Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

İslam ölkələrinin rəhbərləri bilməlidirlər ki, xarici qüvvələrə və əcnəbilərə güvənmək dövrü arxada qalıb. Onlar öz xalqlarına güvənməli, onlara xidmət etməli və başa düşməlidirlər ki, əcnəbilər onları xilas edə bilməzlər.

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi bu gün Qum şəhərində Məscidi-əzəmdə fiqh-xaric dərsinin əvvəlində əxlaqi mövzuda və təbliğatçı ruhanilərin vəzifələri ilə bağlı söhbətindən sonra günün siyasi hadisələrini, Livan və Tunisdə baş verən son hadisələri təhlil etdi.
O, Tunisdə və Livanda baş verənlərin hamı üçün ciddi mesaj olduğunu vurğulayaraq dedi:
Tunisdə İran İslam İnqilabına bir çox cəhətlərdən bənzəyən bir inqilab baş vermişdir. Bu ölkədə dövlət başında bir qrup insan var idi ki, əcnəbilərə söykənir və xalqa əhəmiyyət vermirdilər. Xalq da ayağa qalxdı və onları ölkədən qovdu.
Həzrət ustad Tunisdə yaranan İslam hərəkatının bəzi İslam ölkələrinin rəhbərləri üçün ciddi mesajlar daşıdığını vurğulayaraq təkid etdi: İslam ölkələrinin rəhbərləri bilməlidirlər ki, xarici qüvvələrə və əcnəbilərə güvənmək dövrü arxada qalmışdır. Onlar öz xalqlarına güvənməli, onlara xidmət etməli və başa düşməlidirlər ki, əcnəbilər onları xilas edə bilməzlər.
O, sözlərinin davamında dedi: Hal-hazırda Tunisin vəzifədən kənarlaşdırılmış prezidenti Ərəbistana qaçmışdır. Tunis xalqı onun bu ölkədən çıxarılmasını tələb edir. Başqa yerdə onun qəbul ediləcəyi isə məlum deyil.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi sözlərinin davamında Livanda baş verən son hadisələrdən və bu ölkənin baş nazirinin süqutundan söz açaraq dedi: Amerika və sionist rejimi müxtəlif cəbhələrdə neçə-neçə məğlubiyyətlərlə üzləşiblər. Bir tərəfdən İsrail Livan Hizbullahından ciddi zərbələr aldı, vücudu titrədi. Digər tərəfdən də Amerika İraqda və Əfqanıstanda məğlub oldu. Buna görə də hazırda özlərinin və sionist rejiminin məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Livanda böhran yaratmaq fikrinə düşüblər. Onlar bu ölkənin daxili vəziyyətini böhran və çətinliklərlə üzbəüz qoymaq istəyirlər. 
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın sözlərinə işarə edərək dedi:
Seyid Həsən Nəsrullahın müraciətindən həzz aldım. O, dəfələrlə təkid etmişdir ki, biz xaricilərə, əcnəbilərə deyil öz xalqımıza arxalanırıq və vətəndaş müharibəsinin əleyhinəyik.
Ali məqamlı ustad Mərkəzi Asiyada böhran yaratmağı sionist rejiminin və Amerikanın əsas hədəfi hesab etdiyini bildirdi və düşmənlərin şeytançılıqlarının müqabilində ayıq-sayıqlığın zəruriliyinə təkid edərək dedi: Onlar regionda böhran yaratmağa nail olsalar, böhranın miqyası hər yeri bürüyəcək.
O, bu hadisənin iranlılar üçün də mesaj daşıdığını hesab edərək dedi: İslam nizamının tərəfdarları birləşərək ehtimal verilən tufanların qarşısında vəhdət və həmrəyliklərini qorumalıdırlar. 
Həzrət ustad qanuna tabe olmağı həmrəylik üçün ən yaxşı yol hesab edərək təkid etdi: Mən müəyyən bir şəxsi nəzərimdə tutmamışam. Amma kimlərsə özlərini qanunun fövqündə bilsələr və müstəsna olduqlarını düşünsələr, bu məsələ ixtilafa səbəb olur. Hamı vəhdət istiqamətində qanuna tabe olmalı və qanun çərçivəsində nəticə əldə etmədikdə rəhbərə müraciət etməlidir.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi sözlərinin davamında buyurdu: Əgər qanun pozuntusuna yol vermək yuxarı vəzifəli şəxslər arasında adi hala çevrilsə, hamı onlardan öyrənəcək, bununla da ixtilaf və hərc-mərclik həddini aşacaq. Ümidvarıq ki, qulaqlarımız dinləmək qabiliyyətinə malik olsun, dünyanın şərqindən və qərbindən çatan xəbərdarlıqları eşidək.
O, təkid etdi: Müsəlmanlar ayıq-sayıq olmalı, əcnəbiləri dəf edərək öz xalqlarına etibar etməlidirlər.
Ali məqamlı ustad sözlərinin digər hissəsində İmam Hüseynin (ə) ərbəini münasibəti ilə başsağlığı verərək təbliğatçı ruhanilərin vəzifələrindən söz açdı və İslamın böyük peyğəmbərindən (s) bir hədisi xatırladaraq təkid etdi: Həzrət Məhəmməd (s) bir hədisdə buyurur: "Gedin insanlara bəşarət verin, onlara qarşı sərt olmayın və cəmiyyətin yol göstərən çırağı olun."
O, təkid etdi: Təbliğ etmək şərəfinə nail olanlar mühüm bir məsələyə diqqət yetirməlidirlər ki, o da dinin və İslamın cəlb edici xüsusiyyətlərini bəyan etməkdir.
 Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi vəhhabilərin və qərbin İslamı sərt şəkildə tanıtdırmaq istədiklərini vurğulayaraq dedi: Vəhhabilər öz ifratçı hərəkətləri ilə və günahsız insanların qanını tökməklə İslamı sərt və kobud formada təqdim edirlər.
O, İslam "qorxusu"nu qərbin ən başlıca fitnələrindən hesab etdiyini bildirdi: Qərblilər İslamın tərəqqisindən qorxaraq bu müqəddəs dini kobud qələmə verir, müxtəlif dövrlərdə müxtəlif fitnələrə o cümlədən peyğəmbərin (ə) karikaturasını çəkməyə əl atmışlar. 
Ali məqamlı ustad bəyan etdi: Biz düşmənlərin fitnə-fəsadları müqabilində İslam dininin cəlbedici çöhrəsini nümayiş etməli və sübut etməliyik ki, İslam məhəbbət və rəhmət dinidir. Peyğəmbər (s) "rəhmətun lil-aləmin"dir (aləmlər üçün rəhmət). İslam dini də vəhhabilərin təqdim etdikləri kimi deyil.

Ustad nəzakətli davranışı, təvazökarlığı və gənc nəsillə əlaqə yaratmağı təbliğatçı ruhanilər üçün zəruri hesab edərək dedi: Münasib davranış xalq kütlələrini və cavanları dinə tərəf cəlb edir və biz bu məsələ ilə bağlı son dərəcə diqqətli olmalıyıq.

Nəşr tarixi: « 2011/1/20 »
 Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

Ayətullah əl-üzma Məkarim Şirazinin “Məscidul-Əqsa” faciəsi ilə bağlı bəyanatı

Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisinin mətbuat xidməti tərəfindən yayımlandı:

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

 Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisi tərəfindən bildirildi:

Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 8492