Əhli-sünnə alimlərinin İmam Rzanın (ə) şəxsiyyəti barəsində söylədikləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Günün sitatı

Əhli-sünnə alimlərinin İmam Rzanın (ə) şəxsiyyəti barəsində söylədikləri

Əhli-sünnə alimləri İmam Rzanın (ə) şəxsiyyəti ilə bağlı nələr söyləmişlər?


 Bu qısa məqalə İbn Həcər Hiytəmi, Səmhudi, İbn Həcər Əsqəlani, Zəhəbi, Xəyruddin Zirkuli, Şeyx Adullah Şəbravi Şafei kimi əhli-sünnə alimlərinin İmam Rza (ə) haqqında yazdıqlarını əks etdirir.

Əhli-sünnə alimlərindən İmam Rzanın (ə) şəxsiyyətinə dair çoxlu fəzilət və yüksək insani keyfiyyətlər nəql olunmuşdur; biz onlardan bəzilərinə işarə edirik:


1. İbn Həcər Hiytəmi

 

وکان اولاد موسى بن جعفر حین وفاته سبعه وثلاثین ذکراً وانثى، منهم علىّ الرضا وهو انبههم ذکراً واجلّهم قدراً

 

"Musa ibn Cəfər vəfat edərkən 37 övladı var idi, onların arasında xalqın diqqətini özünə çəkən və ən fəzilətlisi  Əli Rza idi". (1)


2. Səmhudi


على الرضا بن موسى الکاظم، کان اوحد زمانه، جلیل القدر، اسلم على یده ابومحفوظ معروف الکرخى.


"Musa Kazımın oğlu Əli Rza öz zəmanəsində böyük şəxsiyyət və fəzilət sahibi olan bir şəxs idi. Məruf Kərxi (o dövrün böyük arifi) onun sayəsində islam dinini qəbul etdi". (2)


3. İbn Həcər Əsqəlani


کان الرضا من اهل العلم والفضل مع شرف النسب.


"Rza şərif bir nəsildən olan elm və fəzilət sahibi idi". (3)


4. Zəhəbi


الامام السید ابوالحسن الرضا... وکان من اهل العلم والدین والسودد بمکان.


"İmam Əbülhəsən ər-Rza... elm, din və şəxsiyyət baxımından ali mərtəbəyə sahib bir şəxs idi". (4)


Həmçinin yazır:


وقد کان على الرضا کبیر الشان، اهلا للخلافه.


"Əli Rza nəcabətli və xəlifə olmağa layiq bir şəxs idi". (5)


5. Xeyruddin Zirkuli


على بن موسى الکاظم بن جعفر الصادق، ابوالحسن الملقب بالرضا، ثامن الائمه الاثنى عشر عند الامامیه ومن اجلاء الساده اهل البیت وفضلائهم....


"Rza ləqəbli Əbülhəsən ibn Musa Kazım ibn Cəfər Sadiq imamiyyə (şiə) məzhəbinə mənsub olanların 8-ci imamıdır. O, Əhli-beytin böyüklərindən və onların fəzilət sahiblərindəndir". (6)


6. Şeyx Adullah Şəbravi Şafei


على الرضا ـ (رضی الله عنه) ـ کانت مناقبه علیّه وصفاته سنیّه... وکراماته اکثر من ان تحصى واشهر من ان تذکر.


"Əli Rza (Allah ondan razı olsun) üstün nəcabət və dəyərli xüsusiyyətlərə malik idi... Onun saysız-hesabsız kəramətləri o qədər məşhurdur ki, xatırlatmaga ehtiyac duyulmur". (7)


7. Abdullah ibn Əsəd Yafei


الامام الجلیل المعظم، سلاله الساده الاکارم، ابوالحسن على بن موسى الکاظم بن جعفر الصادق بن محمّد الباقر(علیهم السلام)... احد الائمه الاثنى عشر، اولى المناقب الذین انتسبت الامامیه الیهم وقصّروا بناء مذهبهم علیهم.


"Tanınmış, görkəmli imam, seyidlərin kəramətli sülaləsi, Əbülhəsən Əli ibn Musa Kazım ibn Cəfər Sadiq ibn Məhəmməd Baqir (salam olsun onlara!)... fəzilət sahibi və imamiyyə məzhəbinin mənsub olduğu və təriqətin əsası kəlamları ilə qoyulan 12 imamdan biridir". (9)


8. Əhməd ibn Yusif Əbülabbas Qurmani
O, İmam Rza (ə) barəsində demişdir:


و کانت مناقبه علیّه وصفاته سنیّه، وکراماته کثیره ومناقبه شهیره، وکان قلیل النوم، کثیر الصوم. وکان جلوسه فی الصیف على حصیر وفی الشتاء على جلد شاه.


