Ali məqamlı ustadın qeyrətli Misir xalqına və “əl-Əzhər” universitetinin alimlərinə MÜRACİƏTİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası tərəfindən verilən məlumata görə:

Ali məqamlı ustadın qeyrətli Misir xalqına və “əl-Əzhər” universitetinin alimlərinə MÜRACİƏTİ

Ədalət, məntiqi azadlıq, yoxsulluqla mübarizə və yadellilərin müsəlmanların müqəddəratına müdaxilə etməməsi İslamın və Qurani-kərimin əsas və danılmaz prinsiplərindəndir.

Bismillahir-Rəhmanir-Rəhim
Özümün ən xüsusi salam və təbriklərimi sizə – qeyrətli Misir xalqına təqdim edirəm. Şübhəsiz, sizin ölkə elm, mədəniyyət və bilik baxımından parlaq keçmişə malikdir. Belə ki, onu “mədəniyyət beşiyi” adlandırmışlar. İslam zühur etdikdən sonra bu ölkə ən mühüm İslam mərkəzlərindən olmuşdur və hal-hazırda da olmaqdadır. Qərbdən asılı və qəsbkar İsraillə əlbir olan diktator rejiminin əleyhinə şücaətli, cəsarətli və atəşin qiyamınız sizin ictimai-siyasi və dini yetkinliyinizə dair digər bir əlamətdir.
Söz yox ki, sabiq irticaçı diktatorluğun dövranı arxada qalıb və diktatorların yenidən hakimiyyətə qayıdışına heç bir yol qalmamışdır. Bizim İslam İnqilabından əldə etdiyimiz təcrübələr budur ki, sürətli tərəqqinin və böyük maneələrə qələbə çalmağın əsas iki amili vardır: Birincisi, sarsılmaz müqavimətlə yanaşı xalq kütlələri arasında vəhdət tellərini qoruyub saxlamaq, sonra isə vahid rəhbərdir. Çünki düşmən öz mənafeyini qoruyub saxlamaq üçün hər şeydən öncə bu iki amili nişan alır və onların bütün ümidləri inqilabçılar arasında ixtilaf yaratmaqdır. Yaxşı olar ki, dini və İslami etiqadlardan vəhdətə nail olmaq üçün kömək alasınız.
Şübhəsiz, Misirdə mövcud olan digər dinlər müştərək dini etiqadları ilə sizinlə həmrəy ola bilərlər. Necə ki, İnqilab dövrlərində bizimlə həmrəy olaraq səsimizə səs verdilər. Hətta səkkiz illik məcburi müharibədə müsəlman şəhidləri ilə yanaşı xeyli sayda xristian şəhidlərinin şahidi olmuşuq. Hazırda da düşmənlərimizin zəhərli təbliğatlarına rəğmən bizimlə çiyin-çiyinə və tam azadlıq şəraitində yaşayırlar. 
Biz ümidvarıq ki, İslam elmlərinin böyük elm ocağı olan şərif “əl-Əzhər” universitetinin alimləri Misirin qeyrətli və inqilabçı xalqı ilə daha geniş və dərin həmrəylik göstərəcəklər. Çünki bu gün Misir xalqının istəkləri İslamın son dərəcə təkid etdiyi prinsiplərdir; ədalət, məntiqi və qanuni azadlıq, yoxsulluğun kökünün kəsilməsi və yadellilərin müsəlmanların müqəddəratına müdaxilə etməməsi İslamın və Qurani-kərimin əsas və danılmaz prinsiplərindəndir.
Bütün bu deyilənlər siz əzizlərin qələbəsinə ümidvar, müştaq və istəklərinizə şərik olan bir qardaşınız tərəfindən şəfqətli tövsiyələrdir. Biz daim sizin qəti və sürətli qələbənizi böyük Allahdan acizanə diləyirik və əziz Misir xalqına İlahi imdadların yetişəcəyinə ümidvarıq. "Qələbə yalnız yenilməz qüdrət sahibi və hikmətli Allah tərəfindəndir."

29 Səfər 1432 hicri-qəməri
Nasir Məkarim Şirazi


Nəşr tarixi: « 2011/2/4 »
 Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

Ayətullah əl-üzma Məkarim Şirazinin “Məscidul-Əqsa” faciəsi ilə bağlı bəyanatı

Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisinin mətbuat xidməti tərəfindən yayımlandı:

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

 Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisi tərəfindən bildirildi:

Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 5408