Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

KEÇMİŞDƏKİLƏRİN TARİXİNİ ÖYRƏNMƏKLƏ BAĞLI QURANIN İSRARI

Sual : Niyə Qurani-kərim keçmişdəkilərin tarixini öyrənməyə israr edir?
Qısa cavab:

Tarix, insanın yaşam məsələlərinin və bir çox həqiqətlərin isbat və inkarının böyük laboratoriyasıdır. Burada xalqların məğlubiyyət və zəfər rəmzi, onların əksül-əməl və ruhiyyələri, sivilizasiyaların tərəqqi və süqut amilləri, fəaliyyət tərzləri araşdırılır. Belə ki, təcrübi həqiqətlərlə və keçmişdəkilərin yerdə qalan izləri ilə məşğul olduğu üçün, təcrübi elmlərin bir şaxəsi kimi bir çox nəzəri məfhumları inkar edən inadkarları qane etmək qabiliyyəti vardır. Quran da həmin dəlilə əsasən, keçmişdəkilərin əsərlərini, tarixini mütaliə etməyə dəvət edir.
Ətraflı cavab:

Şeytani kəşf və intuisiya

Sual : Hər kəşf (mükaşifə) və intuisiya həqiqətin göstəricisidirmi?
Qısa cavab:
Həqiqi kəşf və intuisiya ilə yanaşı qeyri-həqiqi və xəyali kəşf və intuisiyalar olduqca çoxdur. Yəni, bəzən arıdıcıl təlqinlərin təsirindən, düşüncə və zehnin yanlış istiqamət almasından yaranır, bəzən də şeytanın təlqinləri sayəsində insan gözü önündə reallıqla üst-üstə düşməyən mənzərələr canlanır. Əksər sufilərin yazılı əsərləri çox ehtimalla şeytani ilhamlardan – təlqinlərdən qaynaqlanan hadisələrdir.

Quran nöqteyi-nəzərindən insan əməllərinin əxlaqa təsiri

Sual : Görəsən, insanın əməlləri onun əxlaqına təsir edirmi? Əgər belədirsə, Quran baxımından insanın əməlləri əxlaqına necə təsir qoyur?
Qısa cavab:
İnsanın əməlləri və əxlaq qarşılıqlı təsirə malikdir. Bəzi ayələrdə bu məqama işarə edilib. O cümlədən, “Mutəffifin” surəsinin 14-cü ayəsində çəkidə az satmağa işarə edilib və bu, insanın ruh və qəlbinə pas salır:

 “كَلاّ بَلْ رانَ عَلَى قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ”.


“Onların (az satanların) düşündüyü kimi deyil, əksinə, əməlləri pas olaraq qəlblərinə hopub”.


Quranın buyurduğuna əsasən, bəzən pis bir işin təkrarı insan nəzərində gözəlləşməsinə səbəb olur. “Tövbə” surəsinin 103-cü ayəsində də, zəkatın əxlaqi və mənəvi təsirlərinə işarə edilib. Ayədə buyurulur:


“تُطَهِّرُهُمْ وَ تُزَكِّيْهِمْ بِها”


“Sən bu işinlə onları paklaşdırır və inkişaf etdirirsən”.

ZİKRİN DƏRƏCƏLƏRİ

Sual : Əxlaq alimləri zikir üçün hansı mərhələ və dərəcələr bəyan edirlər?
Qısa cavab:

Əxlaq böyükləri zikir üçün bir necə mərhələ qeyd edirlər. Birinci mərhələ sözdə zikirdir: insan Allahın adını, cəlal və camal sifətlərini, gözəl adlarını – məna və məzmununa diqqət etmədən – dilə gətirir.
İkinci mərhələ mənəvi zikirdir: insan zikirlə məşğul olmaqla yanaşı, onların mənasına da diqqət edir.
Üçüncü zikir qəlbdə zikirdir: Yaradana diqqət ilk öncə qəlbdə yaranır, sonra isə dilə gəlir.

