Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

RÜŞEYMİN YARANIŞI

Sual : Rüşeymin inkişaf və təkamül mərhələsi məada dair necə dəlil ola bilər?
Qısa cavab:

Nütfə rüşeym dövründə çox mürəkkəb bir yolu ötüb-keçərək axırda uşaq formasında dünyaya gəlir. Bunların hamısı Allahın davamlı xaliqiyyətinin sayəsində baş verir. Bu xilqətdə insanın sadə təsviri yalnız bir anlıq zaman fasiləsində sona çatır ki, o da nütfənin bətnə töküldüyü andır!
Görəsən, bunun özü məad məsələsinə − uca və qadir Allahın ölüləri diriltməyə qadir olmasına əyani bir sübut deyildirmi?

RUHANİ MƏADIN İNKARI

Sual : Nə üçün fəqih və müctehidlər ruhani məadı və meracı inkar edirlər? Halbuki, bəzi keçmiş filosoflar ona inanır və bu haqda dəlil də gətirirdilər ?
Qısa cavab:

Cismani meracın inkarı, Ptolomeyin kainat barəsində nəzəriyyəsinə əsaslanırdı. Çünki onun qənaətinə görə göyün doqquz qatı soğan qabıqları kimi elə bir-birinin üzərində yerləşmişdir ki, onlardan keçmək heç bir vəchlə mümkün deyil. Bu qatları yarıb keçmək qeyri-mümkündür. Bu üzdən insanın həmin maddi bədənlə onlardan keçməyini qeyri-mümkün təsəvvür edirdilər.

 

 

ŞAHİDLƏRİN NÖVLƏRİ

Sual : Qurani-Kərim qiyamət günü üçün neçə növ şahid təqdim edir?
Qısa cavab:

Quran ayələrindən belə başa düşülür ki, o məhkəmədə 6 növ şahıd olacaq:
1. Allahın pak zatı.

2. Peyğəmbərlər və canışınləri (övsiya)

3. Dil, əl, ayaq, göz və qulaq da şahidlik edirlər.

4. İnsanın dərisi.

5. Mələklər.

6. Yer.

NEMƏTLƏR HAQQINDA SUAL

Sual : Qiyamət günü hansı nemətlər haqqında sual olunacaq?
Qısa cavab:

Bəzi alimlər hesab edirlər ki, bu nemətlər salamatlıq və asudə həyatdır. Bəzilərinə görə bu nemətlər sağlamlıq və əmin-amanlıqdır. Bəziləri isə deyirlər ki, bura bütün nemətləri daxil etmək olar.
Bir hədisdə Həzrət Əlidən (əleyhis-salam) belə nəql olunur:


"Nemətlər təzə xurma və sərin sudur!"

Müxtəlif hədislərdən belə başa düşmək olur ki, “Nəim” olduqca geniş mənaya malikdir və bütün ilahi nemətlərə o cümlədən, din, iman, İslam, Quran, vilayət kimi mənəvi nemətlərə, eləcə də fərdi və ictimai nemətlər daxil olmaqla müxtəlif maddi nemətlərə şamil olur. Amma, iman və vilayət kimi daha çox əhəmiyyət kəsb edən nemətlər haqqında daha çox sorğu-sual olunacaq və onların qədrini layiqincə bilib-bilmədiklərindən soruşulacaq.

DÜNYANIN SONU

Sual : Dünyanın sonunda hər şeyin məhv olacağını nəzərə alaraq, Cənnət və Cəhənnəmin də məhv olacağı gözlənilirmi?
Qısa cavab:

Demək olar ki, həlak və ya məhv olmaq dünyaya və yer üzündə olanlara aiddir. Cənnət və Cəhənnəm isə bu dünyanın tərkib hissəsi deyildirlər ki, məhv olmağa məhkum olunsunlar. Onlar başqa bir dünyaya – axirət dünyasına aiddirlər. İstər cənnət və cəhənnəmin dünyanın daxilində olduğuna inanaq, istərsə də ondan kənarda olub, onu əhatə etməsinə etiqad bəsləyək.
 

CİSMANİ LƏZZƏTLƏR

Sual : Qurani kərim dünyanın bəzək-düzəyini tənqid etdiyi halda nə üçün möminlərə onunla bağlı vəd verir?
Qısa cavab:

Əgər Allah bu dünyanın bər-bəzəyini tənqid edirsə, bu, ona görədir ki, bu dünyanın məhdudiyyətləri belə bir həyata çatmağın müxtəlif zülm və haqsızlıqlarla və ondan bəhrələnməyin  isə qəflət və xəbərsizliklə yanaşı olmasına səbəb olur. Amma o dünyada imkanlar çox geniş olduğundan bu zinətləri əldə etmək insanlar üçün heç bir problem yaratmır, ayrı seçkiliyə, kiminsə haqqının tapdalanmasına səbəb olmur, kin və nifrət yaratmır və mənəviyyatla dolu olan mühitdə insanı Allahdan qafil etmir. Onu qorumağa və mühafizə xidmətinə ehtiyac duyulmur, rəqiblər paxıllıq törətmir, təkəbbür və lovğalığa bais və Allahdan və onun xəlqindən ayrı düşməyə səbəb olmur.

 

YOVMİDDİN

Sual : Nə üçün Qiyamət gününə "yovmiddin" (Din günü) deyilir?
Qısa cavab:

Bu, ona görədir ki, həmin gün “cəza” günüdür. “Din” sözünün lüğəvi mənası da “cəza”dır. Qiyamət günü həyata keçiriləcək cəza və mükafat məsələsi ən aydın məsələdir. Həmin gün əməllərin üzərindən pərdələr kənara çəkilər. Əməllər dəqiqliklə hesablanar.

