Orucun hökmləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Orucun hökmləri

İslamda orucun hökmləri nədir?

 


 İslamda orucun hökmləri nədir?

Bu sualın cavabı "Bəqərə" surəsinin 183-185-ci ayələrində bəyan edilmişdir. Allah-taala mühüm olan ibadətlərdən biri barəsində danışır və təkidli şəkildə buyurur:


«یا اَیُّهَا الَّذینَ آمَنُوا کُتِبَ عَلَیْکُمُ الصِّیامُ کَما کُتِبَ عَلَى الَّذینَ مِنْ قَبْلِکُم»


“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi.”


Fasiləsiz olaraq insanı yetişdirən və tərbiyə edən bu ibadətin hikməti barəsində qısa cümlə ilə və çox mənalı şəkildə belə bəyan edir:


«لَعَلَّکُمْ تَتَّقُون»


“Ola bilsin ki, siz pis əməllərdən çəkinəsiniz!”


Bəli, oruc insan ruhunun tərbiyə edilməsi və günahdan çəkinməsi üçün olduqca təsirlidir.


Bu ibadət bəzi maddi ləzzətlərin məhrumiyyəti və problemlərlə – xüsusilə yay fəslində – yerinə yetirildiyindən, ayədə insan ruhunu bu hökmün qəbul edilməsi üçün hazırlayan müxtəlif ifadələr bəyan edilmişdir. İlk olaraq belə buyurulur:


«یا اَیُّهَا الَّذِیْنَ آمَنُوا»


“Ey iman gətirənlər!”


Daha sonra isə orucun təkcə bu ümmətə deyil, öncəki ümmətlərə də vacib edilməsi məsələsinə toxunulur.
Sonda isə bu ilahi vacibatın hikməti bəyan edilir və onun səmərə və xeyrinin yüz faiz onlara aid olacağı bildirilərək onu sevimli və xeyirli bir mövzuya çevirir.


İmam Sadiqdən (ə) olan bir hədisdə belə nəql edilir:


«لَذَّهُ ما فِى النِّداءِ اَزالَ تَعَبَ الْعِبادَهِ وَ الْعَناءِ!»؛ (لذت خطاب «یا اَیُّهَا الَّذِیْنَ آمَنُوا»


“”Ey iman gətirənlər!” cümləsi ilə xitab edilmək o qədər ləzzətlidir ki, o, ibadətin çətinliyini aradan qaldırır.” (1)


Növbəti ayədə orucun çətinliyini azaltmaq üçün Allah-taala ilk olaraq belə əmr verir:


«اَیّاماً مَعْدُودات»


“Sayı müəyyən olan az bir gün oruc tutun!”


Yəni, biz ilin bütün günlərini, yaxud əksər vaxtlarını oruc tutmağa məcbur deyilik. Oruc həqiqətdə, ilin kiçik bir hissəsinə şamildir.

 


«فَمَنْ کانَ مِنْکُمْ مَریضاً اَوْ عَلى سَفَر فَعِدَّهٌ مِنْ اَیّام اُخَر»


Digər tərəfdən, “(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar oruc tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.”


Üçüncüsü, “Oruc tutmağa taqəti olmayan insanlar (qoca kişi, qadın, xəstələr və ümumiyyətlə, xəstəlikdən sağalmayanlar kimi) isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər."


«وَ عَلَى الَّذینَ یُطیقُونَهُ فِدْیَهٌ طَعامُ مِسْکین»


“Bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər.” (2)


«فمَنْ تَطَوَّعَ خَیْراً فَهُوَ خَیْرٌ لَه»


“Hər kəs könüllü olaraq xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu, onun üçün daha xeyirli olar.” (3)


Sonda isə belə buyurur:


«وَ اَنْ تَصُومُوا خَیْرٌ لَکُمْ اِنْ کُنْتُمْ تَعْلَمُون »


“Oruc tutmaq sizin üçün daha xeyirlidir, əgər bilsəniz!”


