Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

TÖVBƏNİN FAYDALARI VƏ MÜSBƏT TƏSİRLƏRİ

Sual : Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?
Qısa cavab:

 Tövbənin bərəkəti olduqca çoxdur. Quran ayələri və hədislərdə də onlara geniş şəkildə işarə olunub. O cümlədən “Furqan” surəsinin 70-ci ayəsində buyurulur:
“Yalnız tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər”.
Bir hədisdə də deyilir ki, Allah-taala (həqiqi) tövbəkarlara üç dəyər verib. Hərgah onlardan birini bütün göy və yer sakinlərinə bağışlasa, onların qurtuluşuna yetər.

 

TƏQLİD NÖVLƏRİ VƏ İSLAMIN TƏSDİQLƏDİYİ TƏQLİD

Sual : İslamın təqlid barədə nəzəri necədir?
Qısa cavab:
Başqasına tabe olmaq dörd haldan xaric deyil: cahilin alimə təqlidi, alimin alimə təqlidi, alimin cahilə təqlidi və cahilin cahilə təqlidi. Bunlardan yalnız birinci halın məntiqli və bəyənilən olması məlum məsələdir. Bir qayda olaraq, ixtisaslı məsələlərdə insanların həyat mehvərini belə ağlabatan və məntiqli tabeçiliklər təşkil edir.
Şəri hakimə təqlid və tabeçilik də bu qaydadan istisna deyil.

İSLAM TƏLİMLƏRİNDƏ ELMİN ƏHƏMİYYƏTİ

Sual : İslam təlimlərində elmin nə kimi əhəmiyyəti vardır?
Qısa cavab:
İslam dini elmə, qələmə dəvətlə başladı. “Rəd” surəsində elmin nur olmasına işarə olunur, “Rum” surəsində isə varlığın sirlərinin dərki alimlərin xüsusiyyətlərindən sayılır. “Bəqərə” surəsində elm insanın digər varlıqlardan imtiyazı kimi göstərilir və buna görə də mələklərin səcdəsinə layiq görülür. Həmçinin, “Mucadilə” surəsinə əsasən, Allaha yaxınlıq dərəcələri bilik dərəcələri və elm təhsili istiqamətində davamlı təlaşla düz mütənasibdir.

KEÇMİŞDƏKİLƏRİN TARİXİNİ ÖYRƏNMƏKLƏ BAĞLI QURANIN İSRARI

Sual : Niyə Qurani-kərim keçmişdəkilərin tarixini öyrənməyə israr edir?
Qısa cavab:

Tarix, insanın yaşam məsələlərinin və bir çox həqiqətlərin isbat və inkarının böyük laboratoriyasıdır. Burada xalqların məğlubiyyət və zəfər rəmzi, onların əksül-əməl və ruhiyyələri, sivilizasiyaların tərəqqi və süqut amilləri, fəaliyyət tərzləri araşdırılır. Belə ki, təcrübi həqiqətlərlə və keçmişdəkilərin yerdə qalan izləri ilə məşğul olduğu üçün, təcrübi elmlərin bir şaxəsi kimi bir çox nəzəri məfhumları inkar edən inadkarları qane etmək qabiliyyəti vardır. Quran da həmin dəlilə əsasən, keçmişdəkilərin əsərlərini, tarixini mütaliə etməyə dəvət edir.
Ətraflı cavab:

FİTRİ TANIMANIN (biliyin) MÜMKÜNLÜYÜ

Sual : “Fitri tanıma” deyilən bir məfhum varmı?
Qısa cavab:

Fitri tanımanın mümkünlüyü barədə üç fərqli nəzər vardır:
1-İnsanın daxilində bütün məlumatlar vardır, bu dünyada nə öyrənirsə, əslində yeni bilik əldə etmir, bəlkə həmin məlumatlar yadına düşür;
2-İnsanın heç bir fitri tanışlığı və biliyi yoxdur;
3-Məlumatlarımızın bir hissəsi fitri olduğu halda, digər hissəsi qazanılandır. Qazanılan qavrayışlar özü də fitri məlumatlara söykənir. Məntiqi, rasional, nəqli, eləcə də Quran ayələri və İslam hədisləri də bu nəzəri təsdiq edir.