TARİXİ ÖYRƏNMƏYİN ƏHƏMİYYƏTİ

Sual : Niyə tarixi öyrənmək bu qədər əhəmiyyətlidir?
Qısa cavab:

İnsan ömrünün ən önəmli səmərəsi onun təcrübələridir. Tarix, keçmiş əsrlərdəki bütün insanların təcrübələrini onu araşdıranların önünə sərir.
Tarix daim təkrarlanır. İmam Əli (ə) da buna işarə edir və buyurur:
“Ey Allah bəndələri! Ruzigar keçmişdəkilər üçün necə cərəyan edibsə, yerdə qalanlara da elə keçəcək”.
Odur ki, məğlubiyyət, nakamlıq, zəfər, uğur, sivilizasiyaların çiçəklənməsi, hökumətlərin süqutu və s. amillərini tarixdə görmək olar.

QURANIN KOR KORANƏ TƏQLİDƏ BAXIŞI

Sual : Qurani-kərimdə kor-koranə təqlid necə bəyan olunur?
Qısa cavab:

“Şuəra”, “Maidə”, “Əraf”, “Loğman” və “Zuxruf” surələrində keçmişdəkilərə təqlid bəhanəsi ilə müşriklərin haqq qarşısında müqavimətindən söz açır. Bu minvalla küfr, bütpərəstlik, növbənöv günahlar və xoşagəlməz adətlər kor-koranə təqlid vasitəsilə nəsildən-nəsilə ötürülürdü. Təqlid ruhu onların ağıl və düşüncəsinə elə qalın pərdə salmışdı ki, hər bir həqiqəti inkar edirdilər.

NƏFSİ SAFLAŞDIRMADA ÖZÜNÜTANIMA EHTİYACI

Sual : Özünütanıma nəfsi saflaşdırmaya necə səbəb ola bilər?
Qısa cavab:

Nəfsin saflaşdırılmasında, əxlaqın düzəldilməsində və insani səciyyələrin kamala çatdırılmasında ilk atılan addımlardan biri özünütanımadır. Çünki, özünütanıma nəfsin əzəmət və dəyərini bilməyə, nəfsi istəklərin təhlükəli olduğunu və insan səadəti ilə ziddiyyət təşkil etdiyini anlamağa, onunla mübarizəyə hazır olmağa səbəb olur. Habelə, insanın təkamülündən ötrü Allah tərəfindən vücudunda qərarlaşdırılmış müxtəlif istedadlardan agah olmağa, çirkin xüsusiyyətlərin kökünü tanımağa gətirib çıxarır, eyni zamanda da Allahı tanımağın ən yaxşı yoludur.

YUXUNUN REALLIQĞI VƏ GƏLƏÇƏK HADİSƏLƏRDƏ RABİTƏSİ

Sual : Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
Qısa cavab:
Yuxular bir neçə növ olur, yalnız bir hissəsi “gerçək yuxu” (doğru yuxu) adlanır, hansı ki bəzi gələcək həqiqətləri kəşf etmək üçün açardır. Bu iddianı Quran da təsdiq edir. Əlavə olaraq, təcrübə sayəsində bir çox nümunələri öz isbatını tapmışdır. Əlbəttə, yuxu özü-özlüyündə bilik qaynağı kimi təqdim edilə bilməz.

Quran ayələri və hədis nöqteyi-nəzərindən əxlaqda dəyişiklik imkanı

Sual : Quran ayələri və hədis baxımından fərdlərin əxlaqında dəyişilmə istedadı vardırmı?
Qısa cavab:

Əxlaqı saflaşdırmağa birbaşa təşviq edən ayələr əxlaqi səciyyələrin dəyişməsi imkanına tutarlı dəlildir. Misal üçün: “قد افلح من زکیها و قد خاب من دسیها”; “Hər kim nəfsini saflaşdırsa, nicat tapıb və nəfsini günaha bulaşdıran kəs isə məyus və məhrum olub”. İslam hədislərində də mövzu ilə əlaqədar şəffaf ifadələr gözə dəyir. O cümlədən, bir hədisdə Allah Rəsulunun (s) səhabələrindən biri Cərir ibn Abdullaha buyurur:
“انک امرء قد احسن الله خَلقک فاحسن خُلقک”
“Allah sənə gözəl sima verib, əxlaqını da sən gözəlləşdir!”.