Bəzilərinin bu cümləni İslamın başlanğıcında orucun vacibi-təxyiri (ixtiyari) olmasına, yəni müsəlmanların ya oruc tutması, yaxud da onun əvəzinə "fidyə" ödəmələrinə və beləliklə də, tədricən oruc tutmağa adət etmələrinə dəlil gətirməsinə və sonra da bu hökmün nəsx (ləğv) olması və orucun vacib edilməsini söyləmələrinə baxmayaraq, həqiqət belə deyil. Bu cümlə orucun hikməti ilə bağlı edilən təkidlərdən biridir. Belə ki, bu ibadət də digər ibadətlər kimi Allahın böyüklüyünə heç bir şey əlavə etmir, əksinə onun bütün fayda və mənfəəti ibadət edənlərə aiddir. Buna sübut olaraq Qurani-Kərimin digər uyğun ayələrini göstərə bilərik:

 


«ذلِکُمْ خَیْرٌ لَکُمْ اِنْ کُنْتُمْ تَعْلَمُونَ»


"Bu, sizin üçün daha xeyirlidir, əgər bilsəniz!" – cümləsi cümə namazının vacib edilməsindən sonra bəyan edilmişdir. (4)

 


"Ənkəbut" surəsinin 16-cı ayəsində oxuyuruq:


«اِبْراهیمَ اِذْ قالَ لِقَوْمِهِ اعْبُدُوا اللّهَ وَ اتَّقُوهُ ذلِکُمْ خَیْرٌ لَکُمْ اِنْ کُنْتُمْ تَعْلَمُونَ»


“(Ey Rəsulum!) İbrahimi də (yad et)! Bir zaman o öz tayfasına belə demişdi: “Allaha ibadət edin və Ondan qorxun. Bu, sizin üçün daha xeyirlidir, əgər bilsəniz!”


Bununla da «اَنْ تَصُومُوا خَیْرٌ لَکُم» )Bu, sizin üçün daha xeyirlidir, əgər bilsəniz!( ayəsinin müəyyən bir qrupa deyil, bütün oruc tutanlara aid olması aydın olur.


Sonuncu bəhs orucun vaxtı, bəzi hökm və hikmətlərinin izahı barəsindədir. İlk olaraq buyurur:

 


«شَهْرُ رَمَضان»


“Oruc üçün müəyyən edilmiş bir neçə gün həmin Ramazan ayıdır.”

 


«الَّذی اُنْزِلَ فیهِ الْقُرْآنُ»


“O, Quran nazil edilən aydır.”


«هُدىً لِلنّاسِ وَ بَیِّنات مِنَ الْهُدى وَ الْفُرْقان»


“(Quran) İnsanlar üçün hidayət və haqla batili aydınlaşdırandır.”


Sonra Allah-taala yenə də təkid olaraq səfərdə olan şəxs və xəstələrin hökmünü açıqlayır:

 


«فَمَنْ شَهِدَ مِنْکُمُ الشَّهْرَ فَلْیَصُمْهُ وَ مَنْ کانَ مَریضاً اَوْ عَلى سَفَر فَعِدَّهٌ مِنْ اَیّام اُخَر»

 

“Ramazan ayında olanlar oruc tutmalıdırlar. Amma səfərdə olan, yaxud xəstə olan kəslər digər günlərdə onun əvəzinə oruc tutsunlar.” (5)


Bu və ondan öncəki ayədə xəstə və səfərdə olanların hökmünün bəyan edilməsi bəzilərinin orucu açmağın mütləq şəkildə yaxşı iş olmadığını güman etməsinə görədir. Bu səbəbdən, Quran bu hökmü təkrar etməklə müsəlmanlara çatdırmaq istəyir ki, oruc tutmaq sağlam insanlara vacib olduğu kimi, xəstə və səfərdə olanlar üçün də orucu açmaq ilahi əmrdir və onunla müxalifətçilik etmək günahdır.


Ayənin digər hissəsində orucun vacib edilməsinin hikməti bəyan edilir:

 


«یُریدُ اللّهُ بِکُمُ الْیُسْرَ وَ لایُریدُ بِکُمُ الْعُسْرَ»


“Allah sizin üçün çətinlik deyil, asanlıq istər.”