 

ƏMİRƏL- MÖMİNİN ƏLİ (ə) VƏ TARİXİN ƏHƏMİYYƏTİ

Sual : Əmirəl-möminin Əlinin (ə) baxışında tarixi mütaliə etməyin nə kimi dəyəri vardır?
Qısa cavab:

Əmirəl-möminin Əli (ə) buyurur: “Ey Allah bəndələri! Ruzigar keçmişdəkilərə necə keçibsə, sağ qalanlar üçün də elə keçir. Hazırda mövcud olun əbədi qalmayacaq. İşinin sonu işinin əvvəli kimidir. Əməl və rəftarları bir-birinə bənzər, əlamətləri aşkardır!”.
Həzrət (ə), keçmiş sünnələrə – qanunlara diqqəti imanın əsaslarından biri olaraq sayır və buyurur: “Keçmiş təkəbbürlü ümmətlərin başına gələn ilahi əzablardan, cəzalardan, bir də pis aqibətlərindən ibrət götürün və torpaq altındakı qəbirlərindən dərs alın!”.

 

NƏFSƏ QULLUQ-MƏRİFƏT VƏ BİLİK TƏHSİLİNDƏ MANEƏ

Sual : Nəfsə qulluq mərifət və biliyə yiyələnməyə necə mane olur?
Qısa cavab:
Allah-taala “Casiyə” surəsində nəfsə qulluq və itaət etdiklərinə görə hidayət qabiliyyətini itirən kəslərdən söz açır. “Maidə” surəsində də bir qrup inadkar yəhudilərə işarə edir, hansı ki nəfsə qulluq onları ilahi peyğəmbərləri təkzib etməyə, hətta bəzilərini qətlə yetirməyə sürükləmişdi. Bununla yanaşı işlərinin çirkinliyini dərk etmirdilər. “Məhəmməd” (s) surəsində də, nəfsi istəklərinə uyduqlarına görə Peyğəmbəri (s) məsxərə edən bir qrup münafiqə işarə edilir. Nəfsə qulluq, ona itaət insanı müəyyən etmək (məsələləri ayırd etmək) gücünü itirməyə gətirib çıxarır. İmam Əli (ə) da nəfsə qulluğu ağlın afəti adlandırır.

NƏFSİ SAFLAŞDIRMADA ÖZÜNÜTANIMA EHTİYACI

Sual : Özünütanıma nəfsi saflaşdırmaya necə səbəb ola bilər?
Qısa cavab:

Nəfsin saflaşdırılmasında, əxlaqın düzəldilməsində və insani səciyyələrin kamala çatdırılmasında ilk atılan addımlardan biri özünütanımadır. Çünki, özünütanıma nəfsin əzəmət və dəyərini bilməyə, nəfsi istəklərin təhlükəli olduğunu və insan səadəti ilə ziddiyyət təşkil etdiyini anlamağa, onunla mübarizəyə hazır olmağa səbəb olur. Habelə, insanın təkamülündən ötrü Allah tərəfindən vücudunda qərarlaşdırılmış müxtəlif istedadlardan agah olmağa, çirkin xüsusiyyətlərin kökünü tanımağa gətirib çıxarır, eyni zamanda da Allahı tanımağın ən yaxşı yoludur.

İSLAM ƏXLAQINDA ÖRNƏYİN ROLU

Sual : Quran ayələri və İslam hədislərində yaşam tərzi üçün hansı həddə örnəyin – nümunənin vacibliyi vurğulanmışdır?
Qısa cavab:

“Təvəlla” və “təbərra” prinsiplərinə əsasən, biz Allah dostlarını sevmək, düşmənlərinə ədavət bəsləmək və din rəhbərlərini hər şeydə örnək götürməklə vəzifələndirilmişik. Allah-taala “Mumtəhənə” surəsinin 4-cü ayəsində buyurur:
“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq””.
Habelə, “Əhzab” surəsinin 21-ci ayəsində buyurur:
“Allahın elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir”.

