Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Uşağın fiziki tənbeh olunması [Övlad]

Sual : Ata və yaxud ana öz uşağını tərbiyələndirmək üçün və yaxud hirslənib vursa və vurduğu yer qaralsa, göyərsə və ya qızarsa, diyəsi varmı?
Cavab: Diyəsi var.

Quranı öyrənmək istəməyən uşağı cəzalandırmaq [Övlad]

Sual : Ata öz övladını, Quran öyrənməkdən boyun qaçırdığına görə tənbeh edə bilərmi?
Cavab: Bunu təşviq yolu ilə etməsi, daha yaxşıdır.

Yaxınlıq olmadan hamilə olan naməhrəm qadın [Övlad]

Sual : Bir kişi naməhrəm bir qadınla bədənlərini bir-birinə sürtsələr, məni gəlsə və duxul baş vermədən qadın hamilə olsa, uşağın və doğuşla aradan gedən bakirəliyin hökmü nədir?
Cavab: Əgər məni gəlməyəcəyinə əmin idisə, onların uşaqlarının vələdüş-şübhə qəbilindən olması ehtimalı uzaq deyil. Lakin məni gələcəyinə ehtimal verirdisə, məsələ işkalsız deyil. Mehrul-misl barəsində isə, qadın öz meyl və razılığı ilə buna razı olmuşdursa və bu işin baş verəcəyini də ehtimal verirdisə, mehrul-misli yoxdur. Əgər ehtimal vermirdisə və sürtməkdən əlavə bir şeyə razı olmamışdırsa, mehrul-misl vermək ehtiyat vacibdir.

- Əqd oxunmadan, sadəcə razılıq əsasında olan və ya əqd oxunmadan yazılı baş verən.

Azyaşlı uşağın anasının qəyyum olması [Övlad]

Sual : Azyaşlı (səğir) uşağın (ata tərəfdən olan) babası olmasa, anası şəriət hakiminin icazəsi ilə onun qəyyumu ola bilərmi?
Cavab: Şəriət hakiminin icazəsi ilə maneəsi yoxdur.
Səhifə sayı : 1