 

Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması

Sual : Görəsən, Qurani-kərim fitrət və vicdanı bilik (qazanma) qaynağı kimi təqdim edirmi?
Qısa cavab:
Allah-taala “Şəms” surəsində insan nəfsinə xeyir və şərin ilham olunmasından xəbər verir, eyni halda əxlaqi vicdanın ilhamverici qaynağına, insanın günah və təqvanı dərk etməsinə işarə edir. “Ənbiya” surəsində də bütpərəstlərin özlərinə qayıtmasına, müşrikcəsinə pərəstişlərinə yenidən baxmalarından xəbər verir. Habelə, “Loğman”, “Ənkəbut”, “Bəqərə” və “Rum” surələrində eyni məna təqib edilir.

QURAN BAXIMINDAN AĞLIN FƏALİYYƏT VƏ FUNKSİYASI

Sual : Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?
Qısa cavab:
Quranın bəyanına əsasən, ağlın fəaliyyət və funksiyası bunlardan ibarətdir:
1- Zikir: unutqanlığın antonimi kimi;
2- Fikir: düşünmək və ağılın fəaliyyəti;
3- Fiqh: dərk və dəlil əsasında elm əldə etmək;
4- Şüur: elm, bilgi və daxili hiss;
5- Bəsirət: idrak qüvvəsi və elm;
6- Dirayət: elm, savad və zəka.
Quranda ağıl üçün işlədilən, elm və idrak məfhumunu çatdıran bütün sözlər elmin prizmalarından birinə işarə edir və ona uyğun şəkildə istifadə edilmişdir.

TARİXİ ÖYRƏNMƏYİN ƏHƏMİYYƏTİ

Sual : Niyə tarixi öyrənmək bu qədər əhəmiyyətlidir?
Qısa cavab:
İnsan ömrünün ən önəmli səmərəsi onun təcrübələridir. Tarix, keçmiş əsrlərdəki bütün insanların təcrübələrini onu araşdıranların önünə sərir.
Tarix daim təkrarlanır. İmam Əli (ə) da buna işarə edir və buyurur:
“Ey Allah bəndələri! Ruzigar keçmişdəkilər üçün necə cərəyan edibsə, yerdə qalanlara da elə keçəcək”.
Odur ki, məğlubiyyət, nakamlıq, zəfər, uğur, sivilizasiyaların çiçəklənməsi, hökumətlərin süqutu və s. amillərini tarixdə görmək olar.

İMAM ƏLİNİN (ə) “ALLAHA DOĞRU İŞARƏ ETMƏK” SÖZÜNDƏN MƏQSƏDİ

Sual : Əmirəl-möminin Əlinin (ə) “Hər kəs Allahı tanımasa, ona işarə edər” buyurduğunda “Allaha doğru işarə”dən məqsədi nə idi?
Qısa cavab:

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin ilk xütbəsində buyurur: “Hər kim Allahı tanımasa ona işarə edər”. Orada “Allaha doğru işarə etmək”dən məqsədin nə olduğuna gəlincə, iki ehtimal var:
1.    Məqsəd əqli işarədir;
2.    Həm əqli, həm də hissi işarədir.