İSLAM ƏXLAQINDA ÖRNƏYİN ROLU

Sual : Quran ayələri və İslam hədislərində yaşam tərzi üçün hansı həddə örnəyin – nümunənin vacibliyi vurğulanmışdır?
Qısa cavab:

“Təvəlla” və “təbərra” prinsiplərinə əsasən, biz Allah dostlarını sevmək, düşmənlərinə ədavət bəsləmək və din rəhbərlərini hər şeydə örnək götürməklə vəzifələndirilmişik. Allah-taala “Mumtəhənə” surəsinin 4-cü ayəsində buyurur:
“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq””.
Habelə, “Əhzab” surəsinin 21-ci ayəsində buyurur:
“Allahın elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir”.

FƏRDLƏRİN ƏXLAQININ DƏYİŞMƏZLİYİNİ İDDİA EDƏNLƏRİN DƏLİLLƏRİNƏ CAVAB

Sual : Fərdlərin əxlaqının dəyişməz olduğunu müdafiə edənlər hansı dəlillərə istinad edirlər?
Qısa cavab:

Əxlaqın dəyişməzliyini iddia edənlər əxlaqın dəyişməsinin mümkünsüzlüyünü göstərən bir sıra hədislərə istinad edirlər. Buna baxmayaraq, insanların fərqli ruhiyyələrə malik olduğunu qəbul etməklə yanaşı, heç kim pis və ya yaxşı əxlaqlı qalmaq məcburiyyətində deyil. Müsbət səciyyə və əxlaq sahibləri də nəfsi istəklərin ucbatından pis əxlaqa tənəzzül edə bilərlər. Eləcə də, mənfi səciyyələri olan insanlar ustad və özünütərbiyə sayəsində ali kamal mərhələsinə yüksələ bilərlər.

İMAM ƏLİNİN (ə) “ALLAHA DOĞRU İŞARƏ ETMƏK” SÖZÜNDƏN MƏQSƏDİ

Sual : Əmirəl-möminin Əlinin (ə) “Hər kəs Allahı tanımasa, ona işarə edər” buyurduğunda “Allaha doğru işarə”dən məqsədi nə idi?
Qısa cavab:

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin ilk xütbəsində buyurur: “Hər kim Allahı tanımasa ona işarə edər”. Orada “Allaha doğru işarə etmək”dən məqsədin nə olduğuna gəlincə, iki ehtimal var:
1.    Məqsəd əqli işarədir;
2.    Həm əqli, həm də hissi işarədir.

? NƏSUH TÖVBƏSİ NƏ DEMƏKDİR

Sual : Nəsuh tövbədən məqsəd nədir?
Qısa cavab:
 “Nəsuh tövbə” dedikdə, tövbəkar şəxsin günahları kökündən kəsməsi, bir daha onlara dönməməsi başa düşülür. Bəziləri onu xalis tövbə, bəziləri də “nəsahət” maddəsindən olduğunu deyərək, “tikmək” mənasında bilirlər. Yəni, günah din və iman pərdələrini dəldiyi üçün tövbə növbəti dəfə onları bərpa edərək tikir.

NADANLIĞIN İCTİMAİ FƏSADLARLA ƏLAQƏSİ

Sual : Nadanlığın ictimai fəsad və pozğunluqlarla nə kimi əlaqəsi vardır?
Qısa cavab:
 Quran ayələrinə əsasən, cəmiyyətdə nadanlığın artması bir çox ictimai fəsad və zərərlərə yol açır. Nadanlıq ikitirəlik və qarşıdurma yaradır. Nadanlıq bədgümanlıq və bədbinlik amilidir. Nadanlıq ədəbsizliyin mənşəyidir. Nadanlıq ictimai bədbəxtliklərin başlıca səbəbidir. Nadanlıq dəyərlərin sıradan çıxması amildir...

