Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

RÜŞEYMİN YARANIŞI

Sual : Rüşeymin inkişaf və təkamül mərhələsi məada dair necə dəlil ola bilər?
Qısa cavab:

Nütfə rüşeym dövründə çox mürəkkəb bir yolu ötüb-keçərək axırda uşaq formasında dünyaya gəlir. Bunların hamısı Allahın davamlı xaliqiyyətinin sayəsində baş verir. Bu xilqətdə insanın sadə təsviri yalnız bir anlıq zaman fasiləsində sona çatır ki, o da nütfənin bətnə töküldüyü andır!
Görəsən, bunun özü məad məsələsinə − uca və qadir Allahın ölüləri diriltməyə qadir olmasına əyani bir sübut deyildirmi?

İNSANIN YARANIŞI

Sual : İnsanın yaranışı mərhələləri məadın mümkünlüyünə necə dəlalət edir?
Qısa cavab:

Allah Quranda insanların bu dünya həyatlarında həmişə rast gəldikləri və daim öz gözləri ilə gördükləri, amma əhəmiyyət vermədikləri axirət səhnələrini onlara izah etmək istəyir. Bu yolla onlara başa salmaq istəyir ki, ölümdən sonrakı həyat məsələsi qeyri-mümkün bir məsələ deyil, əksinə onlar daim ona bənzər hadisələri gündəlik həyatlarında da öz gözləri ilə müşahidə edirlər.

AXİRƏTİ İNKAR EDƏNLƏRİN ƏQİDƏSİ (1)

Sual : Quran müşriklərin (bütpərəstlərin) axirətlə əlaqədar əqidələrini necə bəyan edir?
Qısa cavab:

Qurani-kərimin “Duxan” surəsinin 34-36-cı ayələrində oxuyuruq:
"Onlar (müşriklər) deyirlər: “Bizim ölümümüz yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik!""

 “Ənam” surəsinin 29-cu ayəsinə də deyilir:
"Onlar dedilər: “Bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur və biz (öləndən sonra) əsla dirildilən deyilik!"”.

 

BƏHANƏ

Sual : Axirəti inkar edənlərin bəhanəsi nədir?
Qısa cavab:

Onlar bu üç bəhanədən istifadə edirlər:

1. Torpağa çevrildikdən sonra yenidən həyata qayıtmaq inandırıcı deyil. Çünki torpaq həyat mənbəyi ola bilməz.
2. Bu əqidə köhnədir və heç bir yeniliyi yoxdur
3. Axirəti rədd edənlərə əzab nazil olmur. Axirəti inkar edənlər bu dünyada əzaba düçar olmalıdırlarsa, nə üçün bu əzab onların yaxasını tutmur?

BƏHANƏLƏR GƏTİRMƏK

Sual : Axirəti inkar edənlər nəyi bəhanə gətirirdilər?
Qısa cavab:

Quran ayəsində oxuyuruq: “Bizim aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların “əgər doğru deyirsinizsə, bizim atalarımızı dirildib gətirin ki, sizin dediklərinizi təsdiq etsinlər” deməkdən başqa bir dəlilləri yoxdur."

AXİRƏTİ İNKAR EDƏNLƏRİN ƏQİDƏSİ (1)

Sual : Quran müşriklərin (bütpərəstlərin) axirətlə əlaqədar əqidələrini necə bəyan edir?
Qısa cavab:

Qurani-kərimin “Duxan” surəsinin 34-36-cı ayələrində oxuyuruq:
"Onlar (müşriklər) deyirlər: “Bizim ölümümüz yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik!""

 “Ənam” surəsinin 29-cu ayəsinə də deyilir:
"Onlar dedilər: “Bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur və biz (öləndən sonra) əsla dirildilən deyilik!"”.

 

BƏHANƏ

Sual : Axirəti inkar edənlərin bəhanəsi nədir?
Qısa cavab:

Onlar bu üç bəhanədən istifadə edirlər:

1. Torpağa çevrildikdən sonra yenidən həyata qayıtmaq inandırıcı deyil. Çünki torpaq həyat mənbəyi ola bilməz.
2. Bu əqidə köhnədir və heç bir yeniliyi yoxdur
3. Axirəti rədd edənlərə əzab nazil olmur. Axirəti inkar edənlər bu dünyada əzaba düçar olmalıdırlarsa, nə üçün bu əzab onların yaxasını tutmur?