Bu ayə ona işarə edir ki, oruc tutmaq zahirdə çətinlik və məhdudiyyətlərlə yanaşı olsa da, sonda insanın həm maddi, həm də mənəvi rahatlıq və aramlığına səbəb olur. Bu cümlənin ilahi əmrlərin zülmkar hakimlərin əmrləri kimi olmaması və bəzən yerinə yetirilməsi çətinliklərlə yanaşı olmasına baxmayaraq, asan vəzifələrin nəzərdə tutulmasına işarə etməsi də mümkündür. Belə ki, əhəmiyyətli olsa da oruc tutmaq hökmü xəstə, səfərdə olan və qüdrəti çatmayan şəxslərin üzərindən götürülmüşdür.


Sonra Allah-taala belə əlavə edir:


«وَ لِتُکْمِلُوا الْعِدَّه»


“Burada hədəf sizin (oruc) günlərin sayını tamamlamanızdır.”


Yəni, hər bir sağlam insan üçün ildə bir ay oruc tutmaq vacibdir. Bu, onun cism və ruhunun inkişaf və tərbiyəsi üçün zəruridir. Buna görə də, əgər Ramazan ayında xəstə və yaxud səfərdə olarsınızsa, bu orucluq günləri qədər (otuz gün) qəza orucu tutmalısınız ki, qeyd edilən ədəd tamalansın. Hətta heyz olan qadınlar belə namazın qəzasını qılmaqdan azad olmalarına baxmayaraq, orucun qəzasını tutmalıdırlar.


Cümlənin sonunda buyurur:


«وَ لِتُکَبِّرُوا اللّهَ عَلى ما هَداکُمْ وَ لَعَلَّکُمْ تَشْکُرُون»


“Sizləri hidayət etdiyi üçün Allahı uca hesab edin. Bununla da, ola bilsin ki, Onun nemətlərinə şükr edəsiniz.”


Bəli, Allahın hidayət etməsi qarşısında təzim və bütün bu nemətlərinə görə ona şükür etməliyik. Digər tərəfdən, diqqət yetirmək lazımdır ki, şükr eləmək məsələsi "ləəllə" (ola bilsin ki) sözü ilə ifadə edilmiş, lakin Allahın uca hesab edilməsi mütləq və qəti şəkildə qeyd olunmuşdur. Belə ifadə fərqliliyi bu ibadətin (orucun) Allah yanında təzimə bərabər hesab edilməsinə görə ola bilər. Amma şükür nemətlərin öz yerində sərf edilməsi və orucun əməli hikmət və təsirlərindən faydalanmaqdır. Bu da müəyyən şərtlərə malikdir və həmin şərtlər hasil olmayınca həyata keçməz. Bu şərtlərin ən mühümü kamil ixlas, orucun həqiqətini bilmək və onun hikmətlərini dərk etməkdən ibarətdir. (6)

 