PİSLİKDƏN ÇƏKİNDİRMƏNİN İNSAN AZADLIĞI İLƏ ZİDDİYƏTİ

Sual : Pislikdən çəkindirməyin (nəhy əz münkər) insan azadlığı ilə ziddiyyəti varmı?
Qısa cavab:
İslamın iki böyük ictimai prinsipi sayılan yaxşılığa dəvət və pislikdən çəkindirmədən məqsəd fərdləri yaxşı və faydalı işlərə yönəltmək, çirkin işlərdən çəkindirmək, bir sıra ictimai və etik azğınlıqlarla mübarizə aparmaqdır. Müştərək taleyin mövcud olduğu birgə yaşam üslubunda fəsadla mübarizə və insanları yaxşı işlərə dəvət mühüm və qaçılmaz vəzifədir. Belə bir cəmiyyətdə fərdlər əməllərinin xeyir və şərində tamamilə şərikdirlər. Bir fərdin əməlinin nəticəsi bütün fərdləri ağuşuna alır.

PİSLİKDƏN ÇƏKİNDİRMƏNİN İNSAN AZADLIĞI İLƏ ZİDDİYƏTİ

Sual : Pislikdən çəkindirməyin (nəhy əz münkər) insan azadlığı ilə ziddiyyəti varmı?
Qısa cavab:
İslamın iki böyük ictimai prinsipi sayılan yaxşılığa dəvət və pislikdən çəkindirmədən məqsəd fərdləri yaxşı və faydalı işlərə yönəltmək, çirkin işlərdən çəkindirmək, bir sıra ictimai və etik azğınlıqlarla mübarizə aparmaqdır. Müştərək taleyin mövcud olduğu birgə yaşam üslubunda fəsadla mübarizə və insanları yaxşı işlərə dəvət mühüm və qaçılmaz vəzifədir. Belə bir cəmiyyətdə fərdlər əməllərinin xeyir və şərində tamamilə şərikdirlər. Bir fərdin əməlinin nəticəsi bütün fərdləri ağuşuna alır.

TARİXİ ÖYRƏNMƏYİN ƏHƏMİYYƏTİ

Sual : Niyə tarixi öyrənmək bu qədər əhəmiyyətlidir?
Qısa cavab:

İnsan ömrünün ən önəmli səmərəsi onun təcrübələridir. Tarix, keçmiş əsrlərdəki bütün insanların təcrübələrini onu araşdıranların önünə sərir.
Tarix daim təkrarlanır. İmam Əli (ə) da buna işarə edir və buyurur:
“Ey Allah bəndələri! Ruzigar keçmişdəkilər üçün necə cərəyan edibsə, yerdə qalanlara da elə keçəcək”.
Odur ki, məğlubiyyət, nakamlıq, zəfər, uğur, sivilizasiyaların çiçəklənməsi, hökumətlərin süqutu və s. amillərini tarixdə görmək olar.

ƏQLİ BAXIMDAN TÖVBƏNİN QƏBULU

Sual : Görəsən, ağıl da günahkarın tövbəsini qəbul etməyə sifariş edirmi?
Qısa cavab:
Tövbənin qəbulunun vacibliyi aqillərin üslubuna uyğundur. Yəni, ağıl tövbə və üzrxahlığın qəbulunu vacib bilməsəydi belə, dünya aqillərinin üslubuna əsasən, yanlış iş gördükdən sonra üzr istəyən, işinin mənfi təsirlərini aradan qaldıran şəxsin tövbə və üzrü məqbuldur. Əks təqdirdə, üzrü qəbul etməyən şəxs kin-küdurətli, davranışı isə insanlığa və əxlaqa zidd sayılır.
Şübhəsiz, sonsuz qüdrət sahibi olan Allah-taala hər kəsdən və hər şeydən ehtiyacsızdır. Odur ki, qeyd edilən şərtlərlə tövbəkarların tövbəsini, üzrünü qəbul etməyə, həmçinin cəzalarından keçməyə daha layiqdir.

TÖVBƏKARLARIN DƏRƏCƏLƏRİ

Sual : Tövbəkarları neçə qismə bölmək olar?
Qısa cavab:
Tövbə edənləri dörd qismə bölmək olar:
1. Günahdan tövbə edib, bir müddət sonra tövbəsini pozanlar;
2. Günahdan tövbə edib, bəzi günahlarda şəhvətin üstələməsi nəticəsində tövbəsini pozanlar;
3. Günahdan tövbə edib, böyük günahlardan çəkindiyi halda, tövbəni pozmaq qəsdi olmadan bəzi günahları yerinə yetirənlər;
4. Günahdan tövbə edib, möhkəm iradə ilə tövbəsindən dönməyənlər.

