Təkfirçi cərəyanlar İslamı dünyada bədnam edir

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazi “Təkfirçi cərəyanların İslam dini üçün təhlükəsi” adlı konfransın katibliyinin açılış mərasimində:

Təkfirçi cərəyanlar İslamı dünyada bədnam edir

Biz sübut etməliyik ki, bu qruplaşma müsəlmanların içində azlıq təşkil edir. Müsəlmanların əksəriyyəti onlarla əks mövqedədirlər. Onların qeyri-məntiqi addımlarının dini təlimlərlə heç bir əlaqəsi yoxdur.

 

Ayətullah Məkarim Şirazi Qum şəhərində İmam Səccad (əleyhis-salam)  mədrəsəsində keçirilən “Təkfirçi cərəyanların İslam, müsəlmanlar və bəşəriyyət dünyası üçün təhlükələri və ondan çıxış yolları” adlı beynəlxalq konfransin katibliyinin açılış mərasimində bu konfransın gələcək planlarına aydınlıq gətirərək alimlərin, din xadimlərinin və müxtəlif müsəlman məzhəblərinə mənsub olan görkəmli şəxsiyyətlərin bu mərasimdə iştirakına görə minnətdarlığını bildirdi.
O, əsl konfransın gələn il keçiriləcəyini xatırladaraq dedi: Bu gün bütün İslam məzhəbləri təkfirçi cərəyanların təhlükəsini başa düşür. Bu təhlükəli cərəyanın qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir.
Şirazi cənabları heç bir cərəyanın İslam  və müsəlmanlara tarix boyu təkfirçi cərəyanlar qədər zərbə vurmadığını bəyan edərək dedi: İslam ölkələrində alovlanan müharibənin böyük hissəsini bu təkfirçi cərəyanların fəaliyyətləri təşkil edir.
 Mərcəyi-təqlid düşmənlərin bizi bir-birimizin canına saldıqlarına və özləri kənardan tamaşa etdiklərinə toxunaraq xatırlatdı: Bir vaxtlar düşmənlərimiz öz əsgərlərini döyüş meydanına və İslam ölkələrinə göndərirdilər. Bu gün isə təkfirçi cərəyanları silahlandırmaqla müsəlmanları bir-birinin canına salır, özləri isə bir kənarda müsəlmanların çəkişməsinə tamaşa edirlər.
Məkarim Şirazi hamının bu cərəyanların İslam və müsəlmanla vəd etdiyi təhlükəni dərk etdiyini xatırladaraq bu cərəyanların qarşısında sükut etməyi məqsədə uyğun saymadı: Bu cərəyanlarla mübarizə aparmaq üçün əsaslı tədbirlər tökmək lazımdır.
O, əlavə etdi: Bu cərəyanlar təkcə müsəlmanlara zərbə vurmur, sülh və mehribanlıq dini olan İslam dininə də zərbə vurur və İslamın simasını dünyada bədnam edir.
Mərcəyi-təqlid bu cərəyanların İslamla mübarizəyə başladıqlarına təkid edərək dedi: Biz sübut etməliyik ki, bu qrup müsəlmanların içində azlıq təşkil edir. Müsəlmanların əksəriyyəti onlarla müxalifdirlər. Onların qeyri-məntiqi addımlarının dini təlimlərlə heç bir əlaqəsi yoxdur.
O, izhar etdi: Biz bu cərəyanlar müqabilində sükut etməməliyik: dünyanı başa salmalıyıq ki, onlar İslam təlimlərinə tabe olmurlar.
Mərcəyi-təqlid bu qrupun Quran ayələrini yanlış anladıqlarına toxunaraq təkfirçi cərəyanları müsəlmanların arasında Quran və hədis sahəsində ən savadsız kəsim adlandıraraq xatırlatdı: Onlar həqiqi təlim görsələr, belə əməllərdən əl çəkərlər.
Ayətullah Məkarim Şirazi cənabları İslam məzhəblərinin bir-birini tanımamaqlarını problem adlandıraraq dedi: Təkfirçi cərəyanların Quran ayələrindən seçimli anlaşıyları onların İslam və müsəlmanları bədnamlığa aparan işlər görməsinə yol açır.
O, xatırlatdı: Qərbli casus təşkilatlarının, informasiya agentliklərinin və onların fəaliyyətləri vasitəsilə gerçəkləşən proqramların bu cərəyanlara önəmli təsiri var. Hal-hazırda neçə-neçə ölkələr təkfirçi qruplaşmaları pul və silahla təmin edir.
Mərcəyi-təqlid nitqinin sonunda dedi: Ümidvarıq ki, bu konfrans gələn il İslam dünyasının müxtəlif mütəfəkkir alimlərinin fikirlərini öyrənmək üçün uğurlu başlanğıc olsun.


Nəşr tarixi: « 2013/10/6 »
 Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

Ayətullah əl-üzma Məkarim Şirazinin “Məscidul-Əqsa” faciəsi ilə bağlı bəyanatı

Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisinin mətbuat xidməti tərəfindən yayımlandı:

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

 Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisi tərəfindən bildirildi:

Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 3171