NƏFSİ SAFLAŞDIRMADA ÖZÜNÜTANIMA EHTİYACI

Sual : Özünütanıma nəfsi saflaşdırmaya necə səbəb ola bilər?
Qısa cavab:
Nəfsin saflaşdırılmasında, əxlaqın düzəldilməsində və insani səciyyələrin kamala çatdırılmasında ilk atılan addımlardan biri özünütanımadır. Çünki, özünütanıma nəfsin əzəmət və dəyərini bilməyə, nəfsi istəklərin təhlükəli olduğunu və insan səadəti ilə ziddiyyət təşkil etdiyini anlamağa, onunla mübarizəyə hazır olmağa səbəb olur. Habelə, insanın təkamülündən ötrü Allah tərəfindən vücudunda qərarlaşdırılmış müxtəlif istedadlardan agah olmağa, çirkin xüsusiyyətlərin kökünü tanımağa gətirib çıxarır, eyni zamanda da Allahı tanımağın ən yaxşı yoludur.

TƏQLİD NÖVLƏRİ VƏ İSLAMIN TƏSDİQLƏDİYİ TƏQLİD

Sual : İslamın təqlid barədə nəzəri necədir?
Qısa cavab:
Başqasına tabe olmaq dörd haldan xaric deyil: cahilin alimə təqlidi, alimin alimə təqlidi, alimin cahilə təqlidi və cahilin cahilə təqlidi. Bunlardan yalnız birinci halın məntiqli və bəyənilən olması məlum məsələdir. Bir qayda olaraq, ixtisaslı məsələlərdə insanların həyat mehvərini belə ağlabatan və məntiqli tabeçiliklər təşkil edir.
Şəri hakimə təqlid və tabeçilik də bu qaydadan istisna deyil.

DİLİN ƏHƏMİYYƏTİ, QURAN AYƏLƏRİ VƏ HƏDİSLƏRDƏ ONUN İSLAHI

Sual : Quran ayələri və hədislərdə dilin islahının nə kimi əhəmiyyəti var?
Qısa cavab:

Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, belə ki, onun islahı bütün əxlaqi islahatların qaynağı, sapması və yanlışlıqları isə müxtəlif əyriliklərin başlıca amilidir. Əxlaq ustadları əxlaqi fəzilət və səciyyələrin möhkəmləndirilməsində, eləcə də ruhun təkamülündə dilin islahını mühüm addım sayırlar.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir kəsin qəlbi düz istiqamət almadıqca, imanı da düz yol almaz. Dil düz istiqamət almayınca da, qəlbi düz yol almaz”.

 

İnsan elminin məhdudluğu

Sual : İnsan elminin miqdarı nə qədərdir?
Qısa cavab:
Bir qrup müşrik Peyğəmbərdən (s) ruhla əlaqədar sual soruşduqdan sonra, Quran elm və bilikdən nəsiblərini çox az bilərək “Loğman” surəsində bəzi Allaha məxsus elmlərə aydınlıq gətirir və orada beş elmə işarə edir: Qiyamətin bərpası, yağışların yağışı, ana bətnindəki embrionlar, insan əməlinə bağlı gələcək hadisələr və hər kəsin ölüm məkanı iləbağlı elmlər . Bundan əlavə, “İsra” surəsində ümumi varlıqların təsbih və həmdindən söz açılır, hansı ki onların dilini anlamaq qüdrətimiz yoxdur. Bu özü elm və biliyimizin məhdudluğuna bir sübutdur.

Quran nöqteyi-nəzərindən insan əməllərinin əxlaqa təsiri

Sual : Görəsən, insanın əməlləri onun əxlaqına təsir edirmi? Əgər belədirsə, Quran baxımından insanın əməlləri əxlaqına necə təsir qoyur?
Qısa cavab:
İnsanın əməlləri və əxlaq qarşılıqlı təsirə malikdir. Bəzi ayələrdə bu məqama işarə edilib. O cümlədən, “Mutəffifin” surəsinin 14-cü ayəsində çəkidə az satmağa işarə edilib və bu, insanın ruh və qəlbinə pas salır:

 “كَلاّ بَلْ رانَ عَلَى قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ”.