MƏNƏVİ NEMƏTLƏR

Sual : Maddi nemətlərdən üstün olan nemətlər hansılardır?
Qısa cavab:

Quran-Kərimdə maddi nemətlərdən, misal üçün ağaclarının altından çaylar axan bağlardan, saraylardan, pakizə həyat yoldaşlarından, rəngarəng meyvələrdən, həmrəy dostlardan və s. söz açılsa da bu nemətlərin kənarından daha əhəmiyyətli mənəvi nemətlərə də toxunulur ki, onların ən əsası Allah rizasıdır. Məsələn “Tövbə” surəsinin 72-ci ayəsində buyurur:

"Allah mömin kişilərə və möminə qadınlara ağaclarının altından çaylar axan, əbədi qalacaqları bağlar vəd etmişdir. Onların əbədi cənnətlərdə pakizə məskənləri olacaq! Həmçinin, Allah tərəfindən olan razılıq isə onların hamısından böyükdür. Budur böyük uğur və qurtuluş!"

ƏBRAR

Sual : Qurani-kərimdə əbrar (yaxşılar) və müqərrəb insanların məqam və mükafatları necə təsvir olunur?
Qısa cavab:

“Əbrar” geniş ruhiyyəsi, yüksək ciddi-cəhdi, müsbət etiqadı və əməli olan insanlara deyilir. “Müqərrəblər” isə məqamları Allah dərgahında yaxın olan insanlara deyilir.

 

ALLAHA TƏVƏKKÜL

Sual : Nə üçün işlərdə yalnız Allaha təvəkkül etmək lazımdır?
Qısa cavab:

Çünki təvəkkül olunan varlıq hər şeyə qadir olmalı və hər hansı acizlikdən kənar olmalı, həyatı əbədi olmalıdır. Acizlik bu pənah yerini sarsıda bilər.

 

CƏHƏNNƏMƏ GİRİŞ

Sual : Günahkarları Cəhənnəmə necə daxil edərlər?
Qısa cavab:

“Haqqə” surəsində bu məsələyə işarə olunur:

 “Onu tutun və qandallayın. Sonra da onu şölələnmiş oda atıb yandırın!”.

 

CƏHƏNNƏMİN ƏHATƏ DAİRƏSİ

Sual : Quranda cəhənnəmin kafirləri əhatə etdiyi deyilərkən məqsəd nədir?
Qısa cavab:

Bəzi alimlərə görə, ayədə cəhənnəmə daxil olma səbəbləri, yəni günahların onları əhatə etməsi nəzərdə tutulur.
Digər alimlərə görə isə, bu, gələcəkdə baş verəcək qəti hadisələrdəndir ki, "keçmiş" və yaxud "indiki" zaman formasında bəyan olunmuşdur. Belə ki, cəhənnəm gələcəkdə onları öz əhatə dairəsinə alacaqdır.


 

? ÖLÜM "SƏKƏRATI" NƏ DEMƏKDİR

Sual : Ölüm "səkəratı" nə deməkdir?
Qısa cavab:

Bu sözün mənası sərxoşluğa bənzər bir hal deməkdir. Bu hal hadisənin ağırlığından irəli gəlir və insanı şiddətli iztiraba salır, amma sərxoşluq deyil. Bu, bir keçid halıdır ki, mömin insan üçün də asan deyil. Çünki uzun illər bu bədənə öyrənmiş və ona bağlanmışdır.
Lakin şübhəsiz ki, bu dünyaya xüsusi məhəbbət bəsləyən insanların o dünyaya keçməsi ondan qat-qat çətin və sevdiklərindən əl üzmək daha çətindir.

 

CAN VERMƏK

Sual : İnsan can verərkən nələr yaşayır?
Qısa cavab:

Rəvayətə görə insanlar dünyadan gedəndə həsrət hər tərəfdən onlara hücum edər. Bədən üzvləri süstləşər və çöhrələrindən rəngləri qaçar.
Sonra ölüm caynaqları onlara daha artıq nüfuz edər. Öz ailəsinin arasında olsa da, gözləri ilə görsə də, qulaqları ilə eşitsə də dil açıb danışa bilməz. O, bu an ömrünü hansı yolda puç etdiyini fikirləşər. Həyatını hansı yolda keçirdiyini düşünər.

QURANIN DƏLİLIƏRİ

Sual : Quran axirəti inkar edənlərə necə cavab verir?
Qısa cavab:

Qurani-kərim müxtəlif ayələrdə bu yanlış fikrə cavab verir və “Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız” ayəsi bu zəmində ən qısa və ən maraqlı bəyandan istifadə edərək buyurur:
Özünüzün ilk öncə necə yarandığınıza baxın. Görün ki, sizin əsasən sudan və müəyyən qədər müxtəlif filizlərdən və onlara bənzər maddələrdən təşkil olunmuş bədəniniz əvvəllər harada idi?