ZİKRİN DƏRƏCƏLƏRİ

Sual : Əxlaq alimləri zikir üçün hansı mərhələ və dərəcələr bəyan edirlər?
Qısa cavab:

Əxlaq böyükləri zikir üçün bir necə mərhələ qeyd edirlər. Birinci mərhələ sözdə zikirdir: insan Allahın adını, cəlal və camal sifətlərini, gözəl adlarını – məna və məzmununa diqqət etmədən – dilə gətirir.
İkinci mərhələ mənəvi zikirdir: insan zikirlə məşğul olmaqla yanaşı, onların mənasına da diqqət edir.
Üçüncü zikir qəlbdə zikirdir: Yaradana diqqət ilk öncə qəlbdə yaranır, sonra isə dilə gəlir.

QURAN BAXIMINDAN AĞLIN FƏALİYYƏT VƏ FUNKSİYASI

Sual : Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?
Qısa cavab:
Quranın bəyanına əsasən, ağlın fəaliyyət və funksiyası bunlardan ibarətdir:
1- Zikir: unutqanlığın antonimi kimi;
2- Fikir: düşünmək və ağılın fəaliyyəti;
3- Fiqh: dərk və dəlil əsasında elm əldə etmək;
4- Şüur: elm, bilgi və daxili hiss;
5- Bəsirət: idrak qüvvəsi və elm;
6- Dirayət: elm, savad və zəka.
Quranda ağıl üçün işlədilən, elm və idrak məfhumunu çatdıran bütün sözlər elmin prizmalarından birinə işarə edir və ona uyğun şəkildə istifadə edilmişdir.

DİLİN GÜNAHLARDAN QORUNMASI - AYƏ VƏ HƏDİSLƏRDƏ

Sual : Quran ayələri və hədislərdə dilin islahının nə kimi əhəmiyyəti var?
Qısa cavab:
Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, belə ki, onun islahı bütün əxlaqi islahatların qaynağı, sapması və yanlışlıqları isə müxtəlif əyriliklərin başlıca amilidir. Əxlaq ustadları əxlaqi fəzilət və səciyyələrin möhkəmləndirilməsində, eləcə də ruhun təkamülündə dilin islahını mühüm addım sayırlar.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir kəsin qəlbi düz istiqamət almadıqca, imanı da düz yol almaz. Dil düz istiqamət almayınca da, qəlbi düz yol almaz”.

QURAN BAXIMINDAN ELMİN ƏHƏMİYYƏTİ

Sual : Qurani-kərimin ayələrində elmin əhəmiyyəti necə bəyan olunur?
Qısa cavab:
Qurani-kərimdə elm öyrənməyin, mərifət kəsb etməyin əhəmiyyətini göstərən bir çox ayələr vardır; “Talaq” surəsində kainatın yaradılış hədəfi kimi elm və bilik, “Bəqərə” surəsində isə peyğəmbərlərin gəlişinin məqsədi kimi təlim-tərbiyə göstərilir.
Eyni məna “Ali-İmran” və “Cumə” surələrində də gəlib. Bundan əlavə “Qəsəs” və “Muhəmməd (s)” surələrinin bəzi ayələrində Quranın nazilolma səbəbi kimi təfəkkür etmək, ibrət götürmək qeyd edilib. Hətta, “İsra” surəsində deyilir ki, İslam peyğəmbərinin (s) merac səfəri elm və mərifət məqsədi daşıyırdı. Həmin məna “Nəcm” surəsində də təkrar edilib.

Quran nöqteyi-nəzərindən insan əməllərinin əxlaqa təsiri

Sual : Görəsən, insanın əməlləri onun əxlaqına təsir edirmi? Əgər belədirsə, Quran baxımından insanın əməlləri əxlaqına necə təsir qoyur?
Qısa cavab:
İnsanın əməlləri və əxlaq qarşılıqlı təsirə malikdir. Bəzi ayələrdə bu məqama işarə edilib. O cümlədən, “Mutəffifin” surəsinin 14-cü ayəsində çəkidə az satmağa işarə edilib və bu, insanın ruh və qəlbinə pas salır:

 “كَلاّ بَلْ رانَ عَلَى قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ”.