“Onların (az satanların) düşündüyü kimi deyil, əksinə, əməlləri pas olaraq qəlblərinə hopub”.


Quranın buyurduğuna əsasən, bəzən pis bir işin təkrarı insan nəzərində gözəlləşməsinə səbəb olur. “Tövbə” surəsinin 103-cü ayəsində də, zəkatın əxlaqi və mənəvi təsirlərinə işarə edilib. Ayədə buyurulur:

“تُطَهِّرُهُمْ وَ تُزَكِّيْهِمْ بِها”


“Sən bu işinlə onları paklaşdırır və inkişaf etdirirsən”.

ZİKRİN HƏQİQƏTİ

Sual : Zikrin həqiqət və mahiyyəti nədir?
Qısa cavab:

Zikrin iki mənası var: bəzən zehinə gələn məfhum (xatırlamaq), bəzən də daxildə (ruhunda) haqq etiqad və maarifi qoruyub saxlamaq mənasındadır.
Əxlaq ustadları belə yazır:
““Allahın zikri” tam qəlbinlə Ona və əzəmətinə diqqət etmək, Onu hazır və nazir (nəzarət edən) bilməkdən ibarətdir”.
Həzrət Əli (ə) bir hədisdə bu barədə buyurur:
“Zikir iki cürdür: müsibət vaxtı Allahı yada salmaq (və dözümlü olmaq). Bu zikir gözəldir. Bundan da üstünü günahlar qarşısında Allahı xatırlamaqdır, belə ki, bu zikir səninlə haram arasında maneə yaradır”.

 

İBN ƏBDİL-BİRRİN RƏVAYƏTİNƏ QÖRƏ İLK MÜSƏLMAN

Sual : İbn Əbdil-Birrin qənaətinə görə ilk müsəlman kimdir?
Qısa cavab:

Bu iki rəvayət Əlinin (ə) islamı hamıdan əvvəl qəbul etməsini bəyan edən mütəvatir hədislərin qarşında davam gətirə bilməz. Həmçinin hədisləri nəql edən Şəbi belə bir müddəanı necə İbn Abbasın adına yaza bilər, halbuki, Əli (əleyhis-salam)-ın İslamı hamıdan əvvəl qəbul etməsi ilə əlaqədar ən çox rəvayəti İbn Abbas nəql etmişdir.

ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN KƏLAMLARINDA İLK MÜSƏLMAN

Sual : Əhli-sünnə alimləri öz kitablarında ilk müsəlman olaraq kimin adını çəkmişlər?
Qısa cavab:

Hədis əhlinin əksəriyyəti bu əqidədədir ki, o, Əli Peyğəmbərə (s) tabe olan və ona iman gətirən ilk şəxs olmuşdur. Bu məsələyə azsaylı şəxslərdən başqa heç kəs etiraz etməmişdir. Hədis alimlərinin kitablarından agahlığı olan bir şəxs mütləq belə bir nəticəyə çatacaqdır. Bu, Vaqidinin və Təbərinin nəzəridir. İbn Əbdul-Birr də bu nəzəriyyəyə üstünlük vermiş və onu dəstəkləmişdir.

“QAPILARIN BAĞLAMASI” HƏDİSİNİN RAVİLƏRİ

Sual : Əhli-sünnə alimləri “Qapıların bağlaması” hədisini hansı səhabələrdən nəql etmişlər?
Qısa cavab:

Bu hədisi peyğəmbərin (s) səhabələrindən 14 nəfər və peyğəmbərin (s) xanımlarından 2 nəfər nəql edib. Nəqllər müxtəlif məşhur kitablarda öz əksini tapıb.