QURANDA BƏRZƏX

Sual : Bərzəx aləminin varlığını necə sübut etmək olar?
Qısa cavab:

Quranı-kərimdə müxtəlif ayələr var ki, onları bəzisinin zahiri mənası Bərzəx aləmini sübut edir. Bəzisi isə aydın şəkildə Bərzəx aləmindən söz açır. “Muminun” surəsinin 100-cü ayəsində oxuyuruq:
"Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır." Digər ayədə deyilir:
"Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, onlar diridirlər və onlara Rəbbləri yanında ruzi verilir."


 

ƏMƏL DƏFTƏRİNİN MAHİYYƏTİ

Sual : Əməl dəftəri nədir?
Qısa cavab:

Quran ayələri və hədislərin toplumundan başa düşmək olur ki, insanın əməllərinin hamısı bütün xırdalıqları ilə həmin dəftərdə qeyd olunur. Şübhəsiz ki, bu dəftər adi kitab-dəftər və məktub növündən deyil. Ona görə də, bəzi təfsir alimləri demişlər ki, bu əməl dəftəri insanın ruhundan başqa bir şey deyil. Onun əməllərinin hamısının təsirini onda görmək olar. Biz hər əməli yerinə yetirərkən istər-istəməz bizim ruh və canımızda təsir qoyur.
 

HESAB ÇƏKƏRKƏN SÜRƏT

Sual : Qiyamət günü əməllərin hesablanması hansı formada olacaq?
Qısa cavab:

Bir hədisə görə Allah-taala Qiyamət günü bəndələrinin hamısından bir qoyunun sağılacağı qısa bir müddətdə hesab çəkəcəkdir. Digər hədisdə deyilir: "Allah-taala bütün bəndələrinin hesabına bir göz qırpımında yetişəcəkdir."

GÖZLƏRİN NURU

Sual : “Səcdə” surəsində “Qurrətu əyun” ifadəsində məqsəd nədir?
Qısa cavab:

“Gözlərə işıq gətirən” ifadəsi axirət günü saleh insanlara veriləcək nemət və mükafatların son dərəcə nəhəng olmasından xəbər verir. Ələlxüsus, “nəfs” sözünün mənfi düzümdə ümumi isim formasında işlənməsi külli məna daşıyır və hamıya, hətta müqərrəb mələklərə və pərvərdigarın övliyalarına da şamil olur.
 

YOVMUT-TƏLAQ

Sual : Qiyamət gününün "yovmut-təlaq" adlandırılmasının səbəbi nədir?
Qısa cavab:

Ayəni belə təfsir etmək olar ki, bu ad qiyamət günü baş verəcək görüşlərdən xəbər verir: bəndələr pərvərdigarları ilə, keçmiş nəsillərlə gələcək nəsillər bir-biri ilə, haqq və batil rəhbərləri öz davamçıları ilə, təkəbbürlü güclülər zəiflərlə, zalımlar məzlumlarla və s.

 

ƏŞRATUS - SAƏ

Sual : Qiyamətin əlamətlərindən biri sayılan “Əşratus-saə” hansı əlamətlərə deyilir?
Qısa cavab:

“Əşrat əs-saə” Qiyamətin yaxınlaşmasını göstərən əlamətlərə deyilir. Bir çox təfsir alimlərinə görə “Məhəmməd” surəsindəki “Əşrat əs-saə” ifadəsində İslam peyğəmbərinin (s) gəlişi nəzərdə tutulur. Bu ifadə üçün digər təfsirlər də mövcuddur. Hədislərdə də bu haqda müxtəlif izahlar nəql olunur. Məsələn, peyğəmbərdən (s) nəql olunur ki, “Əşrat əs-saə” yəni qiyamətin əlamətləri elmin bitməsi, cəhlin aşkar olması, şərab içilməsi və zinanın çoxluğudur.”

