdən birinin əlindən tutun. Bu adamlar yalnız mənim canımı istəyirlər. Məni öldürsələr, sizinlə işləri olmayacaq. Siz azadsınız, gedin!” (23). Amma İmamın (ə) silahdaşları hamı bir nəfəsə dedilər: “Allaha and olsun ki, yox! Əsla belə olmaz (biz qalırıq və sənin rəhbərliyinlə şəhid olmağa hazırıq)” (24).

İlk olaraq o həzrətin (vəfalı qardaşı) Abbas ibn Əli (ə) İmam Hüseynə (ə) üzünü tutub dedi: “Nəyə görə səndən əl götürək? Səndən sonra həyatda qalmaq üçünmü? Allah-taala belə bir günü bizlərə nəsib etməsin!” (25).
Ondan sonra isə, Həzrətin şücaətli yavərlərindən olan Səid ibn Abdullah Hənəfi ayağa qalxıb öz vəfadarlığını belə elan etdi:
“Allaha and olsun! Heç vaxt səni tənha qoymayacağıq, qoy, Allah buna şahid olsun ki, biz o həzrətin aramızda olmadığı bir dövrdə belə, Peyğəmbərin (s) xüsusi ehtiramını sənin haqqında yerinə yetirdik. Allaha and olsun! Əgər sənin yolunda öldürüləcəyimi və bir daha dirilərək odda yandırılacağımı, kül olub göyə sovrulacağımı bilsəm və bu iş yetmiş dəfə təkrar olunsa belə, yenə də səndən ayrılmayacaq, sənin yolunda can verəcəyəm!” (26).

Onun ardınca İmam Hüseynin (ə) digər səhabələri də qəhrəmancasına öz vəfadarlıqlarını bənzər cümlələrlə bəyan etdilər. Təbii ki, İmam (ə) bütün bu vəfadarlıqlardan, ən yaxşı yolu və taleyi seçməkdə göstərilən cəsarətdən ötrü şad oldu (27).
Doğrusu, Aşura gecəsi hadisələrinə bənzər ikinci bir hadisə tapmaq olarmı, belə ki, İmamın (ə) yavərləri kimi sabahkı gecəyə qədər şəhid olacaqlarını yəqin bildiklərinə rəğmən, iftixarla, eşqlə öz vəfadarlıqlarını elan etsin və bir can deyil, hətta min canları olsa belə, yenə də onu fəda etməyə hazır olduqlarını bildirsinlər?! (28)


Təşəkkür və minnətdarlıq
Heç şübhəsiz, təşəkkür etmək insan cəmiyyətində məhəbbət bağları və köklərinin möhkəmlənməsinə səbəb olur (29). İnsan ruhunda təşəkkür hissi inkişaf etdiyi zaman Yaradana şükürdən məxluqa təşəkkürə çatır və məxluqatın xidməti, zəhməti müqabilində təşəkkür və minnətdarlıqlar insan cəmiyyətində hərəkətliliyin artmasına, ayrı-ayrı şəxslərin istedadlarının üzə çıxmasına zəmin yaradır (30). İddiamıza ən kamil nümunə Aşura gecəsidir; İmam Hüseyn (ə) bütün dostlarına, tərəfdarlarına minnətdarlığını bildirdi və buyurdu:


“إِنِّي لا أَعْلَمُ أَصْحاباً أَصَحَّ مِنْكُمْ وَ لا أَعْدَلَ وَ لا أَفْضَلَ أَهْلَ بَيْتٍ، فَجَزاكُمُ اللَّهُ عَنِّي خَيْراً”


“Mən sizdən daha sağlam və daha ədalətli səhabə tanımıram. Öz ailəmdən daha üstün bir ailə tanımıram. Allah sizə gözəl mükafatlar versin!” (31).


Həmçinin, İmam (ə) onların hər birinə dua etdi, hər birinin ayrı-ayrılıqda uca məqamını onlara göstərdi (32).


Fədakarlıq
Fədakarlıq, ən üstün əxlaqi səciyyə olaraq, Allah dostlarının həyatında ən üstün səviyyədə gözə dəyir (33). Odur ki, “Ərbəin” ziyarətnaməsində (34) oxuyuruq: “وَبَذَلَ مُهْجَتَهُ فيكَ”; “İmam Hüseyn (ə) qəlbinin qanını Sənin yolunda verdi (və son dərəcə fədakarlıq göstərdi) (35).