“Onların (az satanların) düşündüyü kimi deyil, əksinə, əməlləri pas olaraq qəlblərinə hopub”.


Quranın buyurduğuna əsasən, bəzən pis bir işin təkrarı insan nəzərində gözəlləşməsinə səbəb olur. “Tövbə” surəsinin 103-cü ayəsində də, zəkatın əxlaqi və mənəvi təsirlərinə işarə edilib. Ayədə buyurulur:


“تُطَهِّرُهُمْ وَ تُزَكِّيْهِمْ بِها”


“Sən bu işinlə onları paklaşdırır və inkişaf etdirirsən”.

Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması

Sual : Görəsən, Qurani-kərim fitrət və vicdanı bilik (qazanma) qaynağı kimi təqdim edirmi?
Qısa cavab:
Allah-taala “Şəms” surəsində insan nəfsinə xeyir və şərin ilham olunmasından xəbər verir, eyni halda əxlaqi vicdanın ilhamverici qaynağına, insanın günah və təqvanı dərk etməsinə işarə edir. “Ənbiya” surəsində də bütpərəstlərin özlərinə qayıtmasına, müşrikcəsinə pərəstişlərinə yenidən baxmalarından xəbər verir. Habelə, “Loğman”, “Ənkəbut”, “Bəqərə” və “Rum” surələrində eyni məna təqib edilir.

Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə

Sual : Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
Qısa cavab:
Allah-taala “Bəqərə” surəsində ilahi ayələrin nazilolma səbəbi kimi dərin düşüncə, ağıl və təfəkkürü göstərir. Bir sıra Quran ayəsi məzəmmətedici tərzdə, ağıl və düşüncədən faydalanmadıqları üçün insanları hesaba çəkir. Quran buyurur: Allah ağıl qüvvəsini insanların ixtiyarında qoydu ki, həqiqətlərin dərkində ondan yararlansın. Əks təqdirdə, məzəmmət olunacaq. Quran insan ağıl və zəkasını başlıca bilik qaynaqlarından sayaraq, hamını bir nəfər kimi bütün məsələlərdə dərin düşüncəyə, fikir yürütməyə dəvət edir.

İnsan elminin məhdudluğu

Sual : İnsan elminin miqdarı nə qədərdir?
Qısa cavab:
Bir qrup müşrik Peyğəmbərdən (s) ruhla əlaqədar sual soruşduqdan sonra, Quran elm və bilikdən nəsiblərini çox az bilərək “Loğman” surəsində bəzi Allaha məxsus elmlərə aydınlıq gətirir və orada beş elmə işarə edir: Qiyamətin bərpası, yağışların yağışı, ana bətnindəki embrionlar, insan əməlinə bağlı gələcək hadisələr və hər kəsin ölüm məkanı iləbağlı elmlər . Bundan əlavə, “İsra” surəsində ümumi varlıqların təsbih və həmdindən söz açılır, hansı ki onların dilini anlamaq qüdrətimiz yoxdur. Bu özü elm və biliyimizin məhdudluğuna bir sübutdur.

İnsan elminin məhdudluğu

Sual : İnsan elminin miqdarı nə qədərdir?
Qısa cavab:
Bir qrup müşrik Peyğəmbərdən (s) ruhla əlaqədar sual soruşduqdan sonra, Quran elm və bilikdən nəsiblərini çox az bilərək “Loğman” surəsində bəzi Allaha məxsus elmlərə aydınlıq gətirir və orada beş elmə işarə edir: Qiyamətin bərpası, yağışların yağışı, ana bətnindəki embrionlar, insan əməlinə bağlı gələcək hadisələr və hər kəsin ölüm məkanı iləbağlı elmlər . Bundan əlavə, “İsra” surəsində ümumi varlıqların təsbih və həmdindən söz açılır, hansı ki onların dilini anlamaq qüdrətimiz yoxdur. Bu özü elm və biliyimizin məhdudluğuna bir sübutdur.
Səhifə sayı : 16