ƏŞRATUS-SAƏ" PERĞƏMBƏRİN (s) BƏYANINDA"

Sual : Həzrət peyğəmbər (səllallahu əleyhi və alih) qiyamətin yaxınlaşmasının əlamətlərini necə bəyan etmişdir?
Qısa cavab:

Məhəmməd peyğəmbərdən (s) nəql olunmuş uzun və dolğun bir hədisdə qiyamət günün əlamətləri qeyd olunmuşdur. Misal üçün Qiyamətin əlamətlərindən biri də namaza qarşı əhəmiyyətsiz davranmaq, şəhvətə itaət etmək, nəfsani istəklərə meylli olmaq, dini dünyaya satmaqdır. Belə bir vaxtda mömin insan bu qədər çirkinliyi görür və onu dəyişməyə qadir olmur, ürəyi daxildə əriyir, duz suda əriyən kimi.

Həmin gün kişilər kişilərlə kifayətlənəcək, qadınlar qadınlarla. Oğlanlar üstündə rəqabət olacaq, necə ki, ailələrində qızlar üstündə... Kişilər özlərini qadınlara bənzər və qadınlar özlərini kişilərə bənzər edəcək. Qadınlar yəhərə minəcəklər (və özlərini göstərəcəklər).
 

YAXINLARDAN QACMAQ

Sual : Qiyamət günü yaxınlardan qaçmaq nə deməkdir və onun səbəbi nədir?
Qısa cavab:

Quran ayəsində deyilir ki, O gün insan öz qardaşından, anasından və atasından, zövcəsindən və oğullarından qaçar. Təfsirlərə görə, insan iman, təqva, Allaha itaət yolunu tutmamış qardaşdan, ata-anadan, zövcə və övladdan qaçır ki, onların talelərinə düçar olmasın.
Bəzi alimlərə görə isə onun qaçması ona görədir ki, olmaya yaxınlarının onun boynunda haqqı olsun və onu tələb etmək istəsinlər və o da, bu haqqı qaytarmaqdan qorxur.


 

KORLUQ

Sual : Quran bəzi insanların Qiyamət günü kor olmasının səbəbini necə izah edir?
Qısa cavab:

Belə insanların qiyamət günü kor olmasını belə izah etmək olar ki, dünyanın bütün həqiqətləri orada mütənasib şəkildə təcəssüm edir. Bu dünyada qəlb gözləri həqiqətləri görməkdə kor olan insanların orada cismani gözləri kor olacaq. Bu üzdən “biz qabaq görürdük, nə üçün bura kor gəlmişik?” deyə soruşanda onlara deyilər: “Bu, sizin ilahi ayələri unutduğunuza görədir."

 

CƏNNƏT ŞƏRABI

Sual : Cənnət şərabı nə deməkdir?
Qısa cavab:

Quran ayəsində təkid olunur ki, bu şərab saf, qatışıqsız, ləzzətli, başağrı verməyən, sərxoşluq gətirməyən, ağlı pozmayan bir şərabdır. Başqa bir ayədə buyurur: "Onlar kafur qatılmış (sərin və sakitləşdirici) camdan içəcəklər."

 

MƏZARLARIN DAĞILMASI

Sual : Qiyamət günü qəbirdəkilər üçün nə kimi hadisələr baş verəcək?
Qısa cavab:

Qurani-kərim diri və ölülərin həyatının yenidən qurulması haqda buyurur: “Qəbirlər alt-üst olduğu zaman.”

Həmin gün maneələr qalxacaq, qəflət və qürur pərdələri yırtılacaq, dünyanın həqiqətləri olduğu kimi üzə çıxacaq. Həmin gün “yovmul-büruz” olduğu üçün hər şey bariz və aşkar olacaq. Belə bir vaxtda insan bütün əməllərini gözləri ilə görəcək, yaxşı və pisindən xəbərdar olacaq, həm həyatda ikən göndərdiyi əməlləri, həm də öləndən sonra təsir və nəticələri dünyada baqi qalan və savab və günahı ona yetişməkdə olan işlərindən xəbər tutacaqdır.
 

Cəhənnəmdəkilərin qidası

Sual : Qurani-kərimdə cəhənnəm əhlinin qidası necə təsvir olunur?
Qısa cavab:

Quran “Zəqqum” ağacının xüsusiyyətlərindən söz açaraq buyurur: “Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik… Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar. Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış çirkli içki vardır.”
 

Cəzanın ağırlığı

Sual : Cəhənnəm əzabı nə dərəcədə ağırdır?
Qısa cavab:

Quran ayəsindən aydın olur ki, haqq dəvəti müxalifətçilərinin və zülmkarların cəzası o qədər ağırdır ki, yer üzündə olan şeyləri hamısı və həmçinin onun misli onların olsa, hamısını özlərini xilas etmək üçün verməyə hazırdırlar.

Səhifə sayı : 16