Habelə, o həzrətin (ə) vəfalı səhabələri də Aşura hərəkatında fədakarlığın ən mükəmməl təzahürü kimi nəzərə alınmalıdır, hansılar ki, həyatda olduqları müddətcə, İmamın (ə) xanədanına kimsənin yaxınlaşmasına imkan vermədilər. İmam Hüseynin (ə) səhabələri Aşura gecəsi Həbib ibn Məzahirin, “Səhər açılsa, nə edəcəksiniz?” – sualına cavab olaraq belə dedilər: “Biz meydana Bəni-Haşimdən öncə gedəcəyik. Nə qədər ki, bizlərdən birinin damarında qan axır, hətta onlardan bir nəfərin belə ölməsinə icazə verməməliyik. Məbadə, camaat “Onlar öz ağalarını qabağa atdılar, canlarını onlardan əsirgədilər” – desin!” (36).
Dünya tarixi belə bir fədakarlıq xatırlayırmı? Hansı cəmiyyətdə öz rəhbərinə qarşı belə bir ixlas, fədakarlıq, mənəviyyat və imanla qarışmış şücaət görünmüşdür? (37). Bəli, fədakarlığın ən maraqlı səhnəsi elə budur! (38).


Son söz
Şübhəsiz ki, bu böyük şəxsiyyətlərin adlarının yaşadılması, xatirələrinin dirçəldilməsi ilhamverici olmuş və insanların həyatına istiqamət vermiş, fədakarlıq ruhiyyəsini canlandırmış, insanları ağır hadisə və çətinliklər müqabilində müqavimətli etmişdir. Ümumiyyətlə, əməlisaleh insanların yad olunması, onların əxlaqi üstünlük və mübarizə ruhiyyəsinin bəyan edilməsi (39) insana təqva və əxlaq dərsi aşılayır (40). Belə ki, nəticə etibarı ilə İmam Hüseyn (ə) hərəkatında yer alan ən effektiv özünütərbiyə, nəfsi saflaşdırma və rəftar tərbiyəsi bazalarından yararlanmaqla, hər bir millətin, xüsusilə də, müsəlmanların onlardan nümunə götürməsinə, Allah dininin dirçəldilməsi, İslam ümmətinin oyanışı, şəhidliksevərlik və fədakarlıq ruhunun gücləndirilməsi (42), şərafətli həyat, əzəmətli və izzətli ölüm planının cızılması xüsusunda (43) onlara iqtida etməsinə səbəb olur (44).


Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1-    “Quranda əxlaq”, c. 1, səh. 24
2-    “Müqayisəli fiqh ensiklopediyası”, c. 2, səh. 359
3-    “Nəhcül-bəlağədə İslam əxlaqı” (“Müttəqin xütbəsi), c. 1, səh. 7
4-    “Nəhcül-bəlağədə İslam əxlaqı” (“Müttəqin xütbəsi), c. 1, səh. 7
5-    “Kəşful-ğummə”, c. 2, səh. 28
6-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 363
7-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 522
8-    “Hidayət çırağı”, səh. 147
9-    “Əxlaq işığında həyat”, səh. 166
10-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 68
11-    Ətraflı məlumat üçün müraciət edilsin: “Hüseyn (ə) qəhrəmanlığı”, Ustad şəhid Mürtəza Mütəhhəri, c. 1 və 2-ci fəsil, “Təhrif amilləri” mövzusu.
12-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 69
13-    “Əzadarlığın hökmləri”, səh. 24
14-    “Əzadarlığın hökmləri”, səh. 31
15-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 389
16-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 402
17-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 402
18-    “Məqtəlul-Huseyn”, Xarəzmi, c. 2, səh. 24; “Biharul-ənvar”, c. 45, səh. 23; “Məqtəlul-Huseyn”, Müqərrəm, səh. 251; “Məvsuətul-imamil-Huseyn (ə)”, səh. 45
19-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 465
20-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 472
21-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 493
22-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 521
23-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 392
24-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 393
25-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 396
26-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 398
27-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 397
28-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 398
29-    “Quranda əxlaq”, c. 3, səh. 59
30-    “Quranda əxlaq”, c. 3, səh. 83
31-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 392
32-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 393
33-    “Quranda əxlaq”, c. 1, səh. 87
34-     “Ərbəin” ziyarəti təkcə İmam Hüseyn (ə) barədə gəlmişdir, yəni digər məsum imamlar barəsində belə bir ziyarətnamə yoxdur. Bu ziyarətnamə məşhur ziyarətnamələrdəndir və onu nəql edən mərhum Şeyx Tusidir. Hədisin əvvəl və axırından məlum olur ki, onu uzaq və yaxın məsafədən oxumaq olar. Bəlkə də, məqsəd ziyarətnamənin uzaqdan və yaxından oxunmasının mümkünlüyüdür. Şeyx Tusinin “Təhzibul-əhkam” (c. 6, səh. 52, hədis 37) kitabına istinadən, bu ziyarətnamə İmam Həsən Əsgəri (ə) tərəfindəndir.
35-    “İmam Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 73
36-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 405
37-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 408
38-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 408
39-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 49
40-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 75
41-    Yenə orada
42-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 655
43-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 475
44-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 49

 


Nəşr tarixi: « 2016/10/7 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2340