1. “Məcməul-bəyan” (uyğun ayənin təfsirində), “Fiqhul-Quran” Qütb Ravəndi, c. 1, səh. 72, (Ayətullah Mərəşi Nəcəfinin kitabxanası) “Safi təfsiri”, c. 1, səh. 218 (Məktəbətus-Sədr).
2. “Yutiqunə” sözü “təvq” sözündəndir və mənası "boyuna salınan və ya da təbii olaraq boyunda olan həlqədir" (bəzi quşların boyunlarının həlqəvari rənglənməsi kimi). Həmçinin, "sonsuz bacarıq" mənasında da işlədilmişdir. Bu cümlədə olan “yutiqunəhu”nun əvəzliyi (hu) oruca aid olduğundan, onun mənası belə olacaqdır: Oruc tutmaq üçün öz sonsuz bacarığınızı ortaya qoymalısınız. Yəni, şiddətli şəkildə zəhmətə qatlaşmalısınız. Bu, əlacı olmayan xəstə və qocalar barəsindədir. Deməli, onlar oruc tutmaq hökmündən azaddırlar. Bunun əvəzinə yalnız fidyə verməlidirlər (lakin sağalması mümkün olan xəstələr orucun qəzasını tutmağa borcludurlar). Bəziləri də belə yazmışlar: “Yutiqunəhu” cümləsinin mənası budur ki, onların keçmişdə qabiliyyətləri (qüdrət, bacarıqları) var idi, amma indi yoxdur. Bəzi rəvayətlərdə də elə bu məna qeyd olunmuşdur: ("Kafi", c. 4, səh. 116, hədis. 5, Darul-kutubil-islamiyyə. “Mən la yəhzuruhul-fəqih, c. 2, səh. 133, hədis. 1949, "Cameye müdərrisin" nəşriyyatı. “Vəsailuş-şiə”, c. 10, səh. 211, hədis. 13245, Alul-beyt). Hər halda yuxarıdakı hökm nəsx (ləğv) olunmamış, bu gün də öz qüvvəsindədir. Bəzilərinin dediyi kimi, orucun ilk başda ixtiyari vacib (vacibi-təxyiri) olması, yəni müsəlmanların oruc tutmaq və ya fidyə vermək arasında seçimə malik olması ayədəki şahid və qərinələrə uyğun deyil və bu barədə dəlilimiz də yoxdur.


3. Bəziləri ayədəki «تَطَوَّعَ خَيْراً» "tətəvvəə xəyrən" cümləsinin müstəhəb oruca aid olduğunu irəli sürürlər. Bəziləri də orucun əhəmiyyət və hikmətinə əsasən, onun məcburi deyil, meyl və istəklə yerinə yetirilməli olmasını bəyan etmişlər.
4. "Cümə" surəsi, ayə 9.
5. Təfsirçilərdən bəziləri «مَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ» (sizlərdən bu aya şahid olan) cümləsini ayın görünməsi kimi təfsir etmiş və belə demişlər: "Kim ayı görərsə, oruc ona vacib olacaqdır." Lakin bu təfsir məqbul deyil. Düzgün təfsir yuxarıda qeyd etdiyimiz təfsirdir, belə ki, özündən əvvəlki və sonrakı cümlələrlə uyğunluq təşkil edir. Həmçinin, Əhli-beytdən (ə) nəql edilən rəvayətlərdə də bu təfsir qeyd edilmişdir. (“Biharul-ənvar”, c. 2, səh. 274 və c. 93, səh. 322, 325 və...). “Kafi”, c. 4, səh. 126, hədis. 1 (Darul-kutubil-islamiyyə). “Vəsailuş-şiə”, c. 10, səh. 176 və 182 (Alul-beyt çapı).
6. “Nümunə təfsiri” Ayətullah əl-uzma Məkarim Şirazi, Darul-kutubil-islamiyyə, 55-ci çap, c. 1, səh. 703.
Nəşr tarixi: « 1394/04/04 »
Əlaqəli materiallar
Səfərdə oruc tutmaq
Niyə dini günlər ilin fəsillərinə uyğun deyil?
(Şimal-cənub) Qütblərində namaz qılıb oruc tutmaq
Oruc tutmağın təsir və faydaları
Orucun hikməti
Öncəki dinlərdə oruc

 

 


Nəşr tarixi: « 2018/5/26 »
Diqqətinizə çatdırırıq ki, bu məsələ sırf yalandır və belə bir sual-cavab heç bir vaxt olmayıb.

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Diqqətinizə çatdırırıq ki, bu məsələ sırf yalandır və belə bir sual-cavab heç bir vaxt olmayıb.

Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.

Mərcəyi-təqlidin rəsmi ofisi tərəfindən yayımlandı:

Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.

Dini hövzənin alimləri və dövlət rəsmiləri Ayətullah Məkarim Şirazini ziyarət etdi.

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Dini hövzənin alimləri və dövlət rəsmiləri Ayətullah Məkarim Şirazini ziyarət etdi.

Ramazan ayının gündəlik duaları

Günün sitatı

Ramazan ayının gündəlik duaları

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2573