 

CƏNNƏTİ İRS APARMAQ

Sual : Quranda Cənnəti irs aparmaq dedikdə nə nəzərdə tutulur?
Qısa cavab:

Allah-taala “Məryəm” surəsində buyurur:
"Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsə irs verəcəyimiz həmin Cənnətdir."
 Diqqət etmək lazımdır ki, “İrs” sözü lüğət kitablarında “mülkiyyətə keçirmək” mənasında işlənmişdir və təkcə dünyadan getmiş insanın malının qohumlarına keçməsinə məxsus edilmir.


 

YERİN DANIŞMASI

Sual : Qiyamət günü yer necə danışacaq?
Qısa cavab:

Qurani-Kərimin “Zilzal” surəsində Qiyamət günü yerin danışmasından söz açılır. Bəzi hədislərə görə yaxşılıqlar, pisliklər, xeyir və şər əməllərdən hər nə yer üzündə baş veribsə, hamısını açıb deyəcək. İnsanın əməllərinin həmin gün ən mühüm şahidlərindən biri də yerdir.

ƏRAF

Sual : “Əraf” nə deməkdir? Qiyamət günü Ərafda dayanacaq şəxslər kimlərdir?
Qısa cavab:

Hədislərdən aydın olur ki, “Əraf” səadət və bədbəxtlik kimi iki qütbün, yəni cənnət və cəhənnəmin arasında hicab kimi çəkilmiş xüsusi bir məkandır. Yaxud da, Cənnət və Cəhənnəmin arasında fasilə salan yüksəklikdir. Belə ki, orada dayananlar cənnət və cəhənnəmi görür və hər iki dəstəni müşahidə edir. Ayələrdə Əraf üzərində dayanan insanlar haqqında deyilir ki, onlar cənnətə daxil olmaq arzusundadırlar. Onlar cənnət əhlinə salam göndərir və gözləri cəhənnəm əhlinə sataşanda Allaha pənah aparırlar."

 

HƏZRƏT ƏLİNİN (əleyhis-salam) VİLAYƏTİ HAQDA SORĞU - SUAL

Sual : Qiyamət günü Həzrət Əlinin (əleyhis-salam) vilayəti haqda sorğu-sual olacaqmı?
Qısa cavab:

Qurani-Kərimin “Onları saxlayın ki, onlar sorğu-sual olunmalıdırlar” ayəsinin təfsiri ilə əlaqədar müxtəlif hədislərdən aydın olur ki, günahkarlardan Qiyamət günü soruşulan suallardan biri də Həzrət Əlinin (əleyhis-salam) vilayətidir. Bir çox əhli-sünnət kitablarında da İbn Abbasdan, Əbu Səid Xudridən, onlar da peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, ayədə Əli ibn Əbu Talibin vilayətindən sorğu-sual olunacağından söhbət gedir.  Bu hədisə öz kitablarında yer verən alimlərdən bəzisi aşağıdakılardır:
İbn Həcər Heysəmi (“Səvaiqul-muhrəqə”, səh 147.)
Əbdurrəzzaq Hənbəli (“Kəşfül-ğümmə”dən nəqlən, səh. 92.)
Əllamə Sibt ibn Cuzi (“Təzkirə”, səh. 21.)
Alusi (“Ruhul-məani”, sözügedən ayənin təfsirində.)
Əbu Nəim İsfahani (“Kifayətul-xisal”dan nəqlən, səh.360.)
və başqaları.  

 

“NƏBƏ” SURƏSİNDƏ QİYAMƏT HADİSƏLƏRİ

Sual : Qiyamət qopacağı zaman hansı hadisələr baş verəcək?
Qısa cavab:

Quran ayələrindən aydın olur ki, surun çalınması ilə iki böyük hadisə baş verəcək. İlk hadisədə varlıq aləminin nizamı pozulacaq. Yer üzündəkilər, həmçinin göy sakinləri hamılıqla öləcəklər. İkinci hadisədə dünya yenidən bərpa olunacaq. Ölülər yeni bir həyata qədəm qoyacaq və böyük qiyamət günü başlanacaq. Sonra göy açılar və qapılar şəklinə düşər. Bu halda səmaların qapıları, göylərin yolları yer əhlinin üzünə açılacaq, cənnət əhli cənnətə doğru gedəcək və cənnətin qapıları onların üzünə açılacaqdır. Kafirlər isə cəhənnəmə çatanda onun qapıları onların üzünə açılacaq.

Cəhənnəm əhlinin geyimi

Sual : Qurani-kərim “Həcc” surəsində, cəhənnəmə düşənlərin düçar olacaqları əzabları necə vəsf edir?
Qısa cavab:

Allah-Taala Quran ayələrində kafirlər üçün nəzərdə tutulan dörd cür əzabdan söz açır. İlk olaraq onların geyimindən başlayaraq buyurur:
“Beləliklə küfr edənlər üçün atəşdən paltar biçilmişdir.”
Cümlə bəlkə də, alov dillərinin paltar kimi onların əyninə biçilib, tikilməsini bəyan etmək istəyir.

Zəqqum

Sual : Zəqqum ağacı dedikdə nə nəzərdə tutulur?
Qısa cavab:

Bəzi təfsir alimlərinin nəzərinə əsasən, zəqqum Təhamə ərazisində bitən xırda yarpaqlı, acı və pis qoxulu bir bitkinin adıdır və müşriklər bu bitkini tanıyırdılar. Quran ayəsində deyilir ki, “O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar.”
 

Səhifə sayı : 16