 

“ƏBUBƏKRİN QAPISINDAN BAŞQA BÜTÜN QAPILARIN BAĞLAMASI” HƏDİSİ

Sual : Buxari “Əbubəkrin qapısından başqa bütün qapıların bağlaması” hədisini necə nəql etmişdir?
Qısa cavab:

Buxari həmin babi “Əbubəkrin qapısından başqa bütün qapıları bağlayın” ünvanı ilə qeyd etmiş, “xuxə” (pəncərə) kəlməsinin yerinə “bab” (qapı) kəlməsini işlətmişdir.

“RƏDDUŞ-ŞƏMS” HƏDİSİ İLƏ TƏZADDA OLAN HƏDİS

Sual : İbn Kəsirin rəvayəti “Rədduş-şəms” (Günəşin qaytarılması) hədisi ilə ziddiyyət təşkil edirmi?
Qısa cavab:

Bu suala beş cavabımız var. 1) Bu hədisin ravisi olan Əbu Hüreyrənin Əli ilə (ə) münasibəti çox da yaxşı olmamışdır. 2) Əhmədin nəql etdiyi bu rəvayət “Rədduş-şəms” hadisəsindən qabaq Həzrət Əli barəsində deyilə də bilər. 3) Günəşin “qaytarılması” ilə onun “həbs edilməsi – saxlanması” arasında fərq vardır. 4) Bəzi rəvayətlərə uyğun olaraq Günəş həm Yuşe, həm də bizim Peyğəmbər (s) üçün həbs olunmuşdur. 5) Bu rəvayətdə məqsəd budur ki, Günəş keçmiş peyğəmbərlərdən yalnız Yuşe üçün həbs olunmuşdur.

 

“ƏHLİ SÜNNƏT VƏ” MƏNDƏN SONRA RAŞİDDİ XƏLİFƏLƏRİN SÜNNƏSİNƏ TABE OLUN...

Sual : Əhli-sünnət alimləri “məndən sonra raşidi xəlifələrin sünnəsinə tabe olun...” hədisini necə izah edirlər?
Qısa cavab:

“Raşidin xəlifələrin sünnəsinə tabe olun” hədisi müsəlmanlar arasında yekdilliklə qəbul olunmuş bir hədisdir. Lakin xəlifələrin kimlər olduğu haqqında fikir ayrılığı var. Şiə əqidəsinə görə yalnız Əhli-beytdən olan  məsum şəxslər bu hədisdəki “xəlifələr” sözünə uyğun gəlir. Əhli-sünnətin aradıqları xilafəti sübut etmək üçün bu hədisə istinad etmək düzgün deyildir.

ƏHLİ-BEYT QURANDA VƏ HƏDİSLƏRDƏ

Sual : Qurani-kərimin ayələri və İslam rəvayətləri kimləri Peyğəmbərin əhli-beyti olaraq göstərir?
Qısa cavab:

Əhməd ibn Hənbəl yazır ki, “Mübahilə” ayəsi nazil olan zaman həzrət Peyğəmbər Əli, Fatimə, Həsən və Hüseyni çağırdı və dedi: “Pərvərdigara! Bunlar mənim Əhli-beytimdir!”

 

İSMƏT SÖZÜNÜN LÜĞƏVİ MƏNASI

Sual : Lüğətdə ismət sözü hansı mənada işlənir ?
Qısa cavab:

Lüğət kitablarında "İsmət" sözü üçün toxunulmazlıq, qoruyub saxlamaq və qadağan etmək kimi mənalar qeyd olunmuşdur.

ƏHLİ -SÜNNƏYƏ GÖRƏ İMAM ƏN ÜSTÜN OLMALIDIR

Sual : Əhli-sünnə imamın sair insanlardan üstün olması ilə əlaqədar hansı əqidəyə malikdir?
Qısa cavab:

Əhli-sünnə alimlərindən bir çoxu imamın ən fəzilətli və ən üstün olmasını onun əsas şərtlərindən biri hesab etmişlər. Onlardan Əbul-Həsən Əşəri, Nəzzam, Cahiz, İbn Teymiyyə və Muhubuddin Təbəri kimi alimlərin adını çəkmək olar.