"O, ali və məşhur fəzilətlərə, tərifəlayiq xüsusiyyətlərə və yüksək insani keyfiyyətlərə, saysız kəramətlərə sahib idi. Gecələr çox az yatar və günlərin çoxunu oruc tutardı. Yay fəslində həsir, qışda isə qoyun dərisi üzərində əyləşərdi. (10)


9. Yusif ibn İsmail Nohbani

 

على الرضا بن موسى الکاظم بن جعفر الصادق، احد اکابر الائمه ومصابیح الامه من اهل بیت النبوه ومعادن العلم والعرفان والکرم والفتوه، کان عظیم القدر، مشهور الذکر، وله کرامات کثیره منها انّه قال لرجل صحیح سلیم: استعدّ لما لابدّ منه، فمات بعد ثلاثه ایّام.

 

"Əli Rza ibn Musa Kazım ibn Cəfər Sadiq (ə) Peyğəmbər (s) ailəsinin böyük imamlarından və ümmətin (işıq saçan) məşəllərindən biri idi. Onlar elm, irfan, kərəm və mərdlik mənbəyi idilər. O, məşhur və saysız kəramətlər sahibi idi. Məsələn, nəql edirlər ki, bir sağlam kişiyə "Çarəsi olmayan bir şeyə hazır ol!" – söylədi və üç gündən sonra həmin kişi dünyasını dəyişdi". (11)


10. İbn Əbilhədid Mötəzili
O yazır:

 

و من رجالنا موسى بن جعفر بن محمّد وهو العبد الصالح، جمع من الفقه والدین والنسک والحلم والصبر. وابنه على بن موسى المرشّح للخلافه والمخطوب له بالعهد. کان اعلم الناس واسخى الناس واکرم الناس اخلاقاً.

 

"Bizim tanınmış şəxslərimizdən biri, "saleh bəndə" ləqəbiylə məşhur olan Musa ibn Cəfər ibn Məhəmməd fiqhi, dini, saleh əməli, helmi və səbri özündə toplamışdır. Onun oğlu Əli ibn Musa canişinlik və xilafətə daha layiqli biridir. O, ən elmli, ən səxavətli və insanlar arasında üstün əxlaqa sahib olan ən hörmətli insan idi". (12)


11. Məhəmməd Əmin Suvəydi

 

کانت اخلاقه علیّه وصفاته سنیّه... کراماته کثیره ومناقبه شهیره لا یسعها مثل هذا الموضع.

 

"Əxlaqı üstün, xüsusiyyət və insani keyfiyyətləri bu kitaba sığmayacaq qədər tərifəlayiq idi... onun kəramətləri saysız və fəzilətləri məşhurdur”. (13)


12. Məhəmməd ibn Vuhəyb

 

و کراماته کثیره ـ (رضی الله عنه) ـ اذ هو فرید زمانه.

"Onun kəramətləri çox idi – (Allah ondan razı olsun) – buna görə də, o, öz zəmanəsinin yeganə şəxsiyyəti hesab olunurdu". (14)

 


1. "Əs-Səvaiqul-muhriqə", səh. 122.
2. "Cəvahirul-əqdeyn", səh. 353.
3. "Təhzibut-təhzib".
4. "Siyəru-əlamin-nubəla", c. 9, səh. 387-388.
5. "Siyəru-əlamin-nubəla", c. 9, səh. 392.
6. "Əl-Əlam", c. 5, səh. 26.
7. "Camiu-kəramatil-əvliya", c. 2, səh. 312.
8. "Miratul-cinan", c. 2, səh. 11.
9. "Əxbarud-duvəl", səh. 114.
10. "Camiu-kəramatil-əvliya", səh. 311.
11. "Şərhi-Nəhcül-bəlağə", c. 15, səh. 278.
12. "Səbaikuz-zəhəb", səh. 75.
13. "Cəvhərətul-kəlam", səh. 143.
14. Əliəsğər Rizvani, "Əhli-beyt əhli-sünnə nəzərində" kitabından seçmələr, səh. 138, müqəddəs Cəmkəran məscidi, Qum şəhəri, 1385. h.ş.

 

 


Nəşr tarixi: « 2018/7/26 »
Mələkut sözünün anlamı

Günün sitatı

Mələkut sözünün anlamı

 Cəhalətlə küfrün əlaqəsi

Günün sitatı

Cəhalətlə küfrün əlaqəsi

 Quranda bərzəx

Günün sitatı

Quranda bərzəx

 İslam əxlaqında örnəyin rolu

Günün sitatı

İslam əxlaqında örnəyin rolu

Ayətullah Məkarim Şirazinin Əhvaz şəhərində baş vermiş terror aktına münasibəti

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:

Ayətullah Məkarim Şirazinin Əhvaz şəhərində baş vermiş terror aktına münasibəti

Mələkut sözünün anlamı

Günün sitatı

Mələkut sözünün anlamı

Mələkut sözünün anlamı

Günün sitatı

Mələkut sözünün